FİZİKİ TƏRBİYƏNİN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ




Download 0,82 Mb.
bet2/64
Sana22.06.2024
Hajmi0,82 Mb.
#265180
TuriTəhsil proqramı
1   2   3   4   5   6   7   8   9   ...   64
Bog'liq
FİZİKİ TƏRBİYƏ-TURAN

FİZİKİ TƏRBİYƏNİN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ

Bədən tərbiyəsi anlayışı çoxmənalı olub, özünün nəzəriyyəsi, tarixi, kadrları, ədəbiyyatı, təşkilatı və s. İlə səciyyələnir. Bədən tərbiyəsinin tarixi çox qədimdir. İnsanlar hələ ümumbəşər mədəniyyəti formalaşmazdan əvvəl müxtəlif hərəkətlər edir, vəhşi heyvanlara qarşı mübarizədə xəndəklər, quyular qazır, daş və ağacdan düzəltdikləri silahlarla onları məhv edir, qələbələrindən sevinərək tonqal başında müxtəlif hərəkətləri icra edirdilər.


Həyat inkişaf etdikcə bu hərəkətlər mürəkkəbləşir və onların təliminə ehtiyac yaranır. Beləliklə “fiziki tərbiyə” anlayışı formalaşıb öz növbəsində “bədən tərbiyəsinin” tərkibi hissəsi və eyni zamanda əsas vasitəsi olaraq inkişaf edir.
Fiziki tərbiyə anlayışı geniş mənada kamil insan tərbiyəsi anlayışına daxil olub, onun tərkib hissələrindən biridir. Fiziki tərbiyə tərbiyənin digər növləri kimi pedaqoji prosesə xas olan əlamətləri özündə əks etdirir. Fiziki tərbiyə fiziki hərəkətlərin, təbii amillərin köməyi ilə insanın fiziki inkişaf və təlimini idarəetmə prosesidir. Fiziki tərbiyə prosesi insanın hərəki vərdişlərinin və hərəki qabiliyyətlərin məqsədyönlü inkişafını və formalaşmasını təmin edir. Bunlarla birlikdə insanın fiziki işgörmə qabiliyyətini xeyli artırmış olur. Deməli, fiziki tərbiyənin iki spesifik cəhəti vardır: hərəkətləri öyrənmək və hərəki qabiliyyətlərin tərbiyəsi. Hərəkətləri öyrənməyin özünəməxsus məzmununu insanın öz hərəkətlərini idarəetməsinin səmərəli üsullarını mənimsəmə sistemi təşkil edir. Həyatda vacib olan hərəki biliklər, bacarıq və vərdişlər bu yolda əldə olunur. “Fiziki təhsil” anlayışı və onun şərhini ilk dəfə görkəmli alim P.F.Lesqaft vermişdir.
Fiziki tərbiyənin ikinci cəhəti isə hərəki qabiliyyətlərin inkişafının məqsədyönlü istiqamətini təmin edən hərəki qabiliyyətlərə məqsədəuyğun təsirdir. Bu hərəki qabiliyyətlərə qüvvə , sürət-güc , sürət, elastiklik, dözümlülük və çeviklik daxildir. Fiziki tərbiyənin bu spesifik məzmunu üzvü surətdə əqli, əxlaqi, estetik, əmək, ekoloji, iqtisadi, hüquq tərbiyəsi ilə bağlıdır. Məhz bu qarşılıqlı əlaqə sahəsində fiziki tərbiyə fərdin ahəngdar inkişafında mühüm amillərdən birinə çevrilir. Beləliklə, fiziki tərbiyə ümumi tərbiyənin ayrılmaz və çox önəmli bir hissəsi olaraq ona məxsus vasitə və metodları ilə müasir cəmiyyətin qurulmasına təsir göstərir. Bir sözlə, müstəqil Azərbaycan Respublikasında fiziki tərbiyə sisteminin məqsədi – hərtərəfli harmonik inkişaf etmiş, sağlam və yüksək əmək məhsuldarlığına və vətənin müdafiəsinə hazır olan, fəal müasir cəmiyyət qurucuları yetişdirməkdən ibarətdir. Belə məqsədlərin əsaslandırılmış qoyuluşunun obyektiv səbəblərindən biri, ilk növbədə istehsalatın və hərbi işin tərəqqisi ilə əlaqədar, insanların fiziki inkişafına və fiziki hazırlığına göstərilən tələbatdır. Fiziki tərbiyənin spesifik sahələrinə və tərbiyənin digər növləri ilə onun qarşılıqlı əlaqəsinə nəzərən məqsədin mahiyyəti əsas vəzifələrin 3 qrupa ayrılır:
1. Müasir cəmiyyətdəki insanların hərəki qabiliyyətlərin inkişafı sağlamlığın möhkəmləndirilməsi, yüksək ümumi iş qabiliyyətinə nail olmaq.
2. Azad cəmiyyət qurucusu olan Azərbaycan vətəndaşlarının həyatda zəruri olan hərəkət, bacarıq, vərdiş və xüsusi biliklərin sistemli şəkildə formalaşdırılması və təkmilləşdirilməsi .
3. Müstəqil Azərbaycan Respublikası vətəndaşlarının mənəvi iradı və estetik keyfiyyətlərinin tərbiyə etdirilməsi zehni inkişafın təkmilləşdirilməsi.
Gənc nəslin sağlam, gümrah böyüməsi, vətənin müdafiəsinə, hazır olması cəmiyyətin sosial tələblərindən irəli gəlir. Azərbaycan Respublikasında 6 yaşdan 16-17 yaşadək olan adamlar (uşaqlar və yeniyetmələr) orta ümumtəhsil məktəbindən keçir, tərbiyənin tərkib hissələrindən biri olan fiziki tərbiyə keyfiyyətlərinə yiyələnirlər.
Uşaqların və yeniyetmələrin yaş dövrləri haqqında Aristotel, Nizami, Komenski, Russo və başqaları maraqlı fikirlər söyləmişlər. Fiziologiya, psixologiya, pedaqogika elmləri elm klassiklərinin fikirlərinə əsaslanaraq iki böyük yaş dövrü (məktəbəqədər və məktəb dövrü) müəyyən etmiş, hər bir yaş dövrünün də, bir neçə mərhələdən ibarət olduğunu əsaslandırmışdır. Fiziki tərbiyə də, həmin yaş dövrlərinə uyğun təşkil edilməklə məktəblilərin cinsi, fərdi fərqlərini nəzərə alır.
Məktəb yaş dövrü aşağıdakı mərhələlərə bölünmüşdür. Kiçik yaşlı məktəblilər 6-11 yaş (I-IV siniflər), yeniyetməlik 11-14 yaş ( V-VIII siniflər), ilk gənclik 14-17 yaş (IX-XI siniflər). Fiziki tərbiyə həmin yaş mərhələləri üzrə cinsi fərqləri nəzərə almaqla həm dərsdə (fiziki tərbiyə dərslərində), həm də dərsdənkənar tədbirlərdə və asudə vaxtlarda həyata keçirilir.
Ümumi pedaqogika da müəyyən edilmiş təlim vəzifələri fiziki tərbiyə prosesində (fiziki tərbiyə dərslərində) nəzərə alınmaqla təlimin öz mühüm vəzifəsinə (təhsil vermək, şəxsiyyətin psixoloji inkişafını təmin etmək, şəxsiyyəti tərbiyə etmək) əlavə fiziki tərbiyənin bilavasitə özünəməxsus vəzifələri də yerinə yetirilir. Bu vəzifələrə ilk növbədə şəxsiyyətin sağlamlığının, onun gumrahlığının təmin edilməsi daxildir. Bu vəzifə ona görə on plana çəkilir ki, fiziki tərbiyə inkişaf etməkdə, formalaşmaqda olan insanlarla məşğul olur. Məktəbli sağlamlığının təmin edilməsində fiziki tərbiyə mühüm rol oynayır. Uşaqlıq və yeniyetməlik illərində bədən hissələrinin mütanasibliyi, ahəngdarlığı, sümük toxumasının və xüsusilə döş qəfəsinin düzgün inkişafı başlıca şərtdir. Buna görə də fiziki tərbiyənin sağlamlıq vəzifəsinə inkişaf etməkdə olan insan orqanizminin normal inkişafına nəzarət etmək, onu tədricən artan yüklərə, qamətin düzgün formalaşmasına əsəb sisteminin möhkəmlənməsinə hazırlamaq: uşaq və yeniyetmələr üçün zəruri olan keyfiyyətlərin inkişafına şərait yaratmaq : orqanizmin ətraf muhitin-soyuğun, istinin təsirinə dözümlülüyünü artırmaq: orqanizmin anatomik-fizioloji inkişaf xüsusiyyətlərini nəzərə almaq və s. daxildir. Bu vəzifələrin yerinə yetirilməsi əvvələn, ən qiymətli sərvət olan həyatın qorunmasına qayğıdır: ikincisi, fiziki inkişafı və mənəvi həyatın, insanın çoxsahəli fəaliyyətinin ahəngdarlığını təmin edən iş sistemidir.
Kiçik yaşlı məktəblilər daim hərəkət etməyi, yüyürməyi, oynamağı sevirlər. Onlarda dayaq-hərəkət aparatin inkişafına xüsusi qayğı göstərməlidir. Bu qayğını əsasən fiziki tərbiyə təlimi və çalışmaları yerinə yetirir, uşaqları oyunlara cəlb etməklə onların fəaliyyətini məqsədyönlü təşkil edir. Böyük çex pedaqoqu Y.A.Komenski insan həyatını oda bənzədərək deyirdi ki, külək olmadan od yanmadığı kimi , oyun, məşq, hərəkət olmadan da uşaq böyüyüb inkişaf edə bilməz. Oyun, hərəkət bir növ işdir, fəaliyyətdir, sağlamlıqdır, işsizlik, hərəkətsizlik bədənə və ruha ziyandır. Fəaliyyət uşağın fiziki, anatomik-fizioloji inkişafının başlıca meyarıdır.
V.A.Suxomlinski oyunu işıqlı böyük pəncərə hesab edir və deyirdi ki, bu pəncərədən uşağın mənəvi aləminə ətraf aləm haqqında təsəvvürlərin, anlayışların həyatverici axını daxil olur. Oyun hər şeylə maraqlanmaq, biliyə səy göstərmək odunu yanan qığılcımdır.
Yeniyetmələrdə mürəkkəb , coşğun və ziddiyətli proseslər baş verir. Bu proseslər ən mühüm sistemlərin – sinir, ürək-damar sisteminin, tənəffüs, həzm orqanlarının ömürlük işini təmin edir. İnsanın ən başlıca yaradıcı mənəvi fəaliyyətinin -əməyin – anatomik-fizioloji əsası qoyulur. Yeniyetməlik yaş dövründə oğlanlarda kişiləşmə, qızlarda qadınlaşma prosesi gedir, orqanizm-bədən hissələri sürətlə inkişaf edir, sümükləşmə prosesi başa çatır.
Bu dövrdə fiziki tərbiyə yükünün normada verilməsi zəruridir, çünki qamət, onurğa sütunu zədələnə bilər. İlk gənclik dövründə (böyük yaşlı məktəblilər) anatomik- fizioloji inkişafın sürəti azalır, əzələ kütləsi artır, qüvvə, sürət hazırlığı üzərində aparılan işlərin güclənməsi imkanları yaranır. Oğlanlara və qızlara verilən fiziki tərbiyə çalışmalarında cinsi, fərdi fərqlər nəzərə alınır.
Fiziki tərbiyənin təhsil vəzifələrinə şagirdlərə həyatda zəruri olan bilik, bacarıq və vərdişləri, şəxsi və ictimai gigiyena haqqında biliklər, həmin biliklərdən düzgün istifadə etmək bacarıqlarını aşılamaq: məktəblilərdə bədən tərbiyəsi və idmana meyl, maraq və tələbatlar yaratmaq, onları idman çalışmaları məşqinə və onların icrasına cəlb etmək: şagirdlərdə fiziki hərəkət məşğələlərinin təşkilinə dair təşkilatçılıq bacarıqları və əməli vərdişləri formalaşdırmaq daxildir.
Kiçikyaşlı məktəblilərlə mütəhərrik oyunlar keçirməlidir. Bunu isə müxtəlif məzmunlu milli oyunlar yerinə yetirir. Belə oyunlara “Bənövşə”, “Yoldaş səni kim aparır”, “Axtar tap”, “Qələndər (Səməndər)”, “Üstə atma”, “Əbə tutdu”, “Kim daha bərk qaçar”, “Məni tapa bilərsənmi” və s. daxildir. Bu yaş dövründə uşaqlara nəzəri hazırlığın ilkin ünsürləri öyrədilir.
Yeniyetmə yaşında hərəki analizatorların təkmilləşdirilməsi ilə əlaqədar həyatda zəruri olan hərəkətlər – yeriş, uzununa, hündürlüyünə tullanmalar, maneələri dəf etmək, qaçış, çətin məqamlarda yoldaşa kömək etmək, qumbara atmaq və s. Biliklər öyrədilir. Bu biliklər milli və hərbi vətənpərvərlik tərbiyəsinin əsasını , hərbi xidmətə hazırlığın ilkin ünsürlərini təşkil edir. Artıq bu yaş dövründə idman növləri üzrə ixtisaslaşma başlanır.
İlk gənclik dövründə gənclərin hərəkətlərin icrası texnikasına yiyələnmələri, bacarıq və vərdişləri təkmilləşdirmək və s. Məsələlər həll olunur. Onlar hərb elminə dair məlumatlara yiyələnir seçdiyi idman növü sahəsində nailiyyətlər əldə edirlər.
Fiziki tərbiyənin (fiziki tərbiyə dərslərinin) tərbiyə vəzifələri daha çoxsahəlidir. Məktəblilər yalnız bədən tərbiyəsi və idmana dair bilikləri mənimsəməklə kifayətlənmir, həm də intellektual keyfiyyətlərə də yiyələnirlər. Onlar öyrəndikləri fakt və hadisələri təhlil etməyi, müqayisələr, ümumiləşdirmələr aparıb nəticələr çıxarmağı , biliklərini təcrübəyə tətbiq etməyi də öyrənirlər.
Azərbaycan dünya dövlətləri sırasında özünün layiqli yerini tutmuşdur. Buna görə də, fiziki tərbiyə də ümumtəhsil məktəblərində və ali təhsil müəssisələrində toplanmış gənclərdə mənəvi keyfiyyətlərin tərbiyəsinə xüsusi əhəmiyyət verir. Fiziki tərbiyə prosesində gənclərdə milli və hərbi-vətənpərvərlik, milli iftixar tərbiyəsinə, əməksevərliyə, qarşılıqlı yoldaşlıq yardımına, doğruçuluğa, düşmənə nifrət tərbiyəsinə geniş yer verilməlidir. Milli mənsubiyyətini, kimliyini, tarixi keçmişini bilməyən gəncdə milli vətənpərvərlik hissi ola bilməz.
Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan Respublikası gənclərinin birinci formunda “hər bir Azərbaycan gənci müstəqil dövlətimizin fəal qurucusu olmalıdır” adlı proqram nitqində haqlı olaraq deyir ki, nə qədər var-dövlət olsa da, nə qədər pul olsa da, nə qədər zənginlik olsa da mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz.
Fiziki tərbiyə prosesində məhz, mənəvi keyfiyyətlərin formalaşmasına daha çox diqqət yetirilir. Bu zaman mənəvi şüurla mənəvi davranışın vəhdəti təmin edilir.
Fiziki tərbiyə prosesində məktəblilərdə iradı keyfiyyətlər (məqsəd aydınlığı, igidlik,mərdlik,qətiyyətli, özünü ələ alma təmkinli və s. əmək bacarığı və vərdişləri, estetik hisslər və keyfiyyətlər, ədalətlilik, düzlük və dogruculuq və s. Tərbiyə olunur. Fiziki tərbiyə bütövlükdə estetik tərbiyədir. Bədənin gözəlliyi, qamətin düzgünlüyü , məşğələlərin musiqi ilə müşaiyət edilməsi , müxtəlif hərəkətlər estetik tərbiyə ünsürləri ilə zəngindir. Fiziki tərbiyənin mühüm və spesifik vəzifəsi də məktəblilərin sağlamlığının inkişafını təmin etməkdir. Bu isə o deməkdir ki, fiziki tərbiyə prosesində məktəblilərdə psixi proseslər, şəxsiyyətin keyfiyyətləri (qabiliyyətkər, temperament ) və xarakter əlamətləri, idrak fəallığı inkişaf edir, hissi idrakla (sensor) , məntiqi idrakın qarşılıqlı əlaqəsi təmin olunmaqla bərabər məktəblilərin müntəzəm fiziki hərəkətlərlə məşğul olması nəticəsində onların sağlamlığı möhkəmlənir və təkmilləşir. Müstəqil Azərbaycan dövlətinin həyata keçirdiyi fiziki tərbiyə işinə qoşulub ondan istifadə etmək, bu sahədəki sərvətləri nəsillərdən nəsillərə vermək, həmin sərvətləri inkişaf etdirmək və təkmilləşdirmək günün başlıca tələbidir. Bu mənada Azərbaycanın özünəməxsus fiziki tərbiyə sistemi vardır. Bu sistem fiziki tərbiyənin ictimai mahiyyətini, məzmununu , prinsip və metodlarını, təşkili formalarını əks etdirir. Fiziki tərbiyə ictimai münasibətlərin təzahür formalarından olub ictimai həyatın bütün sahələrində özünü biruzə verir. Bu da, həqiqətdir ki, fiziki tərbiyə sistemi anlayışı tarixi mahiyyət daşıyır. Yəni müasir fiziki tərbiyə sistemi müxtəlif ictimai quruluşlarda yaranmış mütərəqqi ideyaları özündə əks etdirir. İnsanlar əməyin müxtəlif firmalarında iştirak edərək maddi nemətlərin istehsalında, yəni yaşayışvəsitəkərini (geyim, qida və s.) əldə etməkdə iştirak edirlər.
Bu zaman onlar müxtəlif əmək bacarığı və vərdişlərini mənimsəyir, fiziki tərbiyə dair biliklərə yiyələnirlər.
Tədricən ictimai əməklə yanaşı tərbiyə vəzifələri də formalaşır. İlkin tərbiyə ünsürləri fiziki tərbiyə aiddir. Tədricən ictimai tərbiyə təcrübəsi yaranır, müxtəlif ideyalar, nəzəriyyələr təşəkkül tapır. İnsanlıq cəmiyyəti antaqonist siniflərə (zümrələrə ) bölünəndən sonra hakim sinif məhkum sinfə ağalıq etmək üçün özünün fiziki tərbiyə sistemini yaratmışdır. Məsələn, böyük yunan filosofu Platon maddi nemətlər istehsal edən qulları danışan alətlər adlandırırdı. Qədim Yunanıstanda Sparta və Afina tərbiyə sistemləri mövcud idi. Sparta tərbiyə sistemi daha sərt qaydalar üzərində qurulmuşdu . Zəif, normal çəkidə anadan olmayan uşaqları spartalılar qayadan atıb məhv edirdilər. Kişilərin qadınlardan uzaqlarda (meşələrdə , dağlıq yerlərdə) saxlayır, yalnız döyüşə gedəndə qadınları ilə görüşməyə icazə verilirdi. Qadınlar onları döyüşə ruhlandırırdı. Fiziki qüvvəyə , gücə malik olan qladiatorlar döyüşlərdə dözümlülük göstərir, axıra kimi döyüş meydanından çıxmırdılar.muxtəlif ictimai quruluşlarda işin forması, məzmunu dəyişsə də, bu məqsədlə də güclü, qüvvətli , dözümlü adamlardan istifadə etmişlər. Həmçinin Homerin “İliada”, “Odisey”, Firdovsinin “şahnamə” əsərlərində də döyüş səhnələri təsvir edilir.
Şərq ölkələrində bahadırlıq dövrü çox böyük şöhrət qazanmışdır. “Tarixin pəhləvanliq dövrü deyilən əski bir qismi vardır. Hər bir millətin tarixi buradan başlayır”. İslamın yaradıcısı Məhəmməd Peyğəmbərin kəlamlarından, “Quran” da pəhləvanliq yüksək qiymətləndirilmişdir. Belə qüdrətli pəhləvanlara, sərkərdələrə nümunə Həmzə, Ömər, Həzrət Əli və başqalarını göstərmək olar. Belə sərkərdələr Azərbaycanda da olmuşdur. Tomris, Cavanşir, Babək belə şəxsiyyətlərdəndir.
Bütün bunlar təsdiq edir ki, hər bir xalq özünün milli qəhrəmanlıq tarixini yaratmağa xüsusi əhəmiyyət vermişdir. Bunun üçün özünün məktəblərini, zorxanalarını yaratmış , gənclərin fiziki sağlamlığını, mərdliyini, cəsurluğunu zəruri saymışdır. Bunun ən parlaq nümunələrini Novruz bayramı adət-ənənələrində, ulu dastanının “Kitabi-Dədə-Qorqud” da, “Koroğlu” da görə bilərik.
Azərbaycan uzun illər çar Rusiyasının müstəmləkəsi olduğuna görə özünün fiziki tərbiyə sahəsində milli dəyərlərini qoruyub saxlamaqla yanaşı Rusiyanın fiziki tərbiyə sahəsindəki mütərəqqi cəhətlərini mənimsəmişdir. Bu sahədə ən çox P.F.Lesqaftın fiziki tərbiyə nəzəriyyəsindən istifadə edilmişdir. P.ÜF.Lesqaft Avropa ölkələri məktəblərində fiziki tərbiyə məsələlərini dərindən öyrənərək özünün daha mütərəqqi təhsil sistemini yaratmışdır. O, öz nəzəriyyəsini “Məktəb yaşlı uşaqların fiziki təhsilinə rəhbərlik” adlı iki cildlik əsərində ifadə etmişdir.
Keçmiş sovetlər birliyində yeni sovet fiziki tərbiyə sistemi yaranmışdır. Bu sistemin çatışmazlığı ondan ibarət idi ki, SSRİ xalqlarının fiziki tərbiyə ilə əlaqədar tarixi ənənələri, milli oyunları, idman növləri nəzərə alınmırdı. Ümumtəhsil məktəblərinin fiziki tərbiyə proqramı standart şəkildə tərtib edilir, proqramda dəyişikliklər edilməsinə, milli oyunlardan istifadəyə, yerli şəraitin xüsusiyyətlərini nəzərə almağa icazə verilmirdi. Proqramlar ruscadan tərcümə edilir, xalq maarif nazirliyi tərəfindən təsdiq olunurdu. Bu isə hər bir xalqın, o cümlədən Azərbaycan xalqının fiziki tərbiyə sahəsindəki müsbət ənənələrinin, milli oyunlarının udulmasina səbəb olurdu.
Bu gün Azərbaycan Respublikasında fiziki tərbiyə sisteminin məqsədi sağlam, uzunömürlü, vətən torpağını müdafiə etməyə hazır olan, yaradıcı əməyi özünün müqəddəs borcu hesab edən adamlar yetişdirməkdir. Bunun üçün elə bir fiziki tərbiyə sistemi olmalıdır ki, onun əsasında milli və ümumbəşəri bədən tərbiyəsi və idman dəyərləri dursun. Belə bir sistem respublikamızda qurulmuş, vətəndaş cəmiyyətini yaratmış olan hüquqi dövlətin tələblərindən irəli gəlir.

Download 0,82 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   64




Download 0,82 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



FİZİKİ TƏRBİYƏNİN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ

Download 0,82 Mb.