• OLİMPİYA OYUNLARI
  • Olimpiya Məşəli
  • FİZİKİ TƏRBİYƏNİN İSTİQAMƏTLƏRİ, ÜMUMİ PRİNSİPLƏRİ VƏ ƏSASLARİ




    Download 0,82 Mb.
    bet3/64
    Sana22.06.2024
    Hajmi0,82 Mb.
    #265180
    TuriTəhsil proqramı
    1   2   3   4   5   6   7   8   9   ...   64
    Bog'liq
    FİZİKİ TƏRBİYƏ-TURAN

    FİZİKİ TƏRBİYƏNİN İSTİQAMƏTLƏRİ, ÜMUMİ PRİNSİPLƏRİ VƏ ƏSASLARİ

    Fiziki tərbiyə 3 istiqamətdə həyata keçirilir:


    1. Ümumi fiziki hazırlıq sağlamlığı möhkəmlətməyə, mümkün qədər daha çox hərəki bacarıq və vərdişlər əldə etməyə, əsas hərəki qabiliyyətlərin inkişafına xidmət edir. Bunun üçün fiziki tərbiyənin bütün vasitələrindən , habelə müxtəlif fiziki hərəkətlərdən, təbii və gigiyenik amillərdən , ən çox isə ümumtəhsil məktəblərində fiziki tərbiyə prosesində həyata keçirilir.
    2. Peşə fiziki hazırlığı ixtisadlaşdırılmış fiziki tərbiyə prosesi olub konkret əmək növləri və müdafiə fəaliyyəti hazırlığına xidmət edir. Peşə fiziki hazırlığı vasitələrinin tətbiqi əmək hərəki vərdişlərinə yiyələnmə prosesini asanlaşdırır, əmək məhsuldarlığını yüksəldir, mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin müqavimətini artırır.
    3. İdman hazırlığı fiziki tərbiyədə xüsusi istiqamət təşkil edir. Onun vəzifələrinə insanın seçdiyi idman növündə yüksək nailiyyətlər əldə etməsi və s. Daxildir.
    Fiziki tərbiyənin başqa bir spesifik istiqaməti də var. Bu müalicə bədən tərbiyəsi – bərpaedici istiqamətdir. Onun vəzifəsi fiziki hərəkətlərin köməyi ilə itirilmiş sağlamlığı bərpa etməkdir.
    Fiziki tərbiyə sisteminin özünəməxsus prinsipləri vardır.

    FİZİKİ TƏRBİYƏ SİSTEMİNİN PRİNSİPLƏRİ


    Prinsip- hər hansı bir elmin və ya nəzəriyyənin başlanğıc əsasıdır. Fiziki tərbiyə sisteminin prinsipləri aşağıdakı kimi istifadə edilir:
    1. Şəxsiyyətin hərtərəfli harmonik inkişafı prinsipi;
    2. Fiziki tərbiyənin əmək və müdafiə ilə sıx əlaqəsi prinsipi;
    3. Sağlamlığa yönəldilmiş fiziki hərəkətlər prinsipi;
    OLİMPİYA OYUNLARI

    Qədim ilk olimpiya oyunları b.e.ə 776-cı ildən başlayaraq 4 ildən bir keçirilirdi. Olimpiya adı qədim dağ adından yaranmışdır. Keçirildiyi dövr isə Müqəddəs ay adlanırdı. Bu yarışların proqramına müxtəlif fiziki hərəkətlər daxil edilirdi.


    Bunlardan ən çox papulyarlıq qazanan pentatlon idi. Buraya qaçış, uzunluğa tullanmaq, nizə, disk atmaq, güləş daxil edilirdi.
    Hər bir növdə qalib gələnə zeytun budağı və dəfnə yarpağından hazırlanmış çələng verilir, onun şərəfinə yaşadığı yerdə büst qoyulur, şəkli medal pulların üzərinə həkk edilirdi.
    Qədim olimpiya oyunları 1100 il ərzində keçirilmiş və yalnız Romalıların Yunan torpaqlarını işğal etdikdən sonra dayandırılmışdır. Roma imperatoru I Feodosiy eramızın 323-cü ilində Olimpiya yarışlarının keçirilməsini qadağan etmiş, əsas idman qurğularını dağıtmaq göstərişini vermişdir.
    1894-cü il iyunun 23-də 1-ci olimpiya xartiyası təsdiq olundu və 1-ci olimpiya oyunlarının müddəti və keçirilmə yeri müəyyən edildi. 1896-cı il Yunanıstanın paytaxtı Afina şəhəri.
    Müasir olimpiya oyunlarının tarixi 23 iyun 1894-cü ildən başlayır. Bu hərəkatın başlanmasının təşəbbüskarı Fransız Pyer de Kuberten olmuşdur. Hazırda 23 iyun dünya ölkələri tərəfindən Beynəlxalq Olimpiya günü kimi qeyd olunur. İlk müasir Olimpiya oyunları 1896-cı ildə Yunanıstanın Afina şəhərində keçirildi. BOK -un ilk prezdenti Dimetrius Vikelas seçildi. Olimpiya oyunları bitdikdən sonra Dimetrius Vikelas öz postunu Olimpiya oyunlarının təşəbbüskarı Pyer de Kubertona təhvil vermişdir.
    Hazırda Beynəlxal Olimpiya Komitəsinin prezidenti Tomas Baxdır. BOK-un Qərərgahı İsveçrənin Lozanna şəhərində yerləşir.
    Olimpiya simvolları – Olimpiya Oyunlarının təbliğ etmək üçün Beynəlxalq Olimpiya Komitəsi tərəfindən istifadə olunan nişanlar, bayraqlar və rəmzlərdir. Olimpiya Hərəkatının dəyərlərini və mənasını simvollarla ifadə edilər. Bu simvollar həm də sadə və dolayı yolla Oyunlar haqqında məlumat verir.
    Olimpiya Məşəli – Olimpiya Oyunlarının simvoludur. Məşəl Amsterdamda (Hollandiya) 1928-ci il Yay Olimpiya oyunlarında təqdim olunub və o vaxtdan müasirolimpiya oyunlarının bir hissəsi olub.

    Download 0,82 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   64




    Download 0,82 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    FİZİKİ TƏRBİYƏNİN İSTİQAMƏTLƏRİ, ÜMUMİ PRİNSİPLƏRİ VƏ ƏSASLARİ

    Download 0,82 Mb.