|
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkiliBog'liq FİZİKİ TƏRBİYƏ-TURAN 2002-Solt Leyk Siti – Amerika Birləşmiş Ştatlarının Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına Azərbaycanın 4 idmançısı qatıldı. Azərbaycanın bayrağını 8 fevral tarixində keçirilən açılış mərasimində Sergey Rılov apardı.Medal qazanılmamışdır.
2004-Afina – Bayraqdar Nizami Paşayev ağır atletika üzrə idmançımız oluib, 31 idmançı 10 növ üzrə iştirak edib. Ümumi 5 medal-1 qızıl 4 bürünc medal qazanılıb. Fərid Mənsurov güləş üzrə qızıl, İradə Aşumova və Zemfira Meftahətdinova atıcılıq üzrə, Fuad Aslanov və Ağası Məmmədov boks üzrə bürünc medallar qazanılıb.
2006-Turin – Azərbaycan İtaliyanın Turin şəhərində baş tutan XX Qış Olimpiya Oyunlarında 2 idmançı ilə təmsil olundu. Azərbaycanın üzrəngli bayrağını 10 fevral tarixində baş tutan açılış mərasimində meydana Mirkamil Rəhimov gətirdi.
2008-Pekin – XXIX Yay olimpiya Oyunlarında Azərbayca yığması, 44 idmançı ilə 10 idman növü üzrə təmsil olundu. Azərbaycan yığması, XXIX Yay Olimpiya Oyunlarında 6 medal (1 qızıl, 1 gümüş və 4 bürünc) qazandı. Azərbaycana medalları, cüdo yarışlarında çıxış edən Elnur Məmmədli (qızıl) və Mövlud Mirəliyev (bürünc), yunan-roma güləşçisi Rövşən Bayramov (gümüş), sərbəst güləşçilər Mariya Stadnik (bürünc) və Xetaq Qazyumov (bürünc), habelə boks yarışlarında mübarizə aparan Şahin İmranov (bürünc) medal qazandı.
Yunan-roma güləşçisi Vitali Rəhimov,gümüş medal qazansa da, yarış zamanı qadağan olunan turinabol preparatını qəbul etdiyi üçün, 2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən gümüş medaldan məhrum edildi.
2010-Vankuver-Azərbaycan tarixində 4-cü dəfə Qış olimpiya Oyunlarına qatıldı.Medal qazanılmamışdır.
2012-London –Azərbaycan 53 idmançı ilə 15 idman növündə təmsil olundu. Bayraqdar açılışda Elnur Məmmədli, bağlanışda Toğrul Əsgərov oldu. Azərbaycan XXX Yay Olimpiya Oyunlarında 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc) qazandı. Medalları güləş idman növü üzrə Toğrul Əsgərov (qızıl), Xetaq Qazyumov (bürünc), Rövşən Bayramov (gümüş), Şərif Şərifov (qızıl), Emin Əhmədov (bürünc), Mariya Stadnik (gümüş), Yuliya Ratkeviç (bürünc), ağır atletikadan Valentin Xristov, boksçulardan isə Teymur Məmmədov (bürünc) və Məhəmmədrəsul Məcidov (bürünc) əldə etdi.
Azərbaycan 2012 Yay olimpiya Oyunlarında ilk dəfə olaraq akademik avarçəkmə, idman gimnastikası, kanoe-sprint, qılıncoynatma və şosse velosipedi idman növlərində təmsil olundu.
2014-Soçi- Azərbaycan 2014 Qış Olimpiya Oyunlarında 4 idmançı ilə 2 idman növündə təmsil olundu. Açılış mərasimində bayraqdan Rəhman Xəlilov, bağlanışda Aleksey Sitnikov olub.
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili
|