|
MƏZMUN XƏTLƏRİ ÜZRƏ ÜSULLAR VƏ ONLARIN AÇIQLANMASIBog'liq FİZİKİ TƏRBİYƏ-TURANMƏZMUN XƏTLƏRİ ÜZRƏ ÜSULLAR VƏ ONLARIN AÇIQLANMASI
Məzmun xətləri
|
Üsullar və onların açıqlanması
|
1. İnformasiya təminatı və nəzəri biliklər
|
Sözdən istifadə-hər hansı bir hərəkət haqqında informasiya verərkən,məlumatlar sözlə çatdırılır.
İzah-hər hansı bir hərəkətin icrasının izahatı (nümunə göstərilməklə)
Nümayiş etdirmə-hər hansı bir hərəkəti öyrədərkən onun icrasını nümayiş etdirmək
|
2.Hərəki bacarıqlar və vərdişlər
|
Hissə-hissə-hər hansı bir hərəkəti icra texnikasını fazlara bölüb ardıcılolaraq ayrı-ayrılıqda öyrədilməsidir.
Tam öyrətmə- hər hansı bir hərəkəti icratexnikasını fazlara bölüb ardıcıl olaraq ayrı-ayrılıqda öyrətdikdən sonra hərəkəti heç bir fazaya bölmədən tam icra etdirmək üsuludur;
|
3.Hərəki qabiliyyətlər
|
Təkrar-hər hansı bir hərəkətin təkrar icrasıdır;
Təkrar serialı-hər hansı bir hərəkətin iki və daha artıq yaxınlaşmada (padxod) və hər yaxınlaşmada həmin hərəkətin eyni sayda icrasıdır.
İnterval-təkrar və seriallar arası vaxt intervalıdır (bir hərəkətin bitdiyi andan növbəti hərəkətin başlanmasına qədər olan vaxt fasiləsidir).
Fasiləsiz-qabiliyyətin inkişafı üçün yerinə yetirilən hərəkət oyun, yarış
və s. heç bir fasilə olmadan icra olunur;
Maksimal səy-hərəkəti maksimal səylə (sürətlə, qüvvə ilə, intensivliklə)
icra edilməsi;
İmtinaya qədər-hərəkətlərin icrası zamanı əzələ işgörmə qabiliyyətini
itirənədək yorulma prosesidir, heç bir fiziki yük qəbul etmir;
Yarış-komanda və ya fərdi şəkildə hərəkət, oyun, sadə və
kombinələşmiş estafetlər və s. şəklində müəyyən qaydalar çərçivəsində
icra edilmə üsuludur;
Nəzarət-dərs zamanı şagird fəaliyyətinin izlənilməsi, meydana çıxan
qüsurların aradan qaldırılması üçün metodiki göstərişlərin verilməsi, əks əlaqənin təşkili köməkçi hərəkətlərin verilməsi, qiymətləndirilmənin aparılması üçün üsuldur;
Oyun-şagird fəaliyyətinin və ya dərsin oyun formasında təşkili üsuludur.
|
|
|
| |