• MƏZMUN XƏTLƏRİ
  • Azərbaycana IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalları –




    Download 0,82 Mb.
    bet12/64
    Sana22.06.2024
    Hajmi0,82 Mb.
    #265180
    TuriTəhsil proqramı
    1   ...   8   9   10   11   12   13   14   15   ...   64
    Bog'liq
    FİZİKİ TƏRBİYƏ-TURAN

    Azərbaycana IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalları –
    Güləş idman növü: Kamran Məmmədov, Elvin Mürsəliyev, İslam Abbasov, Orxan Nuriyev, Mahir Əmiraslanov, Hacı Əliyev, Nurməhəmməd Hacıyev, Camaləddin Məhəmmədov, Mariya Stadnik, Leyla Qurbanova, Elisa Manolova və Tatyana Omelçenko.
    Cüdo idman növü: Orxan Səfərov, Nicat Şıxəlizadə, Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elxan Məmmədov və Erdenebat Bazarraqça.
    Para-atletika idman növü: Nurlan İbrahimov, Elmir Cəbrayılov, Elçin Muradov, Oloxan Musayev, Samir Nəbiyev və Yelena Çebanu.
    Taekvando idman növü: Ayxan Tağızadə, Milad Beigi, Ramin Əzizov, Radik İsayev, Patimat Abakarova və Yaprağ Əriş.
    Karate idman növü: Rafael Ağayev, Ayxan Mamayev, Roman Heydərov, Fəridə Abıyeva və İrina Zaretska.
    Para-cüdo idman növü: Elçin Talıbov, Ramil Qasımov, Afaq Sultanova və Ramilə Kaşdayeva.
    Boks idman növü: Cavid Çələbiyev, Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov.
    İdman gimnastikası idman: Murad Ağarzayev, Bense Talas və Yuliya İnşina.
    Atıcılıq idman növü: Ruslan Lunyov, Nigar Nəsirova, Ruslan Lunyov cütlüyü və Əli Hüseynli, Aydan Camalova cütlüyü.
    Bədii gimnastika idman növü: Marina Durunda və Jalə Piriyeva.
    Yüngül atletika növü: Nazim Babayev və Anna Skidan.
    Ağır atlet: Anastasiya İbrahimli.
    Suya tullanan: Olqa Bikovskaya
    Üzgüçü:Maksim Şemberev
    Zorxana ustası:Rüfət Gülalıyev
    Azərbaycanın basketbol 3x3: kişi və qadın komandaları
    Futbol: kişi komandası
    Həndbol: qadın komandası
    Voleybol: qadın komandası
    Talismanda İncə və Cəsur Qarabağ atları idi.
    MƏZMUN XƏTLƏRİ

    Tərifi - Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissidir. Hər bir fənnin ana xətti, leytmotividir. Ona görə də dəyişməzdir. Hər fənnin şagirddə formalaşdıra biləcəyi bacarıqlar üzrə müəyyənləşir. Fiziki tərbiyə fənnində ümumi təlim nəticələrini reallaşdırmaq üçün 4 məzmun xətti, müəyyən olunmuşdur.



    1. İnformasiya təminatı və nəzəri biliklər

    2. Hərəki bacarıq və vərdişlər

    3. Hərəki qabiliyyətlər

    4. Şəxsiyyətin mənəvi-iradi xüsusiyyətlərinin formalaşması

    1) İnformasiya təminatı və nəzəri biliklər-məzmun xətti pedaqoji prosesdə yerinə yetiriləcək hərəkət, oyun hərəkət kompleksləri, qaydalar haqqında düzgün təsəvvür, hərəkətin icra modelini formalaşdırmaq məqsədi daşıyır. Bu zaman müəllim “söz”, “izah”, “film”, “diaqram” kimi metodlardan istifadə etməlidir. Metodlardan düzgün, səmərəli, şagirdin-anlayacağı dildə istifadə etmək şagirdə dərsin gedişində hərəki fəaliyyətini uğurlu qurmağa imkan yaradır.


    Müəllim fəaliyyəti- Hərəkətin icra üsulunu izah edir.
    Şagird fəaliyyəti – Hərəkətin icra üsulunu anlayır.
    Struktur.
    1.Sağlamlığın qorunması və möhkəmləndirilməsi haqqında biliklər.
    2.Hərəkətlərin icra üsulları, icra rejimləri haqqında biliklər
    3.Davranış, əməkdaşlıq qaydaları haqqında biliklər
    4.Hərəki qabiliyyətlərin inkişaf metodları haqqında.
    Qiymətləndirmə üsulu – Şifahi, yazılı. Qiymətləndirmə vasitəsi-Sual-cavab, test
    2)Hərəki bacarıq və vərdişlər məzmun xətti hərəki fəaliyyətin həyata keçirilməsi, icra üsullarına yiyələnmə prosesini özündə əks etdirir. Bildiyimiz kimi icra bacarığının formalaşdırılması ilk növbədə müəllimin hərəkət haqqında verdiyi izahın əhatəliyindən, hərəkətin struktur çətinliyindən, köməkçi və hazırlayıcı hərəkətlərdən istifadədən və s. asılıdır.
    Hərəki bacarıqların formalaşması hərəkət, oyun haqqında informasiya, hərəki təsəvvürün yaradılması, fəaliyyət proqramı, ilkin icra, icra bacarığına korreksiyalar, elverişli icra üsuluna yiyələnmə, təkmilləşmə kimi icra mərhələlərindən keçir. Hər bir müəllim onuda nəzərə almalıdır ki, hər hansı texniki elementin icra bacarığını sona qədər formalaşdırmadan, ondan oyun prosesində istifadə etmək olmaz, əks halda düzgün olmayan vərdişlərin yaranmasına gətirib çıxarır. Bu zaman müəllim bacarıq və vərdişlərin formalaşdırılması zamanı hərəkətin struktur çətinliyindən asılı olaraq “tam”, “hissə-hissə”, “öyrətmə”, “nəzarət” metodlarından istifadə etməlidir.
    Müəllim fəaliyyəti – icra üsulunu göstərir. Şagird fəaliyyəti-Hərəkəti icra edir
    Struktur
    1.Sağlamlaşdırıcı vasitə və üsullardan istifadə bacarığı
    2.İdman növlərinə aid hərəkətlərin icra bacarığı və vərdişləri
    3.Hərəki qabiliyyətləri inkişaf etdirən hərəkətlərdən istifadə bacarığı
    Qiymətləndirmə üsulu – Müşahidə
    Qiymətləndirmə vasitəsi – Müqayisə
    3)Hərəki qabiliyyətlər – Məzmun xətti fiziki tərbiyyənin yeni məzmununda hərəki qabiliyyətlər xüsusi bir xətt kimi nəzərdə tutulur. Fiziki tərbiyə fənninin tədrisi şagirdlərdə fiziki hazırlığın əsas komponentləri olan 6 hərəki qabiliyyətin inkişafı üzərində qurulmuşdur.Hər bir hərəki qabiliyyət bir tədris vahidi hesab olunur. Nəzərə almaq lazımdır ki, hərəki qabiliyyətlərin inkişafının təmin olunması aşağıdakı amillərdən asılıdır.
    -adekvat fizki yükdən:
    -Bu yükün orqanizmə uzunmüddətli təsirinin təmin olunmasından:
    -düzgün icra rejimi və intensivliyindən:- müvafiq icra şəraitinin təmin olunmasından:
    Səmərəli nəzarət metodlarından istifadə etmək dəyişikliklərin müsbət dinamikası ilə nəticələnir. Bu isə hərəki qabiliyyətlərin inkişafını təmin edir.
    Bu zaman müəllim “təkrar”, “təkrar seriyalı”, “maksimal səy”, “imtinaya qədər”,
    “rəvan”, “fasiləli”, “dəyişkən”, “fartlek”, “oyun”, “nəzarət” metodlarından istifadə etməlidir.
    Müəllim fəaliyyəti – Hərəkətləri, oyunların zəruri rejimdə və sayda icrasını təşkil edir.
    Şagird fəaliyyəti- Hərəki qabiliyyəti nümayiş etdirir.
    Struktur
    1.Çeviklik – hərəki fəaliyyətin, dəyişən şəraitin tələblərinə müvafiq qurulması
    2.B.Ə,Q. (əyilgənlik) – hərəkətlərin geniş amplitudada icra qabiliyyəti
    3.Sürət-hərəkəti qısa vaxt ərzində icra etmək qabiliyyəti
    4.Sürət-güc-qısa vaxt ərzində maksimal qüvvə təzahür etdirmək qabiliyyəti
    5.Qüvvə-xarici müqaviməti dəf etmək qabiliyyəti
    6.Dözümlülük-hərəkətləri davamlı və təkrar icra etmək qabiliyyəti
    Qiymətləndirmə üsulu- ölçü
    Qiymətləndirmə vasitəsi – Normativlər: san, sm, metr, dəfə
    4)Şəxsiyyətin mənəvi-iradi xüsusiyyətlərinin formalaşması-məzmun xətti pedaqoji prosesdə şagirdlərin tərbiyəsində ən mühüm məzmun xəttidir və digər məzmun xətlərinin reallaşması üçün bazis hesab olunur.
    Yaş qruplarından asılı olaraq ünsiyyət qurmaq, davranış, əməkdaşlıq, özünəinam, mübarizlik, liderlik etik və hüquqi normalara hörmət, tolerantlıq kimi dəyərlərin formalaşdırılması nəzərdə tutulur. Vətəni Milli qəhrəmanlarımızın məhəbbəti ilə sevmək, mübariz olmaq,mənəvi və milli dəyərlərimizi yaşatmaq, yaşadığımız cəmiyyətin layiqli üzvü olmaq, şagird psixologiyasında mənəvi-iradi xüsusiyyətlərin formalaşdırılması üçün əsas motiv olmalıdır.
    Şəxsiyyətin mənəvi –iradi xüsusiyyətləri məzmun xəttini reallaşdıran müəllim-“inandırma”, “təlqinetmə”, “çətinləşdirilmiş şəraitdə” metodlarından istifadə etməlidir.
    Müəllim fəaliyyəti-Təqdir olunan qaydaları izah edir, öz davranışında nümunə göstərir.
    Şagird fəaliyyəti-Oyun və s. qaydalara əməl edir.
    Struktur
    1.Davranış ünsiyyət qurmaq
    2.Əməkdaşlıq, məsuliyyət hissi
    3.Cəsarət, vətənpərvərlik.
    Qiymətləndirmə üsuslu-Müşahidə
    Qiymətləndirmə vasitəsi-Müqayisə

    Download 0,82 Mb.
    1   ...   8   9   10   11   12   13   14   15   ...   64




    Download 0,82 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycana IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalları –

    Download 0,82 Mb.