Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili




Download 0,82 Mb.
bet1/64
Sana22.06.2024
Hajmi0,82 Mb.
#265180
TuriTəhsil proqramı
  1   2   3   4   5   6   7   8   9   ...   64
Bog'liq
FİZİKİ TƏRBİYƏ-TURAN


TEZARUS



  1. Təhsil – sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi;

  2. Təhsil proqramı (kurikulum) – təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi;

  3. Tədris planı – müvafiqtəhsil pilləsində tədris olunan fənlərə və dərsdənkənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəd;

  4. Təhsil müəssisəsi – müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzmunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum;

  5. Fiziki tərbiyə - bacarıq və vərdişlərin, mənəvi – irafi xüsusiyyətlərin formalaşması, hərəki qabiliyyətlərin inkişafına yönəlmiş pedaqoji proses.

  6. Fiziki inkişaf – insan orqanizminin morfo – funksional xüsusiyyətlərinin təbii dəyişməsi, inkişafı prosesidir. Fiziki inkişaf prinsipcə idarə olunan prosesdir. Bu prosesə məqsədyönlü, istiqamətləndirici təsir fiziki tərbiyə prosesində həyata keçirilir. Şagirdlərin boy, çəki və boy-çəki indeksi ilə müəyyən olunur.

  7. Funksional inkişaf – şagirdlərin nəbz vurğusu və ağciyərin həyat tutumu göstəricilərilə təyin olunur.

  8. Hərəki qabiliyyətlər – hərəkətin və hərəki qabiliyyətin icra keyfiyyətini göstərən, insanın anadangəlmə və həyatda qazanılmış motor funksiyasının psixofiziki xüsusiyyətdiri. 6 hərəki qabiliyyət var: Sürət; Sürət-güc; Bədənin əyilmə qabiliyyəti (BƏQ); Qüvvə; Çeviklik; Dözümlülük; Keyfiyyət – 5 (sürət-güc yoxdu burda) –dir.

  9. Hərəki fəaliyyət – hərəki vəzifələrin həllinə yönəlmiş, insanın məkan və zaman daxilində məqsədli yerdəyişməsidir.

  10. Hərəki bacarıqlar – hərəki fəaliyyətə daxil olan hər bir elementin diqqətin cəlb edilməsi ilə (mərkəzi sinir sistemi) icrasıdır. Bu daha çox ilkin öyrətmə mərhələsinə xas olan xüsusiyyətdir.

  11. Hərəki vərdiş – diqqətin yalnız son nəticəyə istiqamətlənməsi ilə hərəki fəaliyyətin icrasıdır. Bu zaman hərəkətin icrası avtomatlaşır, mərkəzi sinir sistemi hərəki fəaliyyətə daxil olan ayrı-ayrı elementlərə deyil, yalnız son nəticəyə və şəraitə nəzarət edir.

  12. Fiziki hazırlıq – hərəki qabiliyyətlərin (sürət-güc, qüvvə, dözümlülük, çeviklik, əyilgənlik) inkişaf etdirilməsi və mənəvi-iradi xüsusiyyətlərin ormalaşdırılması prosesi, orqanizmin iş qabiliyyətinin əsas göstəricisi.

  13. İdman – xüsusi yarış fəaliyyəti, ona bilavasitə hazırlıq və bu fəaliyyətlə əlaqədar həyata keçirilən münasibətlərin məcmusudur.

  14. Hormonik fiziki inkişaf – gövdənin və ya ətrafların bir-birinə mütənasib ölçüdə olması adlanır.

  15. Bədən tərbiyəsi – cəmiyyətin ümum mədəniyyətin mühüm hissəsi.

  16. Tədris normotivləri – ayrı-ayrı tədris vahidləri (hərəki qabiliyyətlər) üzrə şagird naliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə istifadə olunan ölçü vahidləridir.

  17. Fiziki tərbiyyədə icra bacarıqları – tədris materiallarının kəmiyyət göstəricisidir.

  18. Keyfiyyət göstəricisi – tədris vahidi üçün ayrılmış dərslərin hər birində icra olunan hərəkətlər (icra bacarıqları) sonda müvafiq hərəki qabiliyyətdə dəyişikliyə, keyfiyyət göstəricisinə keçir.

  19. Doaqnostik normotivlər – şagirdlərin tədris ilinin əvvəlində fiziki və funksional inkişafını, altı hərəki qabiliyyətlər üzrə hazırlıq səviyyələrini müəyyənləşdirmək üçün tətbiq edilən ölçü vahididir.

  20. Məzmun xətləri – 4 dür: informasiya təminatı və nəzəri biliklər; Hərəki bacarıqlar və vərdişlər; Hərəki qabiliyyətlər; Şəxsiyyətin mənəvi-iradi xüsusiyyətinin formalaşması;

  21. Dərsin giriş hissəsi – dərsin məqsədi, məzmunu izah olunur, şagirdlərdə motivasiyaformalaşdırılır, dərs prosesində istifadə olunacaq hərəkətlərin orqanizmə təsirinin qısa xarakteriktikası verilir.

  22. Hazırlayıcı hissə - sıra fəndləri yerinə yetirilir, bi hissədə istifadə olunan hərəkətlər orqanizmin qarşıdakı fiziki yükə hazırlamaq üçün qızışdırıcı-yeriş, qaçış, ümuminkişaf və xüsusi-struktur cəhətdən əsas hissədə veriləcək hərəkətlərə uyğun olan aparıcı əzələ qruplarını bu işə hazırlayan hərəkətlərdən ibarətdir.

  23. Əsas hissə - illik plan qrafikə müvafiq olaraq hərəkətlərin icra texnikasına yiyələnmə, onun təkminləşdirilməsi, ayrı-ayrı hərəki qabiliyyətlərin inkişaf etdirilməsi kimi vəzifələri həyata keçirir.

  24. Tamamlayıcı hissə - orqanizmin funksional sistemlərini (tənəffüs, nəbz) tədricən bərpası, qiymətləndirilmənin aparılması, fərdi və ev tapşırıqlarının müəyyən edilməsi vəzifələri həyata keçirilir.

  25. Diqqət – şüurun hər hansı obyektə cəmlənməsi və istiqamətlənməsidir. Psixi proseslərdə diqqət düşüncə və iradi proseslərə aid olduğu üçün xüsusi yer tutur.Diqqət iradi və qeyri-iradi ola bilir. Qeyri-iradi diqqət xarici qıcılandırıcının təsiri ilə baş verir və heç bir iradi səy tələb etmir, qısa müddətdə, qəfil baş verməsi ilə xarakterizə olunur.

  26. İradi diqqət – insan həyatında və fəaliyyətində əsas rol oynayır. O insanın şüur və iradi səyinin məhsuludur. İradi diqqət məqsədyönlü (təlim zamanı qarşıya qoyulan vəzifələr) , təşkilatlılığı (siz əvvəlcədən diqqətli olmağa hazırsınız, şüurlu surətdə öz diqqətinizi hər hansı obyektə cəmləşdirir və istiqamətləndirirsiniz) və dayanıqlılığı (diqqətin hər hansı obyekt və ya təlim prosesinə cəmlənməsi müddəti) ilə fərqlənir.Hərəki fəaliyyətin mənimsənilməsi, öyrədilməsinin səmərəliliyi diqqətin aşağıdakı xüsusiyyətlərindən asılıdır: həcmi, konsentrasiyası, dayanıqlılığı, mütəhərrikliyi, bölünməsi və s.

  27. Diqqətin həcmi – sizin, eyni zamanda qəbul edə biləcəyiniz obyekt və elementlərin sayı ilə müəyyən olunur. Adətən, insan orta hesabla 5-6 obyekti eyni vaxtda diqqət mərkəzində saxlaya bilir. Hadisələrin tanış məkanda baş verdiyi hallarda insanın daha çox obyekti diqqət mərkəzində saxlaya bilməsi mümkündür. Diqqətin həcmi hər bir fərdin təcrübəsi və xüsusi biliyi ilə əlaqədardır. Məsələn, bir neçə il basketbol və ya voleybolla məşğul olan yeniyetmədə diqqətin həcmi bu oyunlarla yeni məşğul olanlara nisbətən daha çoxdur.

  28. Diqqətin konsentrasiyası (cəmlənməsi) – hərəkətlərin icrası zamanı sərf etdiyiniz psixoliji enerji ilə xarakterizə olunur.Yəni bu diqqət müəyyən obyektlərə cəlb olunur, diqqət yayındıqdan sonra fasilə verilir, yenidən diqqət həmin əşyaya və ya obyektə yönəldilir. Beləliklə, diqqətin cəmləşdirilməsi prosesi iradi olaraq uzadılır, idarə olunur, onun dayanıqlığı təmin olunur.

  29. Diqqətin davamlılığı – tələb olunan vaxt müddətində diqqəti cəmləşdirərək saxlamaq bacarığıdır. Məsələn, qrupla və komandalı fəaliyyət zamanı oyunun hər hansı məsul hissəsində sizdən yalnız çox diqqətli olmaqla yanaşı, qeyd olunan vaxt üçün diqqətin dayanıqlılığı, davamlılığı tələb olunur.

  30. Diqqətin mütəhərrikliyi – onun bir obyekt üzərindən digərinə keçməsi və ya bir hərəki proses zamanı ani olaraq diqqətin digər bir obyektə cəlb edilməsidir.

  31. Diqqətin bölüşdürülməsi – diqqətin eyni vaxtda bir neçə obyektə, iki və daha artıq hərəki fəaliyyətə bölüşdürülməsidir. Məsələn, idman oyunu zamanı siz eyni vaxtda həm tərəf-müqabilinizi, həm də müdafiəçiləri, oların yerdəyişməsini diqqət mərkəzində saxlamalı olursunuz.

  32. Hiss və qavrama - əşya və hadisələrin birbaşa hiss üzvlərinə təsiri ilə insan şüurunda əks olunmasıdır.Hərəki fəaliyyət zamanı, bir qayda olaraq, bütün analizatorlar, əsasən, görmə, əzələ-hərəki, eşitmə, vestibülyar və toxunma reseptorları iştirak edir. Bu hislər vasitəsilə siz bədənin fəzada vəziyyəti, hərəkəti, ətrafların yerdəyişməsi haqqında informasiya əldə edirsiniz.Qavrama da hiss kimi görmə, eşitmə, iy, dad və s. bölünür. Lakin hərəkətlərin təlimi və öyrədilməsində fəza, vaxt və hərəkətin qavranılması, hiss edilməsi daha böyük əhəmiyyət kəsb edir.

  33. Fəzanın qavranılması (“fəza hissi”) – görmə, toxunma və kinestetik analizatorlar vasitəsilə həyata eçirilir.

  34. Vaxtın qavranılması (“vaxt hissi”) – hərəki fəaliyyətin sürətinin, ardıcıllığının, davamlılığının bizim şüurumuzda əks olunmasıdır. Hərəkət tempi və ritmi vaxt hissinin mürəkkəb forması hesab edilir. Hərəkət ritminin hiss olunması bir sıra hərəkətlərin öyrənilməsi zamanı müəyyən əhəmiyyət daşıyır. O cümlədən, tullanma və atma kimi hərəkətlərin icra texnikasının mənimsənilməsi zamanı belə hiss bacarığına ehtiyac duyulur.

  35. Yaddaş – fikir, obraz və əvvəllər öyrənilmiş hərəkətlərin yaddaşda saxlanılması və zəruri olan hallarda icrası ilə əlaqədar psixi prosesdir. Hərəki fəaliyyətin öyrənilməsi üçün yaddaşın aşağıdakı bütün növləri zəruridir: hərəki, obraz, emesional və verbal. Hərəki yaddaşın məzmunu öyrənilmiş hərəkətlərin əzələ-hərəkət obrazından ibarətdir. Beləliklə, hərəki yaddaş müxtəlif hərəki bacarıq və vərdişlərin formalaşması üçün əsasdır.

  36. Düşüncə - hadisə və obyektlərin mahiyyətinin və başvermə qanunauyğunluqlarının dərk edilməsidir. Bu insanın ali yaradıcılıq formasıdır. Düşüncə vasitəsilə hərəkət, onun strukturu anlaşılır. Düşüncə hissi, təfəkkür və təsəvvürə əsaslanır. Hərəki təsəvvürün formalaşması, icrası, icranın təkmilləşdirilməsində ikinci siqnal sisteminin, sözün rolu böyükdür. İstənilən düşüncə nitqlə əlaqəli şəkildə yaranır, inkişaf edir. Düşüncə mürəkkəb əqli fəaliyyət olub, özündə təhlil, sintez, ümumiləşdirmə, təsnif və sistemləşməni birləşdirir.

  37. Hiss və emosiyalar – hər bir insanın həyatında böyük rol oynayır. Mürəkkəb, çətin hərəki fəaliyyətin icrası zamanı yaşanan hiss, həyəcan bu hərəkətlərin icrasına müəyyən təsir göstərir.

  38. İradə və iradi xüsusiyyətlər – İradə insanın daxili, mənəvi enerjisi hesabına həyatda rast gəldiyi çətinliyi dəf etmək bacarığıdır. İdman, fiziki hərəkətlərin icrası, ümumiyyətlə, həyatda qazanılası hər bir şey iradənin, iradigücün hesabına əldə olunur. İradi hissi olmayan insanı kompası olmayan gəmiyə bənzətmək olar, onun hərəkət istiqaməti məlum deyil, sərbəstdir.

  39. Şagirdlərin hazırlığının monitorinqi – şagirdin, fiziki, funksional hərəki qabiliyyətlər üzrə diaqnostik, kiçik summativ qiymətləndirmə nəticələri, dərsdə aparılan yarışlar, testləşmə.

  40. Hərəkətlərdən istifadə ardıcılığı – sıra, ümuminkişaf, hazırlayıcı hərəkətlər, əsas hərəkətlər, bərpaedici hərəkətlər.

  41. Bərabər imkanların yaradılması – dərsdə yarışan qruplar, komandaların bir-birinə yaxın hazırlıq səviyyələrində təşkilinə nail olmaq.

  42. Dəstəkləyici mühit və psixoloji atmosfer – idman zalının, meydançanın bədii tərtibatı, istifadə olunan avadanlıq və inventarların estetikliyi və gigiyenik təmizliyi, dərsdə şən əhval-ruhiyyənin yaradılması.

  43. Fiziki yükün həcmi – yerinə yetirilən hərəkətlərin miqdarı, sərf olunan vaxt, qət olunan məsafənin kilometri və başqaq göstəricilərlə təyin olunur.

  44. Fiziki tərbiyənin dərsdənkənar formaları - əsas yeri idman bölmələrində (atletika, idman oyunları, təkmübarizlik növləri, gimnastika və s.) və ümumi fiziki hazırlıq qruplarında məşğələlər tutur. Şagirdlərin dərsdənkənar fiziki tərbiyəsinin digər forması idman və kütləvi bədən tərbiyəsi tədbirləridir. Buraya idman bayramları, turist gəzintiləri və yürüşləri, idman sağlamlıq günləri və s. daxildir. İdman bölmələri və idman təşkilatlarında (UGİM, idman klubları və s.) şagirdlərin məşğul olması könüllüdür.

  45. Fiziki yükün intensivliyi – hərəkətin icra tempi və sürəti, vaxt vahidi ərində yerinə yetirilən hərəkətin miqdarı və s. ilə müəyyən edilir. Fiziki yükün həcmi və intensivliyi arasında əks aslılıq mövcuddur. Həcm artdıqca intensivlik aşağı düşür və ya əksinə intensivli artdıqca həcm azalır.

  46. Məşqin fasiləsizliyi (sistemli olaraq təkrarlanması) – məşqin müəyyən bir qrafik əsasında sistemli olaraq keçirilməsi orqanizmin əzələ sistemində dəyişikliyin (inkişaf) baş verməsi üçün olduqca mühüm şərtdir. Məşqlər arasındakı fasilə (həftədə ən azı 3 dəfə məşq) əvvəlki məşq yükünün yaratdığı yorğunluğun tam aradan qalxması üçün yetərli olmalıdır. Bundan başqa orqanizmin tam bərbası və daha yaxşı məşqlənmə effekti əldə etmək üçün müxtəlif bərpa vasitələrindən (masaj prosedurları, vitaminlərdən istifadə və s.) və düzgün qidalanmadan istifadə edilməlidir.

  47. Məşq yükünün müvafiqliyi – Seçilmiş məşq yükü məşqin qarşısında duran vəzifələrin həlli üçün adekvat olmalıdır. Məsələn, qüvvə qabiliyətinin inkişafı üçün biz qüvvə hərəkətlərindən, sürətin inkişafı üçün sürət hərəkətlərindən, sürət-gücün inkişafı üçün məhz bu qabiliyyəti inkişaf etdirən hərəkətlərdən (sıçrayış, tullanmalar) istifadə olunmalıdır.

  48. Məşq yükünün tədricən artırılması - Məşq yükünün formalaşdırılması üçün onun həcmi və intensivlik göstəricilərindən istifadə olunur. Bu göstəricilər məşq yükünün mərhələsindən, qarşıya qoyulan məqsəddən asılı olaraq tədricən artırılmalıdır. Orqanizmin əzələ sistemində arzuolunan məşqlənmə effektliliyinin yaradılması məşq yükünün yuxarıda qeyd olunan iki göstəricisi əsasında həyata keçirilir.

  49. Məşq yükünün dalğavari və müxtəlif variantlı olması – Məşq prosesi məşq yükünün həcminin və intensivliyinin artırılmasını qarşıya qoyur. Lakin bu daimi xarakter daşıya bilməz. Bu səbəbdən də məşq yükü dalğavari olaraq dəyişməli, azalıb-artırılmalıdır. Bu dəyişmə prosesi idman növündən, illik məşqin mərhələsindən asılı olaraq həyata keçirilir və bu zaman ixtisaslaşma növündən məşqçinin tövsiyələri əsas götürülməlidir.

  50. Məşq prosesinin silsiləli xarakterdə olması – Bu illik məşqin hər hansı mərhələsində müəyyən məşq hərəkətlərinin təkrarən istifadə olunmasını əsaslandırır.

  51. Obyektiv göstəricilər – müəyyən kəmiyyət, sayla ölçülə bilən antropometrik göstəricilər: boy, çəki, sinənin dairəvi ölçüsü və s; funksional göstəricilərə isə nəbz, tənəffüs tezliyi, ağciyərin həyat tutumu; nəzarət, sınaq testlərinin nəticələri və s. daxildir.

  52. Subyektiv göstəricilər - əhval-ruhiyyə, yorğunluq hissi, hərəkətləri yerinə yetirmək həvəsinin olub-olmaması, yuxu pozğunluğu, iştah və s. aid olunur.

  53. Yorulma – fiziki yükün təsiri ilə yaranan və orqanizmin iş qabiliyyətinin azalması ilə müşayət olunan vəziyyətdir.

  54. Fiziki kamillik – insanın optimal harmonik fiziki inkişafını və hərtərəfli fiziki hazırlığının vəhdətini əks etdirir.

  55. Gemostaz – orqanizmin daxili mühitinin sabitliyi.

  56. Təqəllüs - əzələnin yığışması (ləng dözümlü (qırmızı), dürətli dözümlü, sürətli dözümsüz)

  57. Variasiya – Dərsdə verilən oyunların təşkili formasının müxtəlifliyi

  58. Resurs nədir? – müəllimin ehtiyyatda olan vasitələr toplusu kimi başa düşülür. Resurs vasitələr standartların reallaşdırılmasına xidmət edir.

  59. ümumi resurslar – buraya bütün dərslərdə istifadə olunan sıra və ümumi inkişaf hərəkətləri daxildir.

  60. Xüsusi resurslar – buraya dərsin əsas hissəsi üçün seçilmiş kömək, əsas və hazırlayıcı hərəkətlər,qiymətləndirmə normotivlərinə daxil edilmiş hərəkətlər aiddir.

  61. Motor sıxlığı nə deməkdir? – dərsdə hərəkətlərin icrası üçün sərf olunan vaxt göstəricisinin dərsin ümumi vaxtına nisbəti.

  62. Pentatlon – yunan sözündən penta (5) qədim 5 növçülük (qaçış, disk atma, nizə atma, uzunluğa tullanma və güləş) birləşib. Müasir 5 növçülüyə - atıcılıq, qılıncoynatma, üzgüçülük, at minmək və qaçış (3 km).

  63. Triatlon – sözü qədim yunan mənşəli 3 idman növünün (qaçış, velosiped və üzgüçülük) birləşməsindən yaranıb.

  64. Keqli – məsafəni və ya oyunun sahəsinin hüdudlarını nişanlamaq üçün istifadə olunan fiqur. (konus, fişka, bayraq)

  65. Olimpiya günü – 23 iyun 1894-cü il

  66. Bədən tərbiyə günü – 5 mart 2005-ci il

  67. insan skeleti – 200-dən çox sümükdən ibarət olur: kəllə, gövdə, yuxarı və aşağı ətraf sümüklərinə bölünür.

  68. Başın sikeleti – kəllə və üz hissədən ibarətdir: kəllədə beyin yerləşir, üz hissəyə üz, burun, aşağı və yuxarı çənə sümüklər aiddir.

  69. Gövdə skeleti – onurğa sütunu, 12 cüt qabırğa və döş sümüklərindən ibarətdir. Onurğa sütunu 7 boyun, 12 döş, 5 bel, 5 oma və 4-5 büzdüm fəqərələrindən təşkil olunmuşdur. Oma fəqərələri çanağın formalaşmasından ibarətdir.

  70. Yuxarı ətraf skeleti – 2 körpücük, 2 kürək, 2 çiyin, 2 bazu, 1 cüt dirsək və 1 cüt mil sümüklərindən, bir neçə bilək sümüyündən, 5 uzun əl darağı, 5 barmaq falanqaları sümüklərdən ibarətdir.

  71. Aşağı ətraf skeleti – 2 çanaq və bud sümükləri, baldır sümükləri və ayaq sümükləri aiddir.

  72. skelet əzələsi – insanın skelet əzələsi daxili orqanları qoruyur, bütün orqanizmin dayaq funksiyasını və hərəkətlərin icrası zamanı hərəki funksiyanı yerinə yetirir.

  73. Oynaqlar – bütün sümüklərin bir-birinə birləşmə vasitəsi.

  74. Fiziki rifah – insan orqanizmində fəaliyət göstərən bütün orqan və funksional sistemlərin norma daxilində ahəngdar fəaliyyəti kimi başa düşülür.

  75. Mənəvi rifah – insanın xoş əhval-ruhiyyəsinin, öz gələcəyinə inamın, qarşıya çıxması ehtimal olunan hər hansı çətinliyin dəf ediləcəyinə əminliyin mövcudluğudur.

  76. Sosial rifah – insanın cəmiyyətdə sabit mövqedə olması, uğurlu ailə şəraiti, yaxşı qazanc gətirən işinin, maddi təminatının olmasıdır.

  77. Sağlamlıq – üç səviyyəsi mövcuddur: bioloji sağlamlıq, sosial sağlamlıq, şəxsi sağlamlıq.

  78. Bioloji sağlamlıq – orqanizmin özünütənzimləmə sistemlərinin ahəngdar işinə əsaslanır, bu da insan fəaliyyət sahəsinin tələblərinə və təbii şəraitə uğurlu uyğunlaşmağa imkan verir.

  79. Sosial sağlamlıq – insanın təhsildə, işdə, cəmiyyətdə və mədəni həyatda ictimai fəallıq dərəcəsini, dünyaya münasibətini özündə əks etdirir.

  80. Şəxsi sağlamlıq – xəstəlik və fiziki qüsurların aradan qaldırılması, qarşısının alınması və profilaktikasını özündə əks etdirir. Həyat tərzi, irsiyyət, xarici mühit, təbii-klimatik şərait, tibbi xidmət və s. sağlamlığa təsir göstərən amillərdir.

  81. Sağlam həyat tərzinin komponentləri – gün rejimi, gigiyena, qidalanma, orqanizmin möhkəmləndirilməsi, əmək və istirahətin növbələşdirilməsi, məqsədli hərəki fəallığın təşkili, fiziki hərəkətlərin icrası, idmanla məşğul olmaq.

  82. Zülal (protein) – orqanizmin toxumalarının inkişafını və bərpasını təmin edir.

  83. Yağlar və karbohidratlar – orqanizmi fiziki və funksional fəaliyyətini həyata keçirmək üçün enerji ilə təchiz edir.

  84. Mineral maddələr – orqanizmdə gedən proseslərə nəzarət edir.

  85. Liflər – qidanın orqanizmdə mənimsənilməsini asanlaşdırmaq üçün zəruri amildir.

  86. Su – orqanizmdə gedən prosesləri, ilk növbədə maddələr mübadiləsini asanlaşdırır.

  87. Bədənin xarici müayinəsi – qamət və əzələ sisteminə xarici baxışdan ibarət olub, qamətdə mümkün qüsurların aşkar edilməsinə yönəlmişdir.

  88. Dairəvi kürək – başın, boyunun irəliyə əyriliyi, belin təbii əyriliyi artır. Döş qəfəsinin kifozunun artıqlığı diqqəti cəlb edir.

  89. Yastı əyilmiş kürək – sinə və belin təbii əyriliyi azdır. Onurğanın amortizasiya qabiliyyəti aşağıdır.

  90. Dairəvi əyilmiş kürək – belin təbii lordoz əyriliyi artıqdır, qarın irəliyə çıxmışdır.

  91. Səhər gimnastikasının icra ardıcılığı – baş, boyun əzələləri üçün hərəkətlər; çiyin qurşağı üçün hərəkətlər; gövdə əzələləri üçün hərəkətlər; aşağı ətraf əzələləri üçün hərəkətlər; sıçrayışlar, tullanmalar, qaçış; sakitləşdirici (əzələləri boşaldıcı və tənəffüs) hərəkətlər;

  92. Hazırlayıcı hərəkətlər – struktur cəhətdən əsas hərəkətə uyğun olan, dərsin əsas hissəsində tətbiq ediləcək oyun, hərəkət kompleksi və s. icra edəcək əsas əzələ qruplarının “qızışdırılması” və uğurlu icraya hazırlaşdırılması məqsədi ilə istifadə olunan hərəkətlər.

  93. Köməkçi hərəkətlər – mürəkkəb quruluşlu icra üsullarının öyrədilməsi zamanı texniki elementərin mənimsənilməsi, təkmilləşdirilməsi məqsədi ilə istifadə olunan hərəkətlər kompleksi.

  94. Ümuminkişaf hərəkətlər – orqanizmin ümumi fiziki hazırlığını, ayrı-ayrı əzələ qruplarının hazırlıq səviyyəsini yüksəltmək məqsədi ilə istifadə olunan, müxtəlif idman növlərinə aid hərəkətlər kompleksidir. (qızışdırma, səhər gimnastikası, qamətin formalaşması üçün hərəkətlər daxildir)

  95. Xüsusi hərəkətlər – ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafına yönüəlmiş, icra rejimləri əvvəlcədən müəyyən olunmuş ardıcılığa və intensivliyə müvafiq yerinə yetirilən hərəkətlər kompleksidir.

  96. Əsas hərəkətlər – dərsin məqsədinin reallaşdırılması üçün seçilmiş icra üsullarının öyrədilməsi, təkmilləşdirilməsi, hərəki qabiliyyətlərin inkişafına yönəlmiş hərəkətlər kompleksidir.

  97. Bərpaedici və reaksiyaedici hərəkətlər – buraya fiziki yükdən sonra orqanizmin bərpasına yönəlmiş tənəffüs hərəkətləri, eyni zamanda gərgin, çoxsaylı təkrar icradan sonra əzələlərin boşaldılması məqsədi ilə icra edilən hərəkətlər daxildir.

  98. Qiymətləndirmə (test) hərəkətləri – şagirdlərin fiziki hazırlıq səviyyələrini (diaqnostika), ayrı-ayrı hərəki qabiliyyətlərin inkişaf dinamikasını qiymətləndirmək üçün istifadə olunan hərəkətlərdir.

  99. Sıra hərəkətləri – şagirdin dərsdə hərəki fəaliyyətinin təşkili, istiqamətləndirilməsi və tənzimlənməsi üçün tətbiq olunan, sərəncam və ya əmr formasında verilən komandalara müvafiq icra edilən hərəkətlər.

  100. Adaptiv fiziki tərbiyə - fiziki mədəniyyətin bir istiqaməti olub insanın dayaq hərəkət aparatında mümkün cari qüsurların profilaktikası (qamət, döş qəfəsi, yastıpəncə və s.) və korreksiyası, ürək damar, tənəffüs sisteminin funksiyasının yaxşılaşdırılması, ümumi sağlamlıq səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır. Bu sistemdə fiziki hərəkətlər fəal funksional müalicə məqsədilə icra edilir. Yeniyetmədə mümkün fiziki və funksional qüsur nə qədər tez aşkarlanarsa və fiziki hərəkətlərdən istifadə vasitəsilə bunların aradan qaldırılmasına nə qədər tez başlanarsa, nəticə bir o qədər səmərəli olar. Adaptiv fiziki tərbiyə zamanı əvvəlvə tibbi və pedaqoji nəzarətin aparılması zəruridir. Bu zaman: xarici müayinə; fiziki inkişafın qiymətləndirilməsi (antropometriya); funksional vəziyyətin qiymətləndirilməsi (ÜVS, AHT və s.); fiziki hazırlığın testləşdirilməsi; valideynlərlə sorğu və fiziki tərbiyə dərslərində aparılan müşahidələr nəticəsində orqanizmdə olan qüsur və çatışmazlıqların səbəbləri aşkarlanır.

  101. İdman yerişi – vaxt və texnikasına görə adi yerişdən fərqlənir, uçuş fazası olmadığına görə isə qaçışdan fərqlənir.

  102. Falstar – atlet qaçışa “Marş” komandasından tez başlamasıdır (falstar edən atlet yarışdan kənarlaşdırılır).

  103. Xasiyyət – Şəxsiyyətin fəaliyyətində təzahür edən, onun üçün xarakterik olan davranışda əks olunan fərdi xüsusiyyətlərin məcmusudur. Xasiyyət bütün həyat boyu formalaşır və dəyişir.

  104. Sanqvinik temperamenti – güclü, sürətli, oynama və tormozlanma proseslərinin mütanasib olduğu müvazinətli sinir tipidir.

  105. Xolorik temperament – güclü, sürətli, oyanma proseslərinin üstünlük təşkil etdiyi müvazinətsiz sinir tipidir.

  106. Fleqmatik temprament – güclü, lakin oyanma və tormozlanma proseslərinin ləng etdiyi müvazinətli sinir tipidir.

  107. Melanxolik temperament – zəif, ləng və müvazinətsiz sinir tipidir.

  108. Adlı təqaüd – təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanların həvəsləndirilməsi üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adını təsis olunan təqaüd;

  109. adyunktura- hərbi təhsil müəssisəsində doktoranturaya bərabər tutulan yüksək ixtisaslı elmi kadrların hazırlanması forması;

  110. akademiya- müəyyən sahə üzrə ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi;

  111. akreditasiya- təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi proseduru;

  112. attestasiya- hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin (dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhasilverənlərə münasibətdə) müəssisələrində təhsilverənlər istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi proseduru;

  113. Sertifikatlaşdırma- dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə)müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanması proseduru;




Download 0,82 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   64




Download 0,82 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili

Download 0,82 Mb.