|
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkiliBog'liq FİZİKİ TƏRBİYƏ-TURANOlimpiya məşəli estafeti – Olimpiya məşəlinin estafetlə Yunanistan Oyunlar keçiriləcək şəhərə hərəkətinin müasir ənənəsi 1936-cı ildə Berlin Yay Olimpiya Oyunları zamanı başldı. Oyunların başlanmasından bir neçə ay əvvəl Olimpiya məşəli Yunanıstanın Olimpiya şəhərində Qədim Olimpiyanın yerləşdiyi yerdə Günəş şüalarını parabolik güzgü vasitəsilə əks etdirməklə yandırılır. Məşəl sonra Oyunların keçiriləcəyi qitə və ya ölkələrə ətrafında səyahət etmək üçün Yunanıstandan çıxarılır. Olimpiya məşəli atletlər, tanınmış şəxslər və ya adi insanlar tərəfindən aparılır. Bir çox hallarda Olimpiya məşəli qeyri adi şəraitdə aparılıb. Məsələn, məşəl 1976-cı ildə Monrel Yay Olimpiya Oyunları zamanı elektronikanın köməyi ilə peyk vasitəsilə, 2000-ci ildə Sidneydə sönmədən su altından, 2014-cü ildə Soçidə Şimal qütbü və ya kosmosa çıxarılaraq öldürülüb. Məşəlin estafetinin son günündə, məşəl Açılış Mərasiminin keçirildiyi stadiona gətirilir və oyunların başlanmasını bildirən Olimpiadanın məşəlini yandırmaq üçün istifadə olunur.
Olimpiyada Bayrağı – Olimpiya oyunlarının əsas simvolu olan Olimpiya halqaları ağ fonda göy, qara, qırmızı, sarı, və yaşıl rənglərdən ibarət olan beş bir-birinə birləşdirilmiş halqadan tərtib olunub. Simvol ilkin olaraq Baron Pyer de Kuberten-müasir Olimpiya Oyunlarının həmtəsisçisi tərəfindən 1912-ci ildə hazırlanıb. Kubertenin sözlərinə görə, ağ fondakı rəngli halqalar o vaxt Olimpiya Oyunlarında yarışan bütün milli bayraqlarda görünən rənglərdən xəbər verir. Bu simvolun ilk təqdimatında 1912-ci ilin Olimpiyadasında olmuşdur.
Olimpiya himni – Olimpiya himni Olimpiya bayrağı qaldırılan zaman səsləndirilir. Bu musiqi parçasının bəstəkarı Spiridon Samaras sözlərinin müəllifi isə yunan şair Kostis Palamasdır. Həm şair, həm də bəstəkar Beynəlxalq Olimpiya Komitəsinin ilk Prezidenti olmuş yunan Dimitrios Vekelasin seçimi idi. Himn ilk dəfə 1896-cı il Olimpiya Oyunlarının açılış mərasimi zamanı ifa olunmuşdur,lakin 1957-ci ilədək, Beynəlxalq Olimpiya Komitəsinin rəsmi himni qəbul edilməmişdir. Sonrakı illərdə, 1960-cı il Roma Yay Olimpiya Oyunlarına qədər, hər bir ev sahibliyi edən ölkənin təşkilatçıları xüsusi olaraq, oyunların himnini bəstələməyi tapşırığını vermişlər.
Talismanlar – Talismanlar adətən, həmin ölkənin mədəniyyət xüsusiyyətlərini əks etdirən heyvan, bəzən də insan fiqurlarından ibarət olur. 1968-ci Qrönobl Qış olimpiya oyunlarından bəri hər bir olimpiya oyunlarının talismanı var. Ancaq ilk rəsmi olimpiya talismanı 1972-ci il Münhen Yay Olimpiya Oyunlarındakı Taksa it cinsini simvolizə edən Valdi qəbul olunur. 1968-ci il yay və qış olimpiya oyunlarının talismanları isə Qeyri-rəsmi talismanlardır. 1980-cı il Ayı SSRİ-nin simvolu olmuşdur.
Olimpiya şüarı – Olimpiya şüarı Citius (daha sürətli), Altius (daha yüksək), Fortius (daha güclü) latın sözlərindən əmələ gəlmişdir. Bu şüar 1894-cü ildə Bexnəlxalq Olimpiya Komitəsi yaradılanda Pyer de Kuberten tərəfindən təklif olunub. Kuberten bu ideyanı patriot atlet olan dostu Dominikan keşiş Anri Didondan götürmüşdür.
Olimpiya andı – Olimpiya andının vacibliyi, artıq 1906-cı ildə Bexnəlxalq Olimpiya Komitəsinin prezidenti və təsisçisi Pyer de Kuberten tərəfindən bəyan edilib. Bu oyunlar zamanı ədaləti bərpa etmək üçün nəzərdə tutulmuşdur.
Olimpiya çələngi – Olimpiya çələngi Herakl tərəfindən təqdim edilmiş at nalı və ya dairə formasında toxunmuş zeytun budaqlarından ibarətdir. Qədim Olimpiya Oyunlarında qızıl, gümüş və bürünc medallar yox idi. Hər yarışda yalnız bir qalib olurdu və o, Olimpiyada Zevsin məbədinin yaxınlığında olan müqəddəs zeytun ağacının yarpaqlarından hazırlanmış olimpiya çələngi ilə mükafatlandırılırdı.
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili
|