Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili




Download 0,82 Mb.
bet43/64
Sana22.06.2024
Hajmi0,82 Mb.
#265180
TuriTəhsil proqramı
1   ...   39   40   41   42   43   44   45   46   ...   64
Bog'liq
FİZİKİ TƏRBİYƏ-TURAN

BASKETBOL
Basket –“sərbəst”, ball – “top” deməkdir.
Tarix – Basketbol 1891 -ci ildə (ABŞ) Massaçusets ştatının Sprinqfilds kollecinin bədən tərbiyəsi müəllimi Ceyms Neysmit tərəfindən yaradılıb.
1932- çi ildə FİBA -Beynəlxalq Basketbol Federasiyası -BBF yaradıldı.
1935- ci ildə Cenevrədə ilk dəfə kişilər arası Avropa çempionatı keçirilmişdir. (çempion – Latviya)
1938-ci ildə ilk dəfə qadınların Avropa çempionatı keçirilmişdir.
1936-ci ildə isə Basketbol Olimpiya oyunları proqramına daxil edilib. 1950-ci ildə Argentinada ilk dəfə kişi komandalarının dünya çempionatı keçirilib. (çempion -Argentina)
1953-cu ildən sonra Çilidəqadin komandaları üçün dünya birinciliyi keçirildi. ( Çempion – ABŞ) (4 ildən bir)
1976 – cı ildə qadınlar XXI Olimpiya oyunlarına (Monrealda -Kanada) daxil edildi.
1920-ci ildə Azərbaycanda basketbolun inkişafı başlayıb.
1992-ci ildə Azərbaycan Basketbol Federasiyası yarandı.
1994-cü ildə ABF -e FİBA ya üzv qəbul edilmişdir. (1997-ci ildə beynəlxalq yarışlarda iştirak edilmədiyinə görə üzvlükdən kənarlaşdırılıb və 2000-ci ildə yenidən qoşuldu)
Federasiyanın prezidenti Nadir Nəsirovdur.
Hissə - 2, dövrə -4x10 dəq
Əlavə hissə - 5 dəq ( qalib müəyyən olunana qədər)
Dövrlər arası fasilə - 1-2, 3-4 və əlavə dövrdə 2 dəq.
Hissələr arası – 15 dəq
Taym aut – 1-2 dövrdə 2 dəfə, 3-4 3 dəfə , əlavə dövrdə 1 dəfə
Taym aut vaxt – 60 san
Meydança – 28x15 m
3 lük xətt – 6.75 m
Cərimə atış xətti – 5.80 m
Xətlər -5 sm
Səbətin hündürlüyü – 3.05 m
Səbətin diametri – 45 sm
Torun uzunluğu – 45 sm
Lövhə - 1.80x1.05 m
Təmiz vaxtda oynanılır
Oyunçu – 12 nəfər, 5 meydan – 7 ehtiyyat
Oyunçu dəyişikliyi – məhdudiyyət yoxdu.
Oyunçunun rol limiti – 5 göl (oyunun sonuna qədər)
Komandanın göl limiti -I hissədə 5-ci folda daxil atis(hissə bitəndə sıfırlanır)
Hücum vaxtı – 24 saniyə
Öz meydançadan topun çıxarılması – 8 san.
Rəqibin cərimə atışı zonasında -3san dayanmaq.
Autdan topu başlanması -5 san
Cərimə atışı – 5 san
Top – Qadınlarda çevrəsi 724 -737 mm, çəkisi 510-567 qr
-Kişilərdə çevrəsi 749-780 mm çəkisi 567-650 qr
Hakim heyyəti – 7 nəfər (3 meydan, 4 masa)
Xal atışı – 6.75 m kənarda 3 xal, daxilində 2 xal, cərimə atışı 1 xal
Xal -udana 2 xal, uduzan 1 xal, texniki məğlubiyyət – 0 xal
Top əldə - 2 addım
Oyunçu azlığı texniki məğlubiyyət – 2 dən az
Oyun hava atışı ilə başlanır. Meydançada ev yiyəsi solda, qonaq isə sağ tərəfdə olur və ya komandaların adı yazılanda ( D-C) birinci yazılan ev yiyəsi (D) kimi götürülür, ikinci yazılan (C) qonaq kimi. Oyun başlayarkən topu hansı komanda götürərsə masada olan ox işarəsi digər komandanın hücumunu göstərir. Mübahisəli top olarkən həmin oxa baxılır və hücumu hansı komanda edəcəyini müəyyən edilir və oxun istiqaməti dəyişdirilir. Dövrlər başlayarkən həmin oxa baxılır başlanılır . 2-ci hissə başlayarkən meydançada komandalar hücum istiqamətlərini dəyişir. Basketbol oyunu heç heçə bitmir hesab bərabər olarsa 2 dəq fasiləylə 5 dəq növbəti hissə başlanılır , komandalar hansı tərəfə hücum edirdilərsə o tərəfədə hücum edirlər. Vaxt bitən zamanı hesab üstünlüyü olan komanda udmuş sayılır. Bir komandanın 1-2 -ci hissəyə cəmi 2 time autu olur ( 1 time autu -1 dəq), 3-4 -cü hissələrdə cəmi 3 time aut verilir, əgər oyunun bitməsinə son 2 dəq vaxt qalıbsa və time autun 3-də durursa biri silinir 2-si qalır. Əlavə hissəyə 1 time aut verilir. Hücum edən komanda öz meydançasını 8 saniyə ərzində çıxmalıdır, qayda pozuntusu olarsa meydançanı çıxmağa neçə saniyə qalıbsa həmin saniyədən də davam edir. Hücuma isə cəmi 24 saniyə vaxt verilir.
- Komandanın hücumu üçün 24 saniyə vaxt verilir.
- Komanda əgər 24 saniyə ərzində səbətə topu atmayibsa top rəqib komandaya verilir
- 24 saniyə bitdikdə hakim fit çalıb, əl barmaqlarını çiyninə toxunduraraq işarə edir.
- 24 saniyə müddətində vaxt +14 olarsa və komanda topu səbətə atış edir və yenidən hücum edən komandanın ixtiyarında olursa saniyə olduğu kimi qalır. Məs: vaxt 17 saniyə idisə elə 17 saniyə ilə davam edir.
24 saniyə müddətində vaxt – 14 saniyə olarsa komanda atış edir top səbətə dəyərsə onda vaxt 14 saniyəyə dəyişir. Məs hücumun bitməsinə 4 saniyə qalarsa top səbətə dəydisə hücum vaxtı 14 saniyə olur.
Atış zamanı top səbətə dəyməlidir o zaman 24 saniyəyə təsir edir, lövhəyə dəyməyib təsir etmir.
Hər komandanın bir hissədə cəmi 5 limit faulu var, komandanın 5-ci faulunda və sonra digər faullarda (hücum və T faul sayılmır) 2 cərimə atışıyla cəzalandırılır. Hücum faullarina sərbəst atış verilmir. Komanda faulları hissələrə başlayanda silinir. Oyunçu cəmi oyun ərzində 5 faul edə bilər, faul limiti bitmiş oyunçu həmin oyundan kənarlaşdırılır . Texniki faul olarsa 1 cərimə atışıyla cəzalandırılır və top faul zamanı hansı komandada olursa onda da qalır, əgər T faulu hücum edən komanda edirsə rəqibin cərimə atışı dan sonra hücum vaxtı neçədə idisə həmin vaxtla da davam edilir, yox müdafiəçi edirsə hücum vaxtı -14 idisə 14 saniyəyə qalxır, +14 isə neçə saniyədə idisə həmin vaxtlarda davam edir.
Oyunçu oyundan kənarlaşması: 5 P (faul), 2 T (texniki), 2U (qeyri idman faul), D (diskalifə) yada zədə alarsa.
Məşqçi meydandan kənarlasir : 2 T faul alarsa.
Oyunçu rəqibin səbətinin altında 3 san. Artıq dayana bilməz. Cərimə atışı edən oyunçu hakim topu itirdikdən sonra 5 saniyə vaxtı olur ki səbətə atış etsin. Topu kənardan başlayarkən hakim topu verdikdən sonra 5 san. Vaxtı olur başlamağa. Topu oyunçu çiləyərək idarə etməlidir, topun üzərində yalnız 1 əl olmalıdır, topu tutduqdan sonra hərəkətdə 2 addım edə bilər, hərəkətdə olmadan tutarsan ancaq ötürmə və səbətə atış edə bilər. Top oyunçunun əlində olarkən müdafiəçilər basqı edirsə top çiləmə şansı varsa onu edə bilər ya da ötürmə edə bilər. O zaman 5 saniyə əlində saxlaya bilər. Hücum edən komanda öz meydançasını ötdükdən sonra geriyə yani öz meydançalarına ötürmə edə bilməz.
Komanda yarışa gəlmirsə 15 dəq. Gözlənilir və texniki məğlubiyyət yazılır , hesab 20:0 olur, komandaya isə 0 xal verilir. Əgər oyun gedirsə komanda hətta dursa və oyunçuları faul edib və ya zədə alıb çıxıbsa, komandada ötürmə etməyə oyunçu yoxdusa yenə texniki məğlubiyyət verilir, protokola izahat yazılır hesab 20:0 (əgər komanda hesabda öndə olarsa), yox geridə olarsa hesab necə idisə elədə qeyd edilir və komandaya 1 xal verilir. Oyun oynanılıb bitibsə hətta komanda udubsa belə heyətində kupa tapılıbsa yenə texniki məğlubiyyət 20:0 və komandaya 0 xal verilir.
Əgər oyunçu bilmədən öz səbətinə top atarsa xal hesablanır və rəqib komandanın kapitanın üzərinə yazılır. Oyunda oyunçu dəyişikliyinə məhdudiyyət yoxdur. Vaxt dayanarkən hakim zaman stilinə baxır oyunçu varsa fit çalır və əliylə “x” işarəsi göstərir. Top meydançada çıxasan hakim göstərdiyi yerdən başlayır.
- Sinə qarşında çarpazlaşdırılmış qollar - əvəzetmə
-Aciq əllə bədənə hərəkət – Meydançaya dəvətetmə
- Bir əli üfüqi digər əldə İşarət barmağı üfüqi tutulan ovuca tutmaq (T hərfini təşkil edir) – Tələb olunan TYM aut
-Bas barmaq yuxarı – Masa hakimləri arasında əlaqə
- Yumruqların dairəvi hərəkəti -Artıq addımlar
-Qollarin 1 dəfə çarpazlaşdırılması – Dəqiq atmanın və ya oyun fəaliyyətinin ləğv edilməsi
- Açıq əl-fitlə eyni zamanda – Saatın dayandırılması
- Barmaq işarəsi yan xəttinə paralel qol – Oyunun istiqaməti
-Barmaqla ayağa işarə - Ayaq ilə bilərəkdən oyun
- Əllərin baş barmaqların yuxarı qaldırılması – Mübahisəli top



Download 0,82 Mb.
1   ...   39   40   41   42   43   44   45   46   ...   64




Download 0,82 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili

Download 0,82 Mb.