|
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkiliBog'liq FİZİKİ TƏRBİYƏ-TURANVoleybol
1895-ci ildə ABŞ-da bədən tərbiyəsi müəllimi Uilyam Morqan tərəfindən yaradılıb. İlk addı - "Mintonette" adlandırılıb. (1952-ci ildə isə Voleybol adıyla dəyişdirilib).
1900-cu ildə Kanada bu idman növünü mənimsəyən ilk ölkə olmuşdur. 1913-cü ildə -İlk beynəlxalq turnir isə Asiya qitəsində keçirilmişdir.
1918-ci ildə meydançadakı oyunçuların sayı 6 nəfər qəbul edilmişdir.
1930-cu ildə -voleybolun plyajda oynanılan forması çimərlik voleybolu məşhurlaşmışdır.
1946-ci ildə -İlk dəfə olaraq Cənubi Amerika Voleybol Konfederasiyası yaradılmışdır.
1947-ci ildə -Parisdə təşkil olunan beynəlxalq konqresdə Beynəlxalq Voleybol Federasiyasının əsasi qoyulmuşdur. (ABŞ, Belçika , Brazilya , Fransa, Hollandiya İtaliya , Macarıstan , Misir , Portuqaliya, Polşa , Uruqvay və Yuqoslaviya)
1948-ci ildə - İlk dəfə kişilər arasında Avropa birinciliyi Romada keçirildi. Qalib Çexoslovakiya oldu.
1949-cu ildə -Qadinlar arası Avropa birinciliyi Çexoslovakiyada keçirildi, qalib SSR komandası oldu.
2949-cu ildə ilk dəfə olaraq voleybol üzrə dünya çempionatı Çexoslovakiya da kişilər arasında keçirildi . (SSRİ çempion oldu)
1952-ci ildə isə qadınlar arasında Dünya Çempionatı təşkil olunmuşdur. (SSRİ çempion oldu)
1964-cü ildə - Kişilər və qadınlar ilk dəfə Olimpiya proqramına (Tokio Yaponiya) da daxil edilib. Çempion qadınlarda Yaponiya, kişilərdə SSRİ çempion olmuşdu.
1965-ci ildə - Dünya Kuboku kişilərdə ilk dəfə Polşada keçirilib, SSR çempion olub.
1973-cü ildə -Qadınlarda ilk Dünya Kuboku Uruqvay da keçirilib, çempion SSR olub.
1926-cı ildə -Azərbaycanda voleybol yarandı.
Inna Riska Yay Olimpiya Oyunlarında qazandığı 4 medalla tarixi rekorda imza atmış olur.
1992-ci ildə -Azərbaycanda Voleybol Federasiyası yaradılıb və həmin ildə FİVB əzvə oldu. Müstəqillik qazandıqdan sonra Azərbaycan qadın milli voleybol komandası 1994-cü ildə Braziliyada keçirilən dünya çempionatında istirak edir və 9-cu yeri tutur.Sənədlərin doldurulması zamanı edilən şəxslərin ucbatından yüksəlişdə olan Azərbaycan milli komandası Beynəlxalq Voleybol Federasiyası tərəfindən 3 il müddətində diskvalifikasiya olunur.
Prezidenti Cavid Qurbanovdur.
Volleyball - uçan top deməkdir. Meydança - 18 x9m
Torun uzunluğu - 9.5-10 m
Eni -1 m
Xətt -5 sm
Hissə - 5 (2-4 25 xal, 5 15 xal).
Hissələr arası vaxt - 3 dəq.
Top -260- 280 qr, 65-67 sm
Oyunçu - 12 nəfər, 6 meydan - 6 ehtiyyat
Libero - meydanda 1, protokolda 2
Meydan seçimi - püşk atma
Oyunçu dəyişikliyi - hər hissədə 6 nəfər
Texniki taym aut - 8 dəfə (5 -ci hissədə yoxdu, yerinə 8 zalda yer dəyişmə),
Texniki taym suyun vaxtı -biri 60 san. dır.
Taym aut - hər hissədə 2 dəfə , 30 san.
Hücum -3 toxunuş
Servis zonasının uzunluğu -9 m
Servis başlama -8 saniyə
Zona - 6 zona (saat əqrəbi əks istiqaməti 1_2_3_4_5_6)
Hücum zonası - uzunluğu -3m
yer -2_3_4
Yer dəyişmə - saat əqrəbi istiqaməti 1 6 5 4 3 2
Kart - qırmızı, sarı
Hakim -8 nəfər ( baş hakim, köməkçi, 4 bayraq, 2 masa)
Xal - 3:0,3:1 - udana 3 xal uduzana 0 xal,
3:2-udana 2 xal uduzana 1 xal
ƏSAS QAYDALAR : Voleybol 6 oyunçu ilə oynanılan komanda idman növüdür. Voleybolda oyun mütləq servislə başlanmalıdır. Servis isə maksimum səkkiz saniyəyə yerinə yetirilməlidir. Oyuna başlayan isə hakim tərəfindən püşkatma yolu ilə seçilir. Hər yeni setdə komandaların meydançadakı yerləri və servis başlayan tərəf dəyişilir. Beşinci setdə isə yenə püşkatma ilə oyuna başlayan tərəf seçilir. Servis başlayan tərəf müdafiə olunan tərəf sayılır. Çünki, servis yaxşı qəbul etdikdə oyun quracaq tərəf qarşı tərəf olacaqdır. Ümumiyyətlə hücum edən tərəf topa maksimum üç, minimum bir dəfə toxuna bilər. Blok toxunuş sayılmadığından 4 dəfə topla oynamaq olur. Bir oyunçu bir hücumda topa yalnız bir dəfə toxuna bilər. Arxa-arxaya iki toxunuş cəza sayılır və rəqibin aktivinə bir xal qazandırır. Həmçinin voleybolda çətin anlarda ayaqla da toxunuşa icazə verilir. Toyota dəydikdə isə oyun dayanmır , Tora dəyən top hansı tərəfə qayidibsa həmin hissədə əziyyət əvvəlki kimi davam edir. Məsələn, top əgər Tora dəyib qayidibsa və sən topa maksimum üç dəfə vurmusansa bu zaman topla yenidən oynamaq şansın qalmır . Oyunçu tora toxunduqda isə matç dayandırılır , rəqibə bir xal və servis verilir. Ümumiyyətlə hər qazanılan xalı komandalara bir xal və bir servis verir. Yəni, xalı qazandıqdan sonra oyun dayanilir və xal qazanan tərəf topu oyuna servislə daxil edir. Hakim oyunçulardan birinə sarı vərəqə göstərdikdə rəqib komandaya bir xal verilir, əgər servis başlayan komanda sarı vərəqə alıbsa bu hüququnu da itirir. Qırmızı kart göstərildikdən isə həmin oyunçu o setdən etibarən meydançadan çıxar və oyunçular saat əqrəbi istiqamətində bir mövqe yerlərini dəyişərlər.
Voleybolda həm də şerlər arası fasilə vardır. Bu fasilə zamanı oyunçular digər şeyə hazırlanar və istirahət edərlər. Oyun zamanı isə beşinci set xaricində hər setdə olan, "texniki taym-aut (ing. technical time-aut)" adlanan bir termin də vardır. Oyunçular üçün fasilə rolunu oynayan bu texniki taym-autlar hər setdə iki dəfə -komandalardan birinin xalı 8-ə və 16-a çatdıqda olur. Bir dəqiqə olan texniki taym-autlar beşinci setdə olmur. Əvəzində isə beşinci setdə tərəflərdən biri 8 xal qazandıqda komandalar meydançadakı yerlərini dəyişir. Beynəlxalq yarışlarda Dünya və Olimpiya oyunlarında 8 texniki taym aut olur. Avropa voleybol konfederasiyasının keçirdiyi yarışlarda texniki taym aut olmur, o da FİVB -dan icazə alaraq. Bundan başqa başqa məşqçilər də hər setdə 2 taym aut götürə bilərlər! Taym aut 30 saniyədir. Bu taym-aut şansı hər komandaya hər setdə iki dəfə, beşinci setdə də 2 dəfə verilir. 25 xala çatıb ən azı 2 xal fərqi ilə üstün olan tərəf sonda setin qalibi olur. Hesab 24-24 heç-heçə olduqda isə komandalardan biri mütləq 2 xal arxa-arxaya qazanmalıdır. Yəni 25-24 hesabı heç də sərin qalibi olmaq demək deyil. Bu minvalla setdeki hesab hətta "50-50" də ola bilər. Ümumiyyətlə oyunun qalibi olmaq üçün isə 3 setdə qələbə qazanmaq lazımdır. Yəni setlərdə hesab 3-0 və ya 3-1 olduqda əlavə setlər oynanılmır . Setlər 2-2 olduqda isə beşinci setə keçilir. Tayberk ( yəni həlledici) adlanan bu setdə oyun 25-ə qədər deyil 15-ə qədər oynanılır. Yenə eyni qayda ilə xal fərqi 2-dən aşağı olduqda isə set uzana bilər. Əgər bir komanda matça çıxmazsa oyuna hazır olmadığı elan edilir və cəza olaraq setlərdə 25-0 oyunda da 3-0 hesablı texniki məğlubiyyət alar. Bir komanda əgər matçın ortasında oyundan çəkilərsə (komandadaki oyunçular əskik olduqda və başqa səbəbli hallarda) həmin oyun dayandırılar və rəqib komandaya seti və matçı qazanmaq üçün necə xal lazımdırsa həmin xallar avtomatik olaraq verilər. Matçdan çəkilən komanda isə neçə xal qazanmışsa həmin xallar da hesabından silinər. Voleybolda dörd cür xal qazanmaq qaydası vardır. Bunlardan birincisi rəqib meydançasına topun təmas etdiyi an, ikincisi top rəqibə dəyərək sərbəst oyun boşluğunun kənarına düşdüyü an, üçüncüsü rəqib yerdəyişmədə, müdafiədə və ya oyun qurmaqda xəta etdikdə, dördüncüsü isə rəqib cərimələndikdədir. Hər setdə 6 oyunçu dəyişiklik edilə bilər. Hər setdə 1 oyunçu 1 dəfə çıxarıla və oyuna daxil edilə bilər. Voleybolda mütləq 6 oyunçu olmalıdır, zədə alınıb və ya kart alınıb çıxarsa ehtiyyatda oyunçu olmasa oyun texniki məğlubiyyət verilir. Hissədə yaxud görüşdə natamam elan edilən komanda hissəni yaxud görüşü uduzmuş hesab olunur.
Dirəkləri yerə tel ilə bağlamaq qaydalara ziddir. Oyuna başlanarkən də voleybolçuların oyun sahənin içində olmaları mütləqdir. Digər bir tərəfdən isə meydança azarkeş oturacaqlarına yaxın olmamalıdır. Çünki voleybolda top meydancanı tərk etdikdə belə yerə düşməsi gözlənilir. Yəni topu tamaşaçıların yanından belə yerə dəymədən, xətasız şəkildə meydançaya qaytarırsansa oyun davam edir. Hətta rəqibin kənar bölgəsindən də voleybolçu topu (qaydalar çərçivəsində) geri qaytara bilər. Meydançada hər iki komandanın tərəfində yer alan hücum zonasının uzunluğu 3 metrdir. Bu zona ağ xətlə digər zonadan (arxa zona) ayrılmışdır. Bu zonada rəqib servisləri zamanı 3 voleybolçu dayanmalıdır. 3 voleybolçu da arxa zonada öz yerini alır. Voleybolda hücumların əksəriyyəti ön zonadan (hücum zonası) qurulur. Çünki bura rəqib tərəfə ən yaxın hissədə və güclü zərbə endirmək üçün ən əlverişli mövqedir. Voleybolda oyunçular saat əqrəbi istiqaməti ilə tez-tez yerlərini dəyişirlər.
Belə ki, hər ralli sonunda (ralli oyun xalı deməkdir) voleybolçu mövqeyini bir istiqamət dəyişir. Məsələn, soldakı şəkildə 1 nömrəli voleybolçu qazanılan və ya itirilən bir xaldan sonra mövqeyini 6 nömrəli voleybolçunun mövqeyinə doğru dəyişir. Onun yerinə gəldiyi 6 nömrəli voleybolçu isə 5 nömrəli voleybolçunun yerinə keçir. Bu minvalla həmin 1 nömrəli voleybolçu 2 nömrəli voleybolçu mövqeyinə çatdıqda bir xaldan sonra yenidən öz əvvəlki mövqeyinə manevr etmiş olur. Bu da o deməkdir ki, hər voleybolçu 6xakdan sonra öz yerinə qayıdır və 1 nömrəli xanada olan oyunçu mütləq 2 ralli boyunca arxa zonada qalır.
HAKİMLƏR : meydança hakimləri və kənar hakimlər olmaq üzrə 2 yerə bölünür. Meydança hakimlərindən biri torun üstündə quraşdırılan oturacaqda oturur və baş həkim sayılır. Oturduğu yer torun üst bölgəsinin 59 sm yuxarısında olmalıdır. Son qərarları və servis başlanmasına icazəni məhz o verir, əlində çox da gur səsli olmayan kiçik hakim fiti olur. O, xal qazananı göstərmək üçün əlini komandalardan birinə tərəf istiqamətləndirir və qərarını dəyişmək hüququna malikdir. Sarı, qırmızı kartları və son qərarları yalnız baş hakim təyin edə bilər. Baş hakim oyunda texniki işçilərin də işinə nəzarət edir. Komanda kapitallarının rəylərinə qulaq asıb qərarını dəyişə bilər . Matçın öncəsində baş hakim meydançanı, topu və digər əşyaları yoxlayır , oyunçuların məşqlərinə nəzarət edir və komanda kapitanları ilə birlikdə başlama vuruşu üçün püşkatma edər. Oyun ortasında isə oyunçuların mövqelərinə diqqət edir. Arxa zona oyunçusu və ya liberonun blok qurmasına icazə verməz. Matç sonunda isə yarış cədvəlini yoxlayıb imzalayar. Köməkçi hakim baş hakimlə üzbəüz , bir-birini girəcək şəkildə ayaq üstə vəzifəsini yerinə yetirir. O, müdaxilə hüququnun olmadığı qərarlarda hakimə kömək edə bilər, ancaq məcbur edə bilməz. Köməkçi hakim ehtiyyat oyunçular skamiyasında əyləşən oyunçulara nəzarət edər və qayda pozuntusu olduqda baş hakimə bildirər. Köməkçi hakimlər də baş hakimlər kimi məşq edən oyunçulara nəzarət edə bilir. Taym-autların və oyunçu dəyişikliklərinin sayını hesablamaq da köməkçi hakimlərin işidir.ikinci taym-aut götürüldükdə və beşinci ilə altıncı oyunçu dəyişikliyi edildikdə baş hakimə bildirir. Oyunçulardan biri zədələndikdə köməkçi hakim istisnayı oyunçu dəyişikliyinə icazə verər və ya zədənin sağalması üçün 3 dəqiqə gözləyər. Matç sırasında köməkçi hakimin aşağıdakı hallarda fitini çalması və ya işarə etməsi qadağan deyildir:
Rəqibin sərbəst oyun boşluğuna və ya torun altından keçirilməsinə
Servis qarşılayan komandanın mövqe xətalarına
Oyunçunun torun alt hissəsinə və ya antenə təmasına
Arxa zona oyunçusunun və ya liberonun blok tamamlamasına və yaxud da hücum vuruşu etməsinə
Topun basqa bir cismə təmasına
Baş hakimin görə bilməyəcəyi epizodlarda topun meydança örtüyünü dəyməsinə (hansı ki xal qazandırır)
Topun torun qismən və ya bütünlüklə kənarından keçməsinə və ya antena təmas etməsinə.
İki hakim isə yan xətt hakimləridir. Onlar əllərində qırmızı bayraqla (hakim bayrağı) topun meydançaya düşdüyünü, çıxdığını və ya topa təmas olduğunu göstərirlər. Bir növ baş hakimin qərarlarına təsir edirlər. Yazıçı hakim isə oyuna nəzarət edir. Ekspertlərlə birlikdə videolentlərə baxır, yoxlanış aparır, meydança hakimlərinə kömək edirlər. Hesab hakimləri liberonların oyundakı vəziyyətinə fikir verib yanlışlıqları dərhal baş hakimə bildirilər. Həm də baş məşqçilərin istəyi nəticəsində taym-aut mənasına gələn siqnalı çalırlar. Bu siqnal mütləq oyun dayandığından çalınmalıdır.
Voleybolu Beynəlxalq yarışlarda 8 hakim idarə edir: Baş hakim, köməkçi hakim, 4 yan xətt hakimi, 1 katib, 1 katib köməkçisi. Meydanı 6 hakim idarə edir. Baş hakim, köməkçi hakim, 4 yan xətt hakimi. Sarı kart oyunçuya xəbərdarlıqdır. Qırmızı kart – oyunçu meydanı tərk eləməz, +1 xal rəqibə verilər və oyuna başlama hakkı da rəqibə verilər. Sarı ++ Qırmızı kart üst-üstə qoyulub verilərsə hissədən xaric edilər oyunçu, +1 xal rəqibə verilir. Bir əldə sarı, bir əldə qırmızı kart verilərsə oyunçu görüşdən birdəfəlik xaric edilər, +1 xal rəqibə verilir. Əgər oyunu 3-0 və ya 3-1 udarsa kpmanda qalibə 3 xal, məğluba 0 xal verilir. əgər oyunu 3-2 udarsa komanda qalibə 2, məğluba 1 xal verilir. Heç-heçə olmur.
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili
|