|
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkiliBog'liq FİZİKİ TƏRBİYƏ-TURANOyunçular : Bir komanda ən çox 12 oyunçu, 1 baş məşqçi, 1 köməkçi məşqçi, 1 masajist və 1 tibbi həkimdən ibarət olmalıdır. Oyunçuların formasının arxasından mütləq soyadları (adları və ya ləqəbləri) və nömrələri qeyd edilməlidir. Nömrələr həmçinin formanın önündə də olur. Voleybolçular nömrə seçimi zamanı mütləq 1-də 18-ə qədər ədədlərdən istifadə etəlidirlər. FİVB-nın çempionatlarında və digər rəsmi turnirlərdə nömrə seçimi 20-ə qədər də olur. Komandanın kapitanının ön nömrəsinin altında mütləq kiçik bir lent olmalıdır. Kapitan bundan başqa matç öncəsi müsabiqə cədvəlini imzalayar və püşkatmada iştirak edə bilər. Voleybolçulardan yalnız kapitanın baş hakimə etiraz etmək hüququ vardır. Bu səbəbdən o, digər oyunçuların da etirazına qulaq asıb hakimlə mübahisə edə bilər. Komanda yoldaşlarından fərqli rəngdə forma geyinmək (liberondan başqa) və ya ivazə verilməyən nömrə ilə oynamaq qəti qadağandır. Ehtiyyat oyunçular isə taym-autlarda öz oyun böklgələrinin kənarında topsuz olaraq məşq edə bilərlər. Set aralarında isə sərbəst oyun bölgəsində də topla və ya topsuz isinmə hərəkətləri edə bilərlər.
Meydançada torun önündə olan 3 oyunçu ön zona oyunçusudur. Onlar 4-cü (sol ön zona) , 3-cü (orta ön zona) və 2-ci (sağ ön zona) zonalarda dururlar. Digər 3 oyunçu isə arxa zona oyunçularıdır. Arxa zona oyunçuları isə 5-ci (sol arxa zona), 6-cı (orta arxa zona) və 1-ci (sağ arxa zona) zonalarda oynayırlar.
Libero-voleybolda güc və təmkinlilik tələb edən oyunçu mövqeyidir. Adətən komandanın ən təcrübəli oyunçusu bu mövqedə oynayır və komanda yoldaşlarına nisbətən daha dəstəboy olur. İdeal libero boyu 1.65 santimetr qəbul edilmişdir. Libero komandanın 6-cı oyunçusu sayılır. Formasının rəngi də komanda yoldaşlarından fərqlənməlidir. Bu xüsusiyyətlərinə görə futboldakı qapıçı termininə bənzədilir. Qapıçıdan fərqli olaraq voleybolda komandalar meydana liberosuz mıxa bilərlər. Digər oyunçulardan fərqli olaraq oyunçuların siyahısında adının yanında “L” hərfi işlədilir. Və bu hərf həmin oyunçunun başqa mövqedə oynamayacağını bildirir. Komandanın müdafiə oyunçusudur. Oyun zamanı servis atılarkən həmin zaman müdafiədə olan oyunçulardan biriylə yer dəyişdirilə bilər. Bu yerdəyişmə meydançanın ən arxa mövqeyində edilir. Arxa tərəfdə top qəbuletmə və barmaq pas atma qabiliyyətinə malik olduğu halda, 3 metr məsafədə barmaq pas ata bilməs. yerinə keçdiyi oyunçu 4-cü zonaya gələrsə və ya başqa bir oyunçuyla dəyişərsə oyundan çıxar. Hər iki vəziyyətdə də oyuna girmək üçün bir xalın qazanılmasını gözləməlidir. Heç vaxt servis ata bilməz və 3 metr məsafədə hücum edə bilməz. Arxa zonadan hücum edə bilər, ancaq tullana bilməz. 3 metr məsafədə tullana bilər. Arxa zonaya gələn topları barmaqla ala bilməz, ancaq istisna hallar da var. Digər iki oyunçuyla yer dəyişdirdikdə hakimə bildirməli, baş məşqçisinə də bu halı söyləməlidir. Fərqli rəngdə forma geyinməsinin səbəbi voleyboldakı estetikliklə əlaqəlidir. Bəzən rəqib komandanın da formasını geyinə bilərlər.
Servis: servis voleybolda serviszonasından yerinə yetirilərək topu rəqib meydançasına göndərmək üçün oyuna daxil etmək deməkdir. Servislə topu oyuna daxiletmə iki cür olur: yerindəcə servis başlamaq və tullanaraq servis başlamaq. Oyun zamanı liberodan başqa bütün oyunçular servis başlaya bilər. Servisi başlamaq üçün isə mütləq baş hakimin fiti gözlənilməlidir. Fitdən öncə başladılan servislər təkrarlanır. Oyunçuların servis başlamaq sırası isə oyun cədvəlindəki sıraya görə olmalıdır.Əgər oyunçu servis başladıqdan sonra komandası bir ralli daha qazanarsa onda yenidən servis başına həmin oyunçu keçər.Servis qarşılayan komanda təkliyi qazananda isə servis başlamadan öncə oyunçular yerlərini bir mövqe dəyişər və on sağ zonadan arxa sağ zonaya gələcək oyunçu servis başlayar. Servis başlamaq qaydası isə aşağıdakılardır :
havaya buraxdıqdan ya da əllərini çəkdikdən sonra tək əllə və ya qolun hər hansı bir hissəsi ilə zərbə endirilməlidir.
sadəcə bir dəfə havaya qaldırılmasına və ya əldən buraxılmasına imkan verilir.
əldə çevrilməsinə və ya yerdə çilənməsinə icazə vardır.
atan oyunçu servis başlama anında və ya tullandigi zaman nə meydançaya, (son xətt daxil) nə də servis zonasının xaricinə ayaq basa bilər.
atan oyunçu topu oyuna daxil etdikdən sonra servis zonasında çıxa və ya meydançaya daxil ola bilər.
HÜCUM : Arxa zona oyunçusu da ön zonanın gerisindən hər hansı bir yüksəklikdən hücum vuruşunu tamamlaya bilər. Bu zaman oyunçu tullanarkən ayağı ön zona xəttinə dəyməməli və ya oxətti keçməməlidir, ancaq zərbəni vurub qurtardıqdan sonra sıçrayış zamanı xətti keçə bilər.
BLOK : Blok voleybol toruna yaxın oyunçunun rəqib tərəfdən gələn topun tor uzərindən təmasla qarşısını almaq üçün tullanaraq edilən hərəkətdir. Voleybolda rəqibin servisine blok qadağandır. Blok növləri aşağıdakılardır :
1. Blok təşəbbüsü – topa toxunmadan edilən blok hərəkətidir.
2.Tamamlanmış blok – blokçunun topa dəydiyi anda blok tamamlanmışdır.
3. Kollektiv blok – iki və ya üç oyunçu tərəfindən edilən güclü blokdur.
Aşağıdakı qaydalara çərçivəsində edilmiş bloklar xətalı bloklar sayılır:
Blokcu rəqibinin hücum vuruşundan əvvəl ya da eyni vaxtda rəqib meydança boşluğundakı topa dəyərsə.
zona oyunçusu və ya libero bir bloku tamamlayar, ya da tamamlanmış bloka qoşularsa.
əqibin servisinə blok qurularsa.
blok xaricinə göndərilərsə .
ərin çölündən rəqibin boşluğunda blok qurularsa.
oyunçusu fərdi ya da kollektiv bloka təşəbbüsün edərsə
Topun qəbulu zamanı top əllə tutulmamalı və ya fırladılmamalıdır. Topun vücudun hər hansı bir hissəsinə temasına icazə verilir. Təmasların eyni anda olması şərti ilə top vücudun müxtəlif yerlərinə də toxuna bilər.
Oyunda 5 topdan istifadə edilir.
Setlər arası fasilə 3 dəq.
Beynəlxalq yarışlarda 8 hakim idarə edir. .voleybol meydançasının hündürlüyü 12.5 m dir.
Servis zonasının uzunluğu 9 m dir.
Voleybolda oyun sahəsinə - meydança və azad zona aiddir.
Yan xətdən azad zona məsafəsi 3 m, servis xətdən isə 5-8 m
Son Avropa çempionatı 2016-cı ildə Azərbaycanda keçirilib, Azərbaycan 4-cü yerə çıxıb
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili
|