|
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkiliBog'liq FİZİKİ TƏRBİYƏ-TURANAnlayışlar:
Topun oyuna daxil edilməsi
Topun qəbulu
Xal uğrunda mübarizə
Yenidən oynanılma
Xalın qazanılması
Topun oyun daxil edilməsi
Topu oyuna daxil edən zaman əl təmiz açıq vəziyyətdə, top əlin içində sərbəst olmalıdır.
Top 16 sm az olmayaraq yuxarı atılır və raketka topa dəydikdə sonra birinci topu daxil edən idmançının öz hissəsinə, sonra isə rəqib hissəyə dəyməlidir.
Xalın qazanılması
Rəqib top düzgün oyun daxil etmədikdə
İdmançı topu oyuna daxil etdikdə top stol dəyib, tora dəyərək rəqib hissəyə deyir isə hakim oyunu saxlayır və xal yenidən oynanılır. Əgər top tora dəyərək rəqibin stoluna dəymədən yerə düşürsə xal rəqibə verilir.
Rəqib topu düzgün qəbul etmədikdə
Rəqib hissəyə top dəyməyib yerə düşdükdə
Oyunçu topa mane olduqda – oyun zamanı , idmançı topu rəqib hissəyə ötürdüyü zaman, top rəqib stolun dəymədən, rəqib topu stolun üstündə tutursa, xal topu ötürən idmançıya verilir. Əgər oyun zaman vurulan top rəqibin stolunun küncünə dəyib yerə düşürsə, xal topu ötürən idmançıya verilir.
Rəqib topa 2 dəfə vurduqda
İdmançıya oyun zamanı stola toxunduqda, xal uğrunda mübarizə zamanı idmançı stolu tərpədərsə, toxunarsa, boş əlini stolun üzərinə qoyarsa xal rəqib idmançıya verilir.
Görüşlər :
Görüşlər əvvəldən təyin olunmuş hissələrlə keçirilir. Hissələr 11 xala kimi oynanılır. Yalnız hesab 10:10 olduqda, iki xal üstünlüyə kimi davam edir.
Seçimlər : topun daxil edilməsi, qəbulu və tərəflər. Seçimlər püşkatma yolu ilə edilir. Püşkatmada qalib gələn idmançı topu oyuna ilk daxil erməni və ya qəbulu, yaxud da istədiyi tərəfi seçə bilər.
Topu oyuna daxil etmə hər 2 topdan bir dəyişir. Yalnız hesab 10:10 olduğu zaman 1 topdan bir dəyişir. Hər hissədə idmançılar həm oynadıqları tərəfi dəyişərlər, həm də topu oyuna ilk daxil edənlə qəbul edən dəyişir. Hissəni başladan idmançı , növbəti hissədə topu qəbul edən olur.
Əgər idmançı topu oyuna daxil erməni və ya qəbul etməniz öz növbəsində etmirsə, səhv qeyd alındığı zaman oyun hakim tərəfindən dayandırılır və qaydasında davam etdirilir.
Əgər idmançılar tərəflərini dəyişməli olduqları zaman bunu etmirlərsə , səhv qeydə aldığı zaman oyun hakim tərəfindən dayandırılır və idmançıların oynamalı olduqları qaydada davam etdirilir. Səhv görülənə qədər oynanılan xallar qeydə alınır.
Tellər arası 3-5 set, cütlər arasında olan oyun isə 7 set oynanılır.
Servis atışı mütləq şəkildə masanın özünə aid hissəsinə toxunub rəqib tərəfə keçməlidir. Servis atışında top tora toxunarsa servis təkrarlanır yenidən toxunarsa xal rəqibə verilir. Cütlər arasında servis atışı masanın mərkəzindən ayrılmış xəttin sağ tərəfindən rəqibin masasının sol tərəfinə yetirilir. Oyunçu hər setdə yerlərini dəyişirlər, oyunda oynanan son setdə hər hansı komanda 5-ci xala çatdıqda oyunçular yerlərini dəyişirlər. Oyunu baş hakim və köməkçi hakim idarə edir.
ŞAHMAT
Tarix: Şahmatın tarixini təxminən 1500 il əvvəl görmək mümkündür, baxmayaraq ki, ən qədim mənşəyi bəlli deyil. Vətəni Hindistan və VI əsrdə yaranmış deyirlər. Mənası – “Şah öldü” deməkdir. Ərəb sözündən götürülmüşdür. Şahmat oyunun əvvəllər Çaturanqa adlanırdı. Ərəblər Farsları həth etdikdə şahmat müsəlman dünyası tərəfindən götürüldü və sonradan Cənubi Avropaya yayıldı. Şahmat üzrə ilk dünya Çempionatı 1886-cı ildə keçirilmişdir. FİDE 20 iyul 1924-cü ildə Parisdə, Fransada təsis edildi. FİDE -nin ən çox görülən fəaliyyəti 1948-ci ildən bəri Dünya Şahmat Çempionatı təşkil etməkdir. Digər bir flaqman hadisəsi 1924-cü ildən bəri təşkil edilən ikiillik şahmat turniri olan Şahmat Olimpiadasıdır. 1999-cu ildə FİDE Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən tanınmışdır. 1920-cı ildə Sovetlər Birliyi dövründə, Azərbaycan Şahmat Federasiyası yaradıldı. İlk Bakı Çempionatı 1926-ci ildən keçirilib. İlk Azərbaycan Çempionatı 1934-cü ildən keçirilmişdir, çempion Q.Səlimxanov olmuşdur. Azərbaycan Şahmat Federasiyası və ya qısaldılmış adı ilə AŞF -Azərbaycan şahmata nəzarət edən rəsmi qurum. 1992-ci ildə Azərbaycan Şahmat Federasiyasi, Beynəlxalq Şahmat Federasiyasi (FİDE)-ye üzv olmuşdur. Prezidenti Mahir Məmmədov.
Şahmat oyunu xanaların sayı 64 olan 8x8 ölçüdə kvadrat taxtanın üzərində oynanılır. Şahmat taxtası üzərində üç növdə xətt var.
1. Şaquli xətt al-a8 və ona paralel xətlər.
2. Üfüqi xətt al-h1 və ona paralel xətlər.
3. Diaqonal xətlər al-h8, h1-8 və onlara paralel xətlər. Cəmi 26 diaqonal xətt var.
Şaquli xətlər üzərində hərflər, üfüqi xətlər üzərində isə rəqəmlər göstərir. Latın əlifbası olan həriflər a (a), b(be), c(se), d(de), e(ye), f(ef), g(je), h(haş) kimi oxunur. Hərflər soldan sağa, rəqəmlər isə aşağıdan yuxarıya oxunur. Oxunarkən birinci hərif deyilir. Taxta üzərində 16 ağ və 16 qara fiqur var. Ağ fiqurlar 1-ci və 2-ci üfüqi xətdə, qara fiqurlar 7-ci və 8-ci üfüqi xətdə düzülür. Ağ fiqurlar el xanasında şah, d1 xanasında vəzir, a1 və h1 xanalarında toplar, b1 və g1 xanalarında atlar, c1 və f1 xanalarında fillər, piyadalar isə 2-ci üfüqi xətt üzərində fiqurlarınm qarşısında düzülürlər. Qara fiqurlarda ağ fiqurlara simetrik olaraq 7-ci və 8-ci üfüqi xətdə düzülür. Fiqurların bu cür düzülüşünə başlanğıc vəziyyət deyilir. Şahmat taxtasının a,b,c,d şaquli xətlərinin əhatə etdiyi hissə vəzir cinahı, e,f,g,h şaquli xətlərinin əhatə etdiyi hissə isə şah cinahı adlanır.
Şahmat oyunda kimin hansı rənglə oynaması, püşk vasitəsiylə müəyyən edilir. 1-ci ağ fiqur başalyır.
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili
|