• Qalaqurma
  • Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili




    Download 0,82 Mb.
    bet50/64
    Sana22.06.2024
    Hajmi0,82 Mb.
    #265180
    TuriTəhsil proqramı
    1   ...   46   47   48   49   50   51   52   53   ...   64
    Bog'liq
    FİZİKİ TƏRBİYƏ-TURAN

    Fiqurların gedişi - fiqurların bir xanadan o biri xanaya hərəkəti gediş adlanır. Top-uzaq vuran fiqurdur, həm şaquli, həm də üfüqi xətlə hərəkət edir, başlanğıc vəziyyətdə top hərəkət edə bilməz, çünki qarşısında öz piyadası var. İstənilən xanada duranda 14 gedişə malikdir. Fil-diaqonal xətlər üzrə hərəkət edir, ağ xanada duran fil ağ diaqonalla, qara xanada duran isə qara diaqonalla hərəkət edir. Fil də uzaq vuran fiqurdur. Mərkəzdə duranda 13 gedişə malikdir. Vəzir həm top, həm də fil kimi hərəkət edir. Ən güclü füqur hesab olunur. Şahmatın başlanğıc vəziyyətində vəzir öz rənginə uyğun xanada yerləşir, hətta belə deyilir ki, vəzir öz rəngini sevir. Mərkəzdən 27 gedişə malikdir. At-taxtanın mərkəzində olanda 8 xanaya gedə bilər. Yeganə fiqurdu ki, qarşısı bağlı olanda hərəkət edə bilər. Ağ xanada duranda qara xanaya düşür gedişi. Bir xana irəli və ya geri gedəndə 2 xana ya sağa ya sola gedir.dayanacaq olan xana boş olarsa gediş edilir. Əgər 2 xana irəli və ya geri gedirsə bir xana sağa və ya sola gedir. Dayanacaq olan xana boş olarsa gediş edilir. Əgər 2 xana irəli və ya geri gedirsə bir xana sola və ya sağa dönə bilər. Şah-qala qurmadan başqa yerləşdiyi xanadan ətrafdakı xanalara ancaq bir xana hərəkət edə bilər. Şah iki xüsusiyyətinə görə başqa fiqurlardan fərqlənir: rəqib fiqurunun zərbəsi altına düşə bilməz, rəqib şahla arasında ən azı 1 xana olmalıdır. Piyada-başlanğıc vəziyyətdə 1 və ya 2 xana düz hərəkət edə bilər, sonrakı gedişlərdə bir xana olaraq hərəkət edir. Rəqib füqurunu götürdükdə isə diaqonal istiqamətdə vurur. Piyada geri qayıtmır və geri vurmur. Piyada sonuncu üfüqi xəttə çatdıqda şahdan başqa öz rəngindən olan istənilən füqura, vəzirə, topa, filə və ata çevrilir.
    Qalaqurma – şah ilə topun yerdəyişməsi ilə tamamlanmış hərəkət qalaqurma adlanır. Şah üçün bir gediş sayılır. İki cür olur: qısa və uzun qalaqurma. Qısa qalaqurmada şah el xanasından g1 xanasına, top isə h1 xanasından f1 xanasına qoymaq lazımdır. Uzun qalaqurmada şah e1 də c1 xanasına, top isə a1 xanasından d1 xanasına qoyulur. Qaralar da eyni ilə simmetrik qala qurur. Qaydada qalaqurmada birinci şahı sonra isə topu götürüb müvafiq xanaya qoyulur. Əks halda birinci topa əl dəyirsə bu zaman qala qurmaq olmaz və topla oynamaq məcburidir.Oyun zamanı qalaqurma bir dəfə mümkündür. Qalaqurma aşağıdakı şərtlərdə mümkündür.

    1. Şah ilə top arasında xanalar boş olarsa

    2. Şah və top heç bir gediş etməmişdir.

    3. Qalaqurma anında şah zərbə altında deyil.

    4. Qalaqurmadan sonra şah zərbə altına düşmür.

    5. Rəqib fiqurunun zərbəsindən keçmədiyi halda.


    Download 0,82 Mb.
    1   ...   46   47   48   49   50   51   52   53   ...   64




    Download 0,82 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili

    Download 0,82 Mb.