• Ümumi məlumat
  • Tarixi haqqında
  • Oyun qaydaları
  • Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili




    Download 0,82 Mb.
    bet52/64
    Sana22.06.2024
    Hajmi0,82 Mb.
    #265180
    TuriTəhsil proqramı
    1   ...   48   49   50   51   52   53   54   55   ...   64
    Bog'liq
    FİZİKİ TƏRBİYƏ-TURAN

    DAMA


    Dama- taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beləliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayaraq udmaq olar.
    Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılmışdır.
    Ümumi məlumat
    Tünd və açıq rəngli xanalara bölünmüş taxta üzərində oyun, Rus, ingilis, alman və italyan Daması (64 xanalı taxtada), beynəlxalq Dama (100 xanalı taxtada) və Kanada Daması (144 xanalı taxtada) mövcuddur. Başlanğıc vəziyyətdə hər oyunçunun 12 (64 xanalı taxtada), 20 (100 xanalı taxtada) və ya 30 (144 xanalı taxtada) Dama daşı olur. Rəqiblərin daşları rənginə görə fərqlənir (adətən ağ və qara). Oyunçunun vəzifəsi rəqib daşını məhv etmək və ya gedişdən məhrum etməkdir.
    100 xanalı Dama üzrə dünya birincilikləri 1894-cü ildən keçirilir. 1947-ci ildə Ümumdünya Dama Federasiyası (FMJD) yaradılmışdır. Azərbaycan Dama Federasiyası 1958-ci ildə Bakıda yaradılmış, 1993-cü ildə yenidən təsis edilmişdir. Ümumdünya Dama Federasiyasının (1993) və Avropa Dama Federasiyasının (1998) üzvüdür. Qadınlar arasında ilk dəfə M.Dubova (1959), kişilər arasında isə E.Mürsəlov (1975) SSRİ çempionu olmuşdur. Ən yüksək nəticəni 2 dəfə (1997,2002) dünya çempionu Ü.Abdullayev əldə etmişdir. A.Nurullayev beynəlxalq dərəcəli hakim (FMJD, 1998) və ilk əməkdar məşqçidir (2009). Azərbaycan damaçıları 2001-2010-cu illərdə dünya və Avropa çempionatlarında 3 qızıl, 3 gümüş, 13 bürünc medal qazanmışlar.
    Tarixi haqqında
    Dama oyunu 10-11-ci əsrlərdə cənubi Fransada yaranmışdır. Dama taxtası o dövrdə məlum olan şahmat oyunundan götürülür. Oyun qaydaları Kvirkata (fransızca Alquerque) mənsubdur. İlk vaxtlarda dama daşlarına şahmatda olduğu kimi “ferze” deyilirdi. O vaxtlarda dama yalnız bir xana irəliləyə bilərdi. Yenilik ondan ibarət idi ki, daş rəqibin üzərindən atlanıb onu götürə bilərdi. Bu oyun əvvəllər “Firges” adlanırdı.
    Şahmatla oxşarlığı ondan ibarətdir ki, dama oyunçusu hər verilmiş imkandan istifadə edərək rəqibini vurmaq məcburiyyətində deyildi. 1535-ci ildən sonra bu məcburiyyətə çevrilir. Əgər bir oyunçu ona verilən imkandan istifadə etmirdisə onun daşı cərimə kimi taxtadan kənara”üfürülürdü” və ya götürülürdü.
    Oyun qaydaları
    Dama oyunu kvadrat formalı, üzərində ağ və qara xanalar olan taxta üzərində oynalınır. Bir çox ölkələrdə dama taxtası 8x8 ölçüsündə olur. Bu şahmat taxtasına uyğundur. Ancaq damada xanalar başqa cür nişanlanır. Beynəlxalq aləmdə 10x10 ölçülü taxtadan istifadə edilir.
    Bütün oyun daşları yastı şəkilli silindrik formaya malikdirlər. Ağ rəngli daşlar bir tərəf, qara rəngli daşlar isə digər tərəf üçün nəzərdə tutulmuşdur. Daşlar taxta və ya süni materialdan hazırlanır. 8x8 ölüçülü taxtada hər oyunçunun 12 daşı olur, 10x10 ölçülü taxtada isə hər oyunçuya 20 daş düşür. Oyun yalnız qara xanalarda aparılır. Daşlar dioqonal istiqamətdə irəliyə gedişlər edirlər. Əgər qabağa çıxan rəqib daşının arxasındakı xana boşdursa onda onun üzərindən atmaqla irəliyə hərəkət etmək olur. Üzərindən atılan bütün rəqib daşlarını götürmək olur.
    Əgər oyunçu rəqibin sonuncu cərgəsinə çatarsa, onun bu daşı “Damaya” çevrilir. Bunun üçün o iki daşı üst-üstə qoyur. Damaya çevrilmiş daş oyun xətti üzrə istənilən istiqamətdə və addımla hərəkət edə bilir. Ancaq dama daşının üzərindən atıldıqda o mütləq həmin daşın arxasında dayanmalıdır. Adi daşlarda olduğu kimi dama da bir neçə rəqib daşlarını ardıcıl olaraq atlaya bilər. Bu həm irəli, həm də geriyə istiqamətdə baş verir.
    ÜZGÜÇÜLÜK

    Üzgüçülük məşğələləri ürək-damar və tənəffüs sisteminin işini yaxşılaşdırdığından orqanizmin dözümlülük qabiliyyetinin inkişafina daha çox şərait yaratmış olur.



    Download 0,82 Mb.
    1   ...   48   49   50   51   52   53   54   55   ...   64




    Download 0,82 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili

    Download 0,82 Mb.