|
GİMNASTİKA HƏRƏKƏTLƏRİNİN İCRA TEXNİKASIBog'liq FİZİKİ TƏRBİYƏ-TURANGİMNASTİKA HƏRƏKƏTLƏRİNİN İCRA TEXNİKASI
Tullanmalar - əzələ gücünün, sürət-güc qabiliyyətinin (daha çox qıç əzələlərinin) inkişafına, oynaq-bağ aparatının möhkəmlənməsinə şərait yaradır. Gimnastika tullanmaları iki qrupa bölünür: dayaqsız və dayaqlı.
Dayaqsız tullanmalar - əllər hər hansı alətə istinad etmədən yerinə yetirilir. Bu qrup hərəkətlərə tək və cüt ayaq üzərində tullanmalar, hündürlükdən və tramplindən tullanmalar, gimnastika ipi ilə tullanmalar daxildir.
Dayaqlı tullanmalar – qaçışdan iki ayağın təkanı ilə gimnastika körpüsü üzərindən tullanaraq əllərlə gimnastika alətinə (keçi, at, stol və s.) dayaqla icra olunur.
Dayaqlı tullanmanın ümumi strukturu.
Dayaqlı tullanma icra texnikasına görə qaçış, körpü üzərinə sıçrayış, təkan, uçuş, əllərlə dayaq və təkan, uçuş, yerəenmə fazalarına bölünür.
Qaçış – 8-10 m məsafədən icra olunur və pəncənin ön hissəsi üzərində, bədənin irəliyə çox da böyük olmayan mailliyində, qolların fəal hərəkəti ilə yerinə yetirilir, sürət tədricən artır.
Körpü üzərinə sıçrayış – güclü qıçla icra olunur, sərbəst qıç irəliyə aparılır. Uçuşda körpüyə qədər qıçlar birləşdirilir və körpü üzərinə bir yerdə qoyulur. Körpüyə sıçrayış zamanı qollar aşağıda yerləşir.
Təkan – qıçların çox kəskin və güclü təkanı, eyni zaman qolların sürətli,üfüqi səviyyədən bir qədər aşağıya yelləndirilməsi ilə icra olunur.
Qolların alətlə aralıq təkanı ilə uçuş – iki hissədən ibarətdir: qollarla təkana qədər və qolların təkanından sonra. Qollarla təkana qədər olan uçuşda gövdə düzəlir, qollar irəliyə-yuxarıya istiqamətlənir. Uçuşun bu hissəsi yeni öyrənənlər üçün 50-100 sm-dir. Təhlükəsizlik baxımından dayaqlı tullanmaların icrasından əvvəl yerəenmə hərəkətinin mənimsənilməsi əhəmiyyətlidir.
Yerəenmə- yarımoturuşda bütün pəncə üzərinə (əvvəlcə pəncənin ucuna, sonra sürətlə bütün pəncə üzərinə dayağa keçmək) enməklə dabanlar bir yerdə, pəncə ucları yanlara, gövdəni azacıq irəliyə əyməklə, baş düz, qollar irəliyə-yanlara olmaqla icra olunur.
Yerəenmə hərəkətinin mənimsənilməsi üçün istifadə olunacaq hərəkətlər:
1.Yerəenmə vəziyyətini almaq və bu vəziyyətdə 6-8 san. qalmaq; 2. Əsas çıxış vəziyyətindən yerəenmə vəziyyətini almaq, əsas çıxış vəziyyətinə qayıtmaq; 3. Yuxarıya hoppandıqdan sonra yerəenmə vəziyyəti almaq, irəliyə-yuxarıya hoppandıqdan sonra yerəenmə vəziyyəti almaq: 4. Gimnastika skamyasından hoppanaraq yerəenmə vəziyyəti almaq; 5. Keçi, tir, stul üzərindən hoppanaraq yerəenmə vəziyyəti almaq.
Sürətli qaçışla icra olunan tullanmalar zamanı tez-tez körpü üzərinə sıçrayışın icrasında çətinliklər yaranır. buna görə də körpü üzərinə sıçrayış və iki ayaqla təkanı öyrənmək üçün aşağıdakı hərəkətlər tövsiyə olunur: 1.Yerində iki ayağın təkanı ilə tullanmalar; 2. Gimnastika skamyası üzərindən dpşəməyə, oradan qolların yuxarıya atılması ilə yuxarıya hoppanmalar; 3. Eyni hərəkət, sonda körpü üzərinə hoppanmalar; 4. Bir ayağın dabanını dayaq üzərinə qoymaqla digəri üzərində sıçrayışlar; 5. İki-üç addımdan bir ayağın təkanı ilə sıçrayaraq iki ayaq üzərinə dayağa enmək; 6. Eyni hərəkət, körpü üzərinə enmək; 7.İki-üç addımdan bir ayağın təkanı ilə körpü üzərinə iki ayaqla enmək, yuxarıya tullanmaq; 8. Qaçışdan körpüyə sıçrayış, yuxarıya maksimal sıçrayış.
Qıçlar aralı tullanma – körpüdən təkandan sonra qıçlar xeyli arxaya qalxır. Uçuşda gövdə bir az bükülür. Qolların təkanı ilə eyni vaxtda çanaq-bud oynağı azacıq bükülür və qıçlar aralanır.
Qollarla təkandan sonra çiyin və qollar fəal olaraq arxaya açılır. Qıçların açılaraq aralanması fiksə olunduqdan sonra qıçlar birləşdirilir və yerəenməyə hazırlanır.
Hərəkətlər: 1. Uzanaraq dayaqdan qolların təkanı ilə döşəmədən ayrılmaq, ovucları bir-birinə vurmaq 6-8 dəfə. 2. Uzanaraq dayaqdan ayağın təkanı ilə əyilərək qıçlar aralı dayağa qalxmaq və ayaqlar aralı duruşa keçmək 4-5 dəfə. .3 Uzanaraq dayaqdan azacıq bükülərək qolların və ayaqların təkanı ilə duruş, qıçlar aralı. 4. İki-üç qaçış addımından keçi üzərində dayaqlı oturuş və sıçrayışla qıçlar aralı. 5. İki-üç qaçış addımından döşəklər üstünə tullanaraq qollara dayaq, qollarla təkan verib, ayaqlar aralı dayağa keçmək. 6.Keçi üzərində oturuşdan qızların təkanı ilə irəlidə (50-60 sm) yerləşən keçi üzərindən qıçlar aralı tullanmaq. 7. Üç-beş qaçış addımından keçi üzərindən qıçlar aralıtullanmaq. 8. Qaçışdan keçi üzərindən qıçlar aralı tullanmaq.
|
| |