• İki hərəkətlə dırmanma
  • Sadə sallanma
  • Sadə sallanmalarda hərəkətlər
  • Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili




    Download 0,82 Mb.
    bet56/64
    Sana22.06.2024
    Hajmi0,82 Mb.
    #265180
    TuriTəhsil proqramı
    1   ...   52   53   54   55   56   57   58   59   ...   64
    Bog'liq
    FİZİKİ TƏRBİYƏ-TURAN

    Sallanmalar və dayaqlar


    Sallanma – alətdə çiyinlərin tutma nöqtəsindən aşağıda yerləşməsi ilə bədənin vəziyyətidir.
    Dayaq – alətdə çiyinlərin tutma nöqtəsindən hündürdə yerləşməsi ilə bədənin vəziyyətidir.
    Sallanma hərəkətləri çiyin qurşağı və qolların əzələ qüvvəsinin inkişaf etdirilməsi üçün səmərəli vasitə hesab olunur. Bu hərəkətlər dırmanma və maneənin dəf edilməsi kimi mühüm vərdişlərin mənimsənilməsi üçün əvəz edilməzdir. Sallanma və dayaq hərəkətlərini kanatda, paralel qollarda, daha çox isə turnikdə icra etmək olar.Sallanma və dayaq iki növ: qarışıq (alətlə əllərlə dayaqdan başqa gövdənin digər hissəsi ilə dayaq) və sadə (əlavə dayaq olmadan) olur.
    İki hərəkətlə dırmanma - şaquli kanata dırmanmaq üçün istifadə olunan əsas üsuldur. Bunun üçün sallanmış durusdan sağ əllə kanatı yuxarıdan, sol əllə isə çənə səviyyəsindən tutmaq lazımdır. Kanat qıçlar arasında sıxılır. (1) Sonra qıçlar dizdən bükülərək yuxarıya qaldırılır,kanat bükülmüş qıçlarla sıxılır. (2). Bunun ardınca qıçları düzəldərək, sağ qolu bükərək kanatın üzəri ilə yuxarıya qalxılır. (3). Kanat dizlər yox, pəncələr arasında saxlanılır. Aşağıya enərkən sürüşmək olmaz.
    Sadə sallanma – aləti yuxarıdan və aşağıdan tutmaqla yerinə yetirmək olar. Ən çox yayılmış üsul yuxarıdan tutmaqdır. Sadə sallanma yerinə yetirilərkən qollar, gövdə və qıçlar düz xətt əmələ gətirir, tutma çiyin enində olur. Sadə sallanma həm düz, həm də bükülmüş qollarda icra oluna bilər.
    Sadə sallanmalarda hərəkətlər:

    1. Sallanmada yellənmə

    2. Çanağın sağa və sola döndərilməsi

    3. Sallanmada ayaqların qaldırılması

    Qıçlar dizdən bükülür, arxaya aöarılır, sonra qıçlar dayanmadan irəliyə aparılır, dizlər sinəyə toxundurulur.
    Qarın əzələlərinin möhkəmlənməsi ilə əlaqədar hərəkətlər düz qıçlarla və turnikə toxunmaqla icra edə bilər.
    4.Dartınma. bu hərəkətin müxtəlif variantlarda icrası tövsiyə olunur:
    a) adi tutma (yuxarıdan)
    b) əks tutma
    c) geniş tutma (tutma məsafəsini artırmaqla)
    d) trnikə çənə, sinə, boyun arxası ilə toxunmaqla
    e) müxtəlif tutma ilə (bir əllə aşağıdan, o biri əllə yuxarıdan tutmaq və s.)
    ə) “bucaq” saxlamaqla dartınma.
    5. Əlavə dayaqla dartınma (asanlaşdırılmış variant)
    a)qıçları bükərək arxaya aparmaq, bir ayağın pəncəsi ilə stulun arxasına istinad etmək.
    b) stulun oturacağına düz qıçla istinad etmək və s.
    Dartınma hərəkətlərini yerinə yetirərkən aşağıdakı qaydalara əməl etmək zəruridir: hər bir yaxınlaşmada maksimal sayda dartınma hərəkəti icra etmək; hərəkətləri 2-3 yaxınlaşmada (3-4 dəqiqəlik vaxt intervalında) yerinə yetirmək, məşğələni bir gündən bir aparmaq.
    VI sinif şagirdləri sadə sallanmanın müxtəlif növlərinin icra texnikasınımənimsəyirlər. Bu hərəkətlər müxtəlif qrup : gövdə və qol əzələlərində qüvvə hazırlığının artırılmasına xidmət edir. Bükülərək sallanma , bükülərək arxadan sallanma , solla (sağla) bükülərək və ya sağla bükülərək sallanma , arxaya açılaraq yuxarıda sallanma , bucaqla sallanma , arxadan sallanma , bükülmüş qıçlarla sallanma.
    Sadə dayaqların bir neçə növü vardır: arxada dayaq, bucaqla dayaq, sağla yuxarıda dayaq. Bu dayaqları turnikdə, paralel qollarda, tirə, bəzilərini isə döşəmədə və gimnastika skamyası üzərində yerinə yetirmək olar.
    Sallanma və dayaq hərəkətlərinə həm də sallanmadan dayağa keçid daxildir. Buna qalxma deyilir. Ən sadə qalxma, çevrilərək dayağa qalxmadır.
    Bir ayaqla yellənmə və digərinin təkanı ilə çevrilərək dayağa qalxma .
    Ayaq turnikin altına qoyulur, sinə ona yaxınlaşdırılır, qollar bükülür, turnikdən tutulur. Sərbəst qış yellənərək irəliyə-yuxarıya hərəkət etdirilir. Eyni vaxtda dayaq aşağı təkanı icra edir, ayaqlar birləşdirilir və onlar qarın əzələləri turnikə dəyənə kimi yuxarıya qaldırılır. Qıçlar yuxarıya qaldırılarkən, eyni vaxtda baş və çiyinlər aşağıya-arxaya endirilir. Şaquli vəziyyət aldıqdan (qıçlar yuxarıda, baş aşağıda) sonra fəal olaraq çanaq oynağı bükülür və qıçlar üfüqi vəziyyətə kimi aşağıya endirilir. Sonra qollar düzəlir, bel qalxır və dayaq vəziyyəti alınır.
    Bu hərəkətin icrasına yiyələnmək üçün aşağıdakıları icra etmək lazımdır6

    1. Uzanaraq sallanmada qolların tez bükülüb-açılması – 5-6 dəfə;

    2. Bükülmüş qollarda sallanmada qolların tədricən düzəldilməsi – 5-6 dəfə;

    3. Turnikdə dartınma – 3-4;

    4. Sallanmada qıçların qaldırılması – 3-4.

    Yoxlama hərəkəti: sallanmış vəziyyətdən qıçları qaldırıb-bükərək sallanmış vəziyyətə, sonra isə ç.v.qayıtmaq.

    Download 0,82 Mb.
    1   ...   52   53   54   55   56   57   58   59   ...   64




    Download 0,82 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili

    Download 0,82 Mb.