• Əsas gimnastika
  • Bədii gimnastika
  • Gimnastika
  • Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili




    Download 0,82 Mb.
    bet54/64
    Sana22.06.2024
    Hajmi0,82 Mb.
    #265180
    TuriTəhsil proqramı
    1   ...   50   51   52   53   54   55   56   57   ...   64
    Bog'liq
    FİZİKİ TƏRBİYƏ-TURAN

    GİMNASTİKA

    “Gimnastika” sözü ilk dəfə qədim yunanlar tərəfindən istifadə olunmuşdur. O dövrdə fiziki hərəkətlərin icrası xüsusi müəssisələrdə,gimnaziyalarda yerinə yetirilirdi. Qədim gimnastika o zamanlar özündə bütün məlum fiziki hərəkətləri: atletika, ağırlıqqaldırma, güləş, qılıncoynatma, avarçəkmə, həmçinin akrobatika, topla oyun və rəqsi birləşdirirdi. Sonralar qədim italyanlar yunanların davamçıları oldular. Onlar maneələri dəf etmək və at çapmaq üçün alətlər ixtira etdilər. İntibah dövründə akrobatika hərəkətləri çox geniş yayıldı, turnik və körpü meydana gəldi.


    Daha sonralar, müasir dövrün başlanğıcında müxtəlif gimnastika sistemləri yaranmağa başladı. Fransada – hərbi tətbiqi, Almaniyada – atletik gimnastika, İsveçrədə - gigiyenik gimnastika formalaşdı. Məhz bu dövrdə bir çox müasir gimnastika alətləri ixtira olunmuşdur.
    Beynəlxalq Gimnastika Federasiyası 1881-ci ildə yaradılmışdır (FİG). Gimnastika idman növü kimi 1896-cı ildə keçirilən birinci Olimpiya Oyunlarının proqramına daxil edilmişdir. Azərbaycan Gimnastika Federasiyası 1993-cü ildə təsis edilmişdir və həmin ildə də Beynəlxalq Gimnastika Federasiyasının (FİG) və Avropa Gimnastika Federasiyasının (FEG) üzvü olmuşdur.
    Hal-hazırda gimnastikaya - əsas gimnastika, idman gimnastikası, bədii gimnastika, aerobika və akrobatika daxildir.
    Əsas gimnastika – buraya sıra və ümuminkişaf hərəkətləri, alətlərdə hərəkətlər, tullanmalar və akrobatika hərəkətləri daxildir.
    Idman gimnastikası- buraya qadın çoxnövçülüyü (dayaqlı tullanmalar, müxtəlif hündürlüklü turnikdə hərəkətlər, tir və sərbəst hərəkətlər), kişi çoxnövçülüyü (dəstəkli at, həlqələr, turnik, sərbəst hərəkətlər, paralel qollar və dayaqlı tullanmalar) daxildir. Idman gimnastikası Olimpiya növü hesab olunur.
    Bədii gimnastika – buraya əşyalarla (top, gürz, bulava, gimnastika ipi, lent) yerinə yetirilən rəqs xüsusiyyətli hərəkətlər daxildir. Bədii gmimnastika qadınların Olimpiya növüdür.
    İdman akrobatikası – özündə 4 qrup hərəkətləri: akrobatika tullanmalarını, cüt (kişi və qarışıq) və qruppalı hərəkətləri, həmçinin batutda tullanmaları birləşdirir.
    Akrobatika – buraya kişi və qadın cütlüklərinin, üçlülüklərin, qarışıq (kişi və qadından ibarət) cütlüklərin və tək idmançıların musiqinin müşayəti ilə icra etdikləri rəqs və qüvvə xüsusiyyətli hərəkətlər daxildir.
    Gimnastika hərəkətləri gündəlik həyatda rast gəlinməyən, xüsusi olaraq düşünülmüş (mayallaq, salto və s.) hərəki fəaliyyətdən ibarətdir. Lakin bu həyati mühüm vərdişlərin: düzgün yerimək, qaçmaq, tullanmaq, maneələri dəf etmək, ağırlıqları daşımaq, kanata dırmanmaq və s. formalaşmasına şərait yaradar.
    Gimnastika hərəkətlərinin köməyi ilə əsas hərəki qabiliyyətlər inkişaf etdirilir. Qamətdəki qüsurlar aradan qaldırılır, vestibulyar aparatın işi yaxşılaşdırılır.
    Gimnastika – insanın koordinasiyasının inkişafı üçün əsas vasitələrdən biridir. Bu qabiliyyət insana yeni hərəki fəaliyyəti asan mənimsəməyə kömək göstərir.

    Download 0,82 Mb.
    1   ...   50   51   52   53   54   55   56   57   ...   64




    Download 0,82 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili

    Download 0,82 Mb.