|
Qeyri klassik çoxnövçülük yeniyetmə oğlanlar üçünn səkkiz növçülük, qızlar üçün beş növçülükBog'liq FİZİKİ TƏRBİYƏ-TURANQeyri klassik çoxnövçülük yeniyetmə oğlanlar üçünn səkkiz növçülük, qızlar üçün beş növçülük.
Atletika stadionmunda 8 zolaq var. Atletika yarışlarında finala 12 nəfər çıxır. Nəticələr yarım final və final nəticələrinə görə aparılır. Bir qaçış silsiləsində (2 qaçış addım) 2 dayaq 2 uçuş dövrü vardır.
Qaçış qəlibi – Aşağı startda qurulur.
Qaçış qaliblərinin quraşdırılması 3 variantda olur.
Adi
Yaxınlaşdırılmış
Uzaqlaşdırılmış
Bu idmançının antropometrik göstəricilərindən aslı olaraq dəyişir.
Milli oyunlar
Milli oyunlara aiddir: Qundaq – qundaq,Çovqan, Sürpapaq, Kosaldıqaç, Xıy –Xıy, Dəvəboyu, Dirədöymə , Qız- Qu , Ənzəri,Çilinağac.
Çovqan ( Çövkən) oyunu – İngilislərin təşəbbüsü ilə polo adı altında ilk dəfə 1890-cı ildə Parisdə keçirilən Olimpiya oyunları proqramına salınmışdır.Hər biri 30 dəqiqədən ibarət 2 hissədən ibarətdir, hissələr arası fasilə 10 dəq. AT belində oyunda əsas məqsəd dəyənəklə rəqib qapısına top vurmaq idi. Müasir hokkeyi xatırladır.
Sürpapaq oyunu – vəsait kimi papaqdan yaxud tüklü qoyun dərisindən topdan istifadə edilir. 6 nəfərdən ibarət 2 komanda arasında oyanılr. 2 hissədən hər hissə 10 dəq .Hər oyunçu papaqı öz yoldaşına ötürməklə rəqib meydanın halqasından çalışır.Oyun zamanı papaqı əldə çox saxlamaq , komanda yoldaşına ötürmək tələb olunur .Oyunda rəqibin cərmə meydançasına girmək rəqibin atının qarşısını kəsmək , atlıya onun atına zərbə endirmək qadağandır.
Qundaq –qundaq oyunu –çox qədim oyundur, 2 çuxa 1 yorğanı büküb kəndirlə bağlayıb top halına salırlar. 1 nəfər ortada dayanır və digər oyunçulara topu bir birlərinə atırlar ortada olan oyunçu kimdən topu ala bilsə onlar yerini dəyişir müasir variantı işlətdi , ortada qaldı kimi.
Kosaldıqaç - Bir istiqamətdə 3 ayrı –ayrı məhəllə olur . Birinci “Kos” , İkinci məhəllə “İsti” məhəllə , üçüncü məhəllə “Qaçan” məhəllə adlanır.
Xıy-xıy – asfaltda , idman zalında keçrilir . Vəsait kimi xokkey şaybası , dairəvi astı daşdan istifadə edilir . Uduzdan komanda oyunu tərk edir. Şayba 1-ci xanaya atılır və bir ayaq üstə 1,2,3 cü xanaya hoppanılır . 4,5 ci xanada hər iki ayaq qoyulur.Sonra geriyə dönülür növbəti komanda yoldaşı davam edir.
Dəvəboyu – İki komanda olur, qaçanlar və vuranlar adlanırlar . Topla oynanılır . dairə çəkilir komandalar düzülürlər topu hər oyunçu 3 dəfə ata bilər , sonra komandalar yerlərini dəyişirlər.
Dirədöymə - Vəsait kimi qalın göndən hazırlanmış qayışdan (toqqa) istifadə edilir. 2X5 dəqiqlik iki hissələrdən ibarət yarışda dairə çəkilir, bayırdakılar toqqanı almağa , aldıqdan sonra toqqa ilə içərdəkiləri vurmaqla imkan düşdükçə idmançıları dairədən dartıb çıxarmağa çalışırlar.
Qız-Qu ( Qız qov) oyunu – bir neçə cütlük atlı oğlan atlı qız yarışırlar. Oyun üçün müəyyən edilmiş məsafənin birinci hissəsində atlı oğlan çalışıb qıza çatmalıdır. Əgər oğlan qıza çatmazsa , qız əlindəki qamçı ilə oğlanı cəzalandırır. Oyunçulardan yaxşı at sürmək bacarığı tələb olunur.
|
| |