|
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkiliBog'liq FİZİKİ TƏRBİYƏ-TURAN3x3 BASKETBOL
Tarixi – təxmini 1980-cı illərin sonları deyilib.
Meydança – 11x15 m
Oyunçu - 4,3 meydan 1 ehtiyyat
Hissə - 1x10 dəq ( 21 xala tez çatan udur vaxt bitməsə də)
Əlavə hissə - ilk 2 xal alan komanda
Time aut – hər komanda 1 dəfə (30 saniyə)
Top – çevrəsi 724-735 mm, çəkisi 510-567 qr (N°6)
Top xalı – 1 (6.75 daxili və cərimə atışı), 2 xal (6.75 xaric)
2 like xətt – 6.75 m
Cərimə atış xəttdi – 5.80 m
Xətlər – 5 sm
Səbətin hündürlüyü - 3.05 m
Səbətin diametri – 45 sm
Torun uzunluğu – 45 sm
Lövhə - 1.80x1.05 m
Foal limiti – 6 (cərimə atışı) 10+ cərimə atışı və top idarə etmə
Hakim – 5 (2 meydan, 3 masa)
Oyun sahəsində və ya tribunadan məşqçiliyə icazə verilmir. Komandalar oyundan əvvəl eyni vaxtda isindirici hərəkətlər edirlər. Püşk atma olur, püşkü qazanan komanda pozisyonu seçir və overetmə olarsa orda da həmçinin pozisyonu seçir. Oyuna topu Check – ball ilə başlanılır.
Oyun zamanı mübahisəli top olarsa, top müdafiə edən komandaya keçir. Məs: Hücum edən B və müdafiədə A komandasıdırsa , mübahisəli top məqamı yaranarsa top A komandasına keçir.
Qövsün içərisindəki hər atışa 1 xal verilir. Qövsün arxasındakı hər atışa 2 xal verilir. Hər uğurlu sərbəst atışa 1 xal verilir. 10 dəqiqə olaraq 1 hissə oynanılır. Ölü top vəziyyətində və sərbəst atış zamanı saat dayandırılmalıdır. Topun mübadiləsi başa çatdıqdan sonra saat yenidən işə salınır
(oyunçunun əlində dəyərsə). 21 xal və ya daha çox bal toplayan ilk komanda, normal oyun vaxtının bitməsinə qədər olursa, qalib gəlir. Hesab bərabər olarsa, əlavə overtaym oynanılır, 1 dəq fasilədən sonra başlanılır və 2 xal toplayan ilk komanda oyunda qalib gəlir.
Komanda, oyuna hazır olan 3 oyunçu ilə oyun meydançasında olmadıqda, komanda oyunu itirir .
Məğlub olduqda , oyun hesabı w-0 və ya 0-w (qələbə qazanan “w”) ilə qeyd olunur. Oyun bitməmişdən əvvəl komandanı tərk etsə və ya komandanın bütün oyunçuları zədələnsə və /və ya diskvalifikasiya olunarsa, oyun bitmiş sayılır. Bir komanda 6 qaydanı pozduqda sonra faul limiti dolur. Qeyri idman faulu (U) və diskalife (D) faulu komanda faulu kimi 2 faul kimi yazılır . Oyunçu əgər birinci qeyri idman faulu edirsə 2 sərbəst atişla cəzalandırılır, amma diskalife faulu və ya ikinci qeyri idman faulu edirsə (bu zaman həmin oyunçu oyundan kənarlaşdırılır) 2 sərbəst atış ilə cəzalandırılır və topa kontrol haqqı verilir. Fərdi faulların sayına görə oyunçular istisna edilmir. Qövs içərisində atış zamanı olan faullar 1 cərimə atışı verilir, qövsdən kənarda olarsa 2 cərimə atışı verilir. Basketfaol olarsa top sayılır və 1 cərimə atışı verilir. Komandanın 7,8 və 9 -cu faulu olarsa 2 cərimə atışı verilir . Basketfaolda isə 2 cərimə atışı verilir, 10-cu faoldan sonra cərimə atışı və topu idarə etmə verilir. Hücum faollarına atış verilmir. Bütün “Texniki faol” karda (T) 1 sərbəst atışla cəzalandırılır. -Texniki faul müdafiə edən oyunçuya verilirsə 1 sərbəst atış olunur +12 san. Hücum vaxtı. -Texniki faul hücum edən oyunçuya verilirsə 1 sərbəst atış verilir + hücum vaxtı neçə saniyədə qalırsa həmin hücum vaxtilə davam edilir.(texniki faul zamanı top hansı komandada olursa onda da qaldığı üçün qayda belə olur).
Hər komandanın 12 saniyə hücum üçün vaxtı olur.
Hər kimə sənin 1 time autu var. Bütün time autlar 30 saniyədir.
HƏNDBOL
Həndbol -əl və top mənasını verir.
Yaranma tarixi – 1898-ci ildə Danimarka (Ordur)
Yaradıcısı – Holqer Nilsen
1928-ci ildə Beynəlxalq Həvəskar Həndbol Federasiyası yaradıldı.
1946-cı ildə İHF (Beynəlxalq Həndbol Federasiyası) .
1936-cı ildə İlk Dəfə Olimpiya oyunlarının proqramına daxil edildi 11/11 həndbolu.
Həndbol Dünya çempionatı və Avropa çempionatı hər ikisi 2 ildən bir keçirilir. 1938-ci ildə Dünya Çempionatı 7/7 və 11/11 Kişilər Almaniya Çempion .
1949-cu ildə Dünya Çempionatı 7/7 və 11/11 Qadınlar.
1972-ci ildə 7/7 həndbolu kişilər və 1976-cı ildə qadınlar Olimpiya proqramına daxil edilib.
Olimpiya oyunları proqramına 1972-ci ildə 7/7 kişilər Çempion (Yuqoslaviya).
Olimpiya oyunları proqramına 1976-cı ildə 7/7 qadınlar Çempion (SSR).
1976-cı ildə keçirilən Olimpiya oyunlarında SSR qalib olur Rəfiqə Şabanova və Lyudmila Şubina 2 Azərbaycanlı çıxış edirdi heyətdə.
1957-ci ildə Azərbaycan da Sarokin adında bir nəfər ilk Həndbol klubunu yaratdı. 1992-ci ildə Azərbaycan Həndbol Federasiyası yaradıldı və həmin il də Beynəlxalq Həndbol federasiyasına üzv qəbul olundu.
Meydança – 40x20 m
Qapı – 3 m uzunluq, 2 m hündürlük
Xətt – 5 sm
Qapı xətti – 8 sm
Oyunçu – 14 nəfər , 7 meydan 7 ehtiyyat
Oyunçu dəyişikliyi – məhdudiyyət yoxdu.
Hissə - 2x30 dəq
Əlavə hissə - 2x5 dəq (hakim istəsə)
Hissələr arası xətt - əsasda 10 dəq, əlavə hissə 5 dəq sonra başlanır, hissə arası 1 dəq.
Meydan seçimi və başlama – püşk atma
Top -Qadınlarda 54/56 am çəkisi isə 325-375 qr
-Kişilərdə 58/60 sm çəkisi isə 425/475 qr
Topu əldə saxlamaq -3 san
Top əldə - 3 addım
Kənardan başlarkən -3 m müdafiəçi ar saxlamalıdır.
Cərimə zərbəsi -7m
Müdafiə xətdi -9m
Qapıçı xətti – 4 m
Qapıçı meydanı – 6m
Autdan topu başlama – bir əllə
Hakim – 4(2 meydan, 2 masa)
Şifahi xəbərdarlıq -oyunçuya 1 (sarı kart), komandaya 3
Xəbərdarlıq oyunçu – 3 dəfə 2 dəq kənarlaşma (3-cu veriləndə qırmızı kart həmin oyundan kənarlaşır)
Mavi mart – bir neçə oyun və ya yarışdan kənarlaşdırma.
Xal – uzana 2 xal, uduzan 0 xal, heç – 1 xal
Penaltını -3 saniyə ərzində yetirilməli
Time aut – hər hissədə 1 dənə (60 san), əlavə hissədə time aut yoxdu.
Oyun başlamamışdan öncə komandanın minimum 5 oyunçusu olmalıdır. Oyun ərzində 5-dən az olarsa oyun davam edə bilər, oyunun dayandırılmasına hakimlər qərar verəcəkdir.
Oyun püşkatma ilə başlanır. Qalib gələn meydan və ya top seçim edir. 2-ci hissədə artıq meydanlar dəyişdirilir. Oyuna mərkəzdən topla digər komanda başlayır. Hər əlavə hissələr verildikdə də püşk atma edilir meydançanın və hücumun kimin etməsinə görə. Oyunun əvvəlində və top qapıdan içəri keçirsə topu meydançanın mərkəzindən başlanılır. Həndbolda penaltı 7 metrədən yerinə yetirilir. Qapıçı meydançasından 1 metr irəlidə, qapıya paralel uzunluğu 1 metr olan 7 metrlik penaltı xətdidir. Hücum vaxtı rəqib oyunçuların öz meydançasına keçilməsi gözlənilmir. 1-ci hissədə götürülməyən taym aut 2-ci hissəyə keçmir. Cərimə zonasına ( qapıçı zonası ) qapıçıdan başqa nə müdafiəçi nədəki hücumçu girə bilməz. Hətta ayağı coldədirsə əyilib əliylə o meydanda olan topu götürə bilməz. Qapıçı bədənin hər yerindən topu qaytara bilər, amma digər oyunçular yalnız əllə oynanılır. Hücum edən oyunçu xətti tapdalamadan topu qapıya zərbə etməlidir, top əlindən çıxandan sonra xəttə toxuna bilər, qayda pozuntusu baş verərsə həmin yerdən topa başlanılır. Topu ötürmə yalnız bir əllə edilir hər yerdə, topu isə ciləye bilər istədiyi qədər basketboldan fərqli olaraq əli tam açılmalıdır, basketbolda topu barmaqlarla cilənilir Anna burda əl açıq. Topu tutduqdan sonra 3 addım edə bilər, topu isə əlində 3 saniyə saxlaya bilər. 9 m qırıq xətt olan yerdə hücumçuya qayda pozuntusu olarsa atış zamanı onda 7 m cərimə atışı verilir. Topu autdan və ya qayda pozuntusu olan yerdə oyuna başlayar zaman 3 m ara məsafəsi olmalıdır. Müdafiəçilər qırıq xətti üzərində düzülürlər. Qapıya zərbə zamanı müdafiəçiyə dəyib çıxarsa top o zaman küncdən başlanılır . Qapıçıdan dəyib çıxarsa özü götürüb başlayır , mütləq meydançanın içində kiməsə ötürmə etməlidir , amma auta çıxmadan əgər topu tutubsa hətta digər qapıya zərbədə edə bilər. Qapıçı istənilən vaxt meydanı tərk edə bilər, amma topsuz halda. Top hansı komandada olursa həmin komandanın qapıçısında bir dəfə top ola bilər 1 hücum zamanı , yenidən qapıçıya top vermək üçün gərək top müdafiəçiyə keçib qayıtsın. Qapıçı cərimə zonasından başqa yerdə topu götürə bilməz. Top meydanda olsa da oyunçunun ayağı xətdə olarsa aut sayılır. Hücum edən komanda hücumda passivdirsə hakim xəbərdarlıq edir, ikincidə top rəqibə verilir.
7 m cəriməni istənilən oyunçu vura bilər (ehtiyatda olan oyunçu da , qapıçı da). Oyunçu maksimum 1 metr arxadan yerinə yetirə bilər. Top oyunçunun əlindən çıxmamış oyunçu 7metekik xətti tapdalaya biləməz. Top qapıçıya və ya dirəkləri toxunmadan, penaltı yerinə yetirən idmançı və komandası topa təkrar toxuna bilməz. 7 metrlik penaltı zamanı komanda yoldaşları mütləq 9 metrlik cərimə xətdindən kənarda olmalıdır. Əks halda komandanın əleyhinə sərbəst atış veriləcək . Rəqib komanda isə minimum 3 metr aralıda olmalıdır, bu qayda pozularsa qol olarsa qeydə alınır, əgər qol olmazsa 7 metrlik penaltı yenidən yerinə yetirilir, komandaya cəza verilmir. Əgər qapıçı 4 metrdən irəli çıxarsa qol olmazsa penaltı yenidən yerinə yetiriləcək , qapıçıya hər bir cəza veriləcək.
Yan xətdən topu başlarkən mütləq xətdi tapdalayıb başlamaq lazımdır amma 7 və 9 m-lik cərimə zərbələrində isə əsas şərt xətdi tapdalamaq olmaz.
Bir komandanın meydançada olan heyyətində 6-sı sahə 1-i qapıçıdır.
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili
|