|
Vahid nəqliyyat sistemi” fənnindən mühazirələr
|
bet | 35/77 | Sana | 04.04.2021 | Hajmi | 294,02 Kb. | | #14090 |
Panamaks – qabarit ölçüləri Panama kanalından keçməyə imkan verən gəmilər: maksimal uzunluğu 295 m; eni 32,25 m; maksimal oturması 13,5m.
Quverpanamaks – qabarit ölçüləri maksimal uzunluğu 295 m; eni 32,25 m; maksimal oturması 13,5m. – dən çox olan gəmilr.
Dəniz nəqliyyatının fəaliyyətinin hüquqi aspektləri
Dəniz nəqliyyatının fəaliyyətinin səmərəliliyi beynəlxalq münasibətlərdən çox asılıdır. Dəniz nəqliyyatının istismarı dünya okeanında, müxtəlif ölkələrin məhəlli sularında yerinə yetirildiyindən onun düzgün təşkili beynəlxalq hüquq çərçivəsində olmalıdır. Dövlətlərin dünya okeanında aparılan müxtəlif tədbirlərinin nizamlama bazası Beynəlxalq dəniz hüququ (BDH)-dur. BHD adi və hərbi vəziyyətdə gəmilərin hərəkəti və okenalardan müxtəlif məqsədlərlə istifadə zamanı dövlətlərarası münasibətləri məhdudlaşdıran və dəniz sahələrinin hüquqi vəziyyətini müəyyən edən prinsip və normalar sistemidir. BDH beynəlxalq Konvensiyalara əsaslanmaqla dövlətlərarası münasibətləri nizamlayır. 1982-ci ildə qəbul olunmuş Konvensiya dünya okeanının bütün ölkələr tərəfindən istifadə olunması qaydalarını müəyyən edir. Konvensiya ölkələrin dəniz sərhədlərinin dəqiqləşdirilməsində böyük rol oynayır. Bu sənədə əsasən aşağıdakılar müəyyən edilir:
Daxili sular- sahil ölkəsinin müstəqil hüquqlarının tam gözlənildiyi ərazidir. Bu ərazilər məhəlli dənzin başlanğıc xəttindən sahilə qədər yerləşir.
|
| |