• Bu normal və Stefenson koleyası
  • Aralıq stansiyalar
  • Dəmiryol nəqliyyatının üstünlükləri -




    Download 294,02 Kb.
    bet40/77
    Sana04.04.2021
    Hajmi294,02 Kb.
    #14090
    1   ...   36   37   38   39   40   41   42   43   ...   77
    Dəmiryol nəqliyyatının üstünlükləri - Dəmiryol nəqliyyatının, onun digər nəqliyyat növlərindən fərqləndirən texniki-iqtisadi xüsusiyyətləri və üstünlükləri vardır. Bu üstünlüklərə və fərqli cəhətlərə aşağıdakılar daxildir:

    • istənilən quru ərazidə dəmiryol şəbəkəsinin tikilməsi imkanının olması, körpü, tunel və bərə keçidləri vasitəsilə qitələrlə adalar arasında nəqliyyat əlaqələrinin yaradılması;

    • daşımaların kütləvi xarakteri və dəmir yollarında böyük həcmli daşıma imkanının olması (iki xətli yollarda illik yük daşımaları kütləsinin 85-95 milyon ton, bir xətli yollarda isə 25-35 milyon ton);

    • dəmiryol nəqliyyatında qəbul edilmiş qabarit (əndazə) ölçülər nəzərə alınmaqla müxtəlif ölçülü yüklərin daşınması imkanı;

    • sərnişin və yük daşımalarının yüksək sürətlə həyata keçirilməsi imkanı;

    • iqlim şəraitindən, ilin fəslindən və günündən asılı olmayaraq daşıma prosesinin müntəzəmliliyi və fasiləsizliyi;

    • dalan və keçid yolları olan iri sənaye müəssisələri ilə böyük vəsait tələb edən yükvurma-yükboşaltma əməliyyatlarına müraciət etmədən, birbaşa əlaqələrin yaradılması imkanı;

    • yüklərin daşınmasında su nəqliyyatı ilə müqayisədə nisbətən daha qısa yoldan istifadə etmək imkanı;

    • digər nəqliyyta növləri ilə müqayisədə (boru kəmərindən başqa) daşımaların maya dəyərinin az olması.

    Göstərilən üstünlüklərlə bərabər dəmir yolu nəqliyyatı bir sıra çatışmazlıqlara da malikdir:

    • dəmir yolu tikililərin böyük kapital tutumununa malik olması və qoyulan avans kapitalının ləng ödənilməsi;

    • dəmir yolunda əmək məhsuldarlığı boru kəməri, dəniz və hava nəqliyyatına nisbətən aşağı, avtomobil nəqliyyatına nisbətən yuxarıdır

    Dəmir yolu nəqliyyatının texniki təchizatının əsasını daimi qurğular və hərəkət tərkibi təşkil edir. Daimi qurğulara yollar, stansiyalar və digər bölmə məntəqələri, elektrik təchizatının qurğu və tikililəri, istismar işinin idarə edilməsi və hərəkətin təhlükəsizliyi və nizmalanmasını təmin edən xüsusi vasitələr aiddir.

    Dəmir yolları xüsusi qaydada tikilmiş yollar olub müxtəlif ölkələrdə yolun koleyası ilə fərqlənirlər. Azərbaycan, MDB, Baltikyani ölkələr, həmçinin Finlandiyada yolun koleyası 1520mm-dir. Əksər Avropa ölkələri, ABŞ, Kanada, meksika, Uruqvay, Türkiyə, İran, Misir və Tunisdə dəmir yolunun koleyası 1435 mm-dir. Bu normal və Stefenson koleyası adlanır. Bəzi ölkələrdə məsələn Hindistan, Pakistan, Argentina, Braziliya, İspaniya, Portuqaliyada geniş koleya 1600 və 1656 mm, bəzilərində isə dar koleya, məsələn Yaponiyada 900, 1000, 1067 mm tətbiq edilir.

    Lazımi buraxma qabiliyyəti və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə dəmir yolları bölmə məntəqələrinə ayrı-ayrı hissələrə - mənzillərə (aşırımlara) bölünürlər. Bölmə məntəqələrinə stansiyalar, yol bölücüləri, ötmə məntəqələri, yol postları və keçid svetoforları aiddir. Azərbaycan Dəmir yolunun nəzdində olan bölmə məntəqələrinin sayı 200-ə qədərdir. Bölmə məntəqələrinin 170-dən çoxunu stansiyalar təşkil edir. Ötmə məntəqələri iki xətli dəmir yollarında qatarların ötmə əməliyyatını yerinə yetirilməsi üçün qoyulur. Stansiyalar dəmir yolu nəqliyyatının əsas sahı müəssisələridir.

    Təyinatına və xarakterinə görə stansiyalar aralıq, sahə, çeşidləmə, yük və sərnişin olaraq siniflərə bölünürlər. Aralıq stansiyalar əsasən qatarların qəbulu, yola salınması və ötürülməsi üçündür. Onlar əsas yoldan başqa 2-3 stansiya yoluna,Ş sərnişin binasına, sərnişinlərə xidmət üçün platforma və digər qurğulara, yüklərin saxlanması və yüklənib boşaldırlması üçün kiçik platformaya, həmçinin stansiyada görülən işin xarakterinə uyğun siqnalizasiya və rabitə qurğularına malik olurlar. Aralıq stansiyalar arası məsafə 15-20 km qəbul edilir.




    Download 294,02 Kb.
    1   ...   36   37   38   39   40   41   42   43   ...   77




    Download 294,02 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Dəmiryol nəqliyyatının üstünlükləri -

    Download 294,02 Kb.