6
Yerinə yetirmək (
Run, Выполнить)
Adı ilə proqramı yükləmək, sənədi və ya
qovluğu açmağa imkan verir
İşi bitirmək (
Shut Down, Выключить
компьютер)
Kompyuteri
söndürmək
və
ya
yenidən
yükləməyə imkan verir
Proqram disklə, qovluqlarla və fayllarla işi təmin edir. Qovluq yaratmaq üçün onun yerləşəcəyi diski və ya qovluğu acırıq.
Sonra mausun sağ düyməsini basırıq. Bu zaman açılan menyuya
kontekst menyu deyilir. Açılan menyudan
New (Создать)
Folder
(Папку) əmrini yerinə yetirib, sonra qovluğa ad verib
ENTER düyməsini basırıq.
Əgər hər hansı bir sənədi və ya qovluğu kompyuterdə axtarmaq istəyiriksə, aşağıdakı əmrləri yerinə yetirməliyik:
Start (Пуск)
Search (Найти)
For Files And Folders (Файлы и папки). Açılan pəncərədə axtardığımız faylın adını və axtarış üçün lazım
olan parametrləri qeyd edib,
Search (Найти) əmrini veririk.
Kompyuter
in işinin sazlanması
Kompyuterin işinin sazlanması Baş menyunun
(Start, Пуск) Sazlama
(Settings, Настройки) bölməsinin əmrləri vasitəsilə
həyata keçirilir. Sazlama bölməsinin
İdarəetmə paneli (Control panel, Панель управления) qovluğunu açdıqda qovluğun işçi
sahəsində kompyuterin qurğularının və əməliyyat sisteminin bir sıra parametrlərini öz zövqümüzə və tələbatımıza uyğun sazlamağa
imkan verən nişanların yerləşdiyini görərik. Bu nişanların sayı kompyuterin konfiqurasiyasından, ona qoşulmuş qurğuların sayından və
proqram təminatından asılıdır. Onlardan bir neçəsi ilə tanış olaq: