|
Tarix və vaxt (Date and time, Дата и время) Pdf ko'rish
|
bet | 13/14 | Sana | 22.11.2023 | Hajmi | 467,56 Kb. | | #103710 |
Bog'liq windows emeliyyat sistemiTarix və vaxt (Date and time, Дата и время). Bu bölmə cari tarixi və vaxtı göstərir. Müəyyən dəyişikliklər aparmaq tələb
olunursa, müvafiq ay və il siyahıdan seçilir, gün isə kursoru təqvim çərçivəsində müvafiq ədədi seçməklə müəyyən edilir. Vaxtı isə,
kursoru vaxt göstəricisi sətrinin üzərinə qoyub, cari vaxtı klaviaturadan müəyyən olunmuş formata uyğun daxil etməklə dəyişmək olar.
Klaviatura (Keyboard, Клавиатура) vasitəsilə klaviatura dəyişdiricisinə mənimsədilən düymələri tənzimləmək, yeni dil
əlavə etmək və s. mümkündür.
Siçan (Mouse, Мышь) – bir neçə bölmədən ibarət dialoq pəncərəsi açır və siçan qurğusunun (manipulyator) müxtəlif iş
rejimini tənzimləməyə imkan verir.
Sistem (System, Система) nişanının dialoq pəncərəsi kompyuterin aparat təminatı, ƏS-nin versiyası haqqında məlumat,
qurğuların drayverləri, sistem ehtiyatlarının və virtual yaddaşın ölçüsünü dəyişməyə imkan verir.
Proqramların yüklənməsi və silinməsi (Add/Remove Programs, Добавить/Удалить Программы) nişanının dialoq
pəncərəsi yeni proqramların yüklənməsi və yüklənmiş olan proqramların silinməsini mümkün edir.
Yeni qurğuların qoşulması (Add New Hardware, Установка оборудования) nişanının dialoq pəncərəsindəki təlimat
əsasında kompyuterə qoşulmuş əlavə qurğuların proqram təminatını yükləmək olar.
Monitor (Display, Экран) nişanının dialoq pəncərəsi aşağıdakı funksiyaları tənzimləyən bölmələrdən ibarətdir: Fon
(Background, Фон). Bu bölmədə işçi stolun üzərindəki şəkli zövqümüzə görə dəyişə bilərik. Ekran qoruyucusu (Screensaver,
Заставка). Bu bölmədə siyahıda ekran qoruyucusunun adını, işləməsi üçün Vaxt intervalını (Wait, Интервал), monitorun enerjiyə
qənaət funksiyalarını və s. müəyyən etməyə imkan verir. Baxış (Preview, Просмотр) düyməsi seçilmiş ekran qoruyucusuna tanışlıq
məqsədilə baxışı təmin edir. Parametrlər (Settings, Параметры) düyməsini sıxmaqla ekran qoruyucu kimi istifadə olunan şəkli və ya
mətnin hərəkət sürətini, rəngini tənzimləmək olar.
Kompyuterdə yüklənmiş şriftlərə baxmaq üçün Şriftlər (Fonts, Шрифты) qovluğunu açmaq lazımdır. Açılmış pəncərədə
istədiyimiz şriftin üzərində iki dəfə mausun sol düyməsini vurmaqla onun formasına baxa bilərik. Yeni şrift yükləmək üçün Fayl (File,
|
| |