Xarici bazarlara çıxış metodları İxrac və ixrac sövdələşmələrinin hazırlanması qaydaları. Müştərək sahibkarlıq fəaliyyəti




Download 244 Kb.
bet15/18
Sana04.04.2017
Hajmi244 Kb.
#2910
TuriQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   18
4. Xaricə kapital qoyuluşu

Birbaşa investisiyalar (direct foreign investment) xarici bazarda fəaliyyətə cəlb olunmağın ən dolğun və əlverişli formasıdır. Bu, kompaniyanın xarici ölkələrdə bütövlükdə öz kapitalına əsaslanan istehsal və yığma müəssisələrini yaratmasıdır. Bir qayda olaraq firmalar bu üsuldan xarici bazarda digər üsulların köməkliyi ilə işləyib, təcrübə topladıqdan sonra istifadə edirlər.

Kompaniyalar xarici bazarın həcminin kifayət qədər böyük, artım dinamikasının yüksək olduğu və bunların firmaya yaxşı mənfəət gətirə biləcəyi halda həmin ölkəyə birbaşa kapital qoymaq barədə qərar qəbul edir. Bu üsulla xarici bazara çıxmağın üstünlükləri aşağıdakılardır:



  • müəssisənin fəaliyyətinə nəzarət və onun idarəedilməsi bütövlükdə onu yaratmış kompaniya tərəfindən həyata keçirilir;

  • əldə edilmiş mənfəət bütövlükdə investisiya qoymuş kompaniyaya qalır və o, bunu istədiyi qaydada istifadə edir;

  • heç kəsdən asılı olmadan investor müstəqil şəkildə özünün uzunmüddətli istehsal və marketinq strategiyasını həyata keçirir;

  • iri xarici bazarda ucuz işçi qüvvəsindən, ucuz yerli xammaldan istifadə etmək və nəqliyyat xərclərinə qənaət etmək, satış həcmini artırmaq, səmərəli marketinq tədbirləri hə-ya­ta keçirmək və s. hesabına firma öz mənfəətini əsaslı şəkildə artıra bilər;

  • büdcəyə vergilər ödəmək və yeni yüksək əmək haqqı ödənilən iş yerləri açmaqla firma xarici ölkədə həm hökumət yanında, həm də əhali arasında özünə xeyirxah ad qazanmış olur;

  • xammal göndərənlərlə, distribyutorlarla, agentlərlə və istehlakçılarla yaxşı münasibət yaratmaq hesabına firma özünün əmtəə, xidmət və marketinq proq­ramlarını xarici bazarın xüsusiyyətlərinə daha yaxşı uyğunlaşdıra bilər və bununla da bazarda daimi olaraq öz rəqabət qabiliyyətliliyini artıra bilər.

Kompaniyanın məxsusi kapitalı hesabına xarici ölkədə yaratdığı firmalar kapitalın məxsusluğu əlamətinə görə xarici firmalar hesab olunurlar.

Xarici firmalar-kapitalı bütövlükdə və ya onun əksər hissəsi xarici sahibkarlara məxsus olan və fəaliyyətinə nəzarət onlar tərəfindən həyata keçirilən firmalardır.

Xarici firmalar hər hansı bir firmanın filialı, qız müəssisəsi, ixrac şöbəsi və ya digər formalarda yaradılır. Onlar yerləşdiyi ölkənin mövcud qanunlarına uyğun olaraq qeydə alınıb fəaliyyət göstərirlər.

Birbaşa kapital qoyuluşları hesabına xarici ölkədə yaradılan firmalar milli firmalarla eyni hüquqlu olur və bərabər şərtlər daxilində fəaliyyət göstərirlər. Lakin bəzi ölkələrdə iqtisadiyyatın inkişaf səviyyəsindən, kapital qoyuluşuna olan zərurətdən, işçi qüvvəsinin sayı və məşğulluq səviyyəsindən, xammal ehtiyat-larından səmərəli istifadə olunması zərurətindən asılı olaraq, onlara vergi rejimin-də, kreditlər verilməsində, torpaq sahələri alınmasında, qaz, elektrik enerjisi, su, dəmir yollarından istifadədə bir sıra güzəştlər edilir. Lakin bu həmişə belə olmur. Bəzi ölkələr xarici firmalardan həm fəhlə heyətində, həm də idarəetmə aparatında xarici vətəndaşların işləməsinə məhdudiyyət qoyur, eyni işə görə əmək haqqı arasında fərq qoyulmasını qadağan edir.

Bu yolla yaradılan firmalar bir qayda olaraq xarici ölkələrdə fəaliyyətlərini səhmdar cəmiyyətləri şəklində və yaxud da ölkədə hər hansı müəssisənin nəzarət paketini alıb, onun üzərində nəzarət hüququnu tam əldə etmək yolu ilə həyata keçirirlər. Burada ikinci halda istehsal gücləri və başqa imkanların artıq mövcud olması xarici firmaları daha çox cəlb etdiyindən bu yoldan daha geniş istifadə olunur.

Xarici bazara birbaşa kapital qoyuluşu iki formada hə-ya­ta keçirilir: sahibkarlıq kapitalı və borc kapitalının ixracı.







Download 244 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   18




Download 244 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Xarici bazarlara çıxış metodları İxrac və ixrac sövdələşmələrinin hazırlanması qaydaları. Müştərək sahibkarlıq fəaliyyəti

Download 244 Kb.