• Royalti ( royalty )- kral imtiyazları
  • Podrat istehsalı
  • Sxem 3. Beynəlmilləşmə prosesinin əsas strategiyaları




    Download 244 Kb.
    bet13/18
    Sana04.04.2017
    Hajmi244 Kb.
    #2910
    TuriQaydalar
    1   ...   10   11   12   13   14   15   16   17   18
    Sxem 3. Beynəlmilləşmə prosesinin əsas strategiyaları

    Lisenziyalaşdırmada və françayzinq başqa fəsildə ətraflı baxıldığına görə burada onun qısa izahını veririk.



    Lisenziyalaşdırma (lisensinq) firmanın-lisenziyarın (lisenser) müəyyən bir haqq və ya royalti əvəzində xarici kompaniyaya-lisenziata (lisensee) özünün istehsal və ticarət sirrindən, ticarət markası və yaxud patentdən istifadə etmək hüququnu verməsidir.

    Royalti (royalty)- kral imtiyazları -müəyyən bir iş müqabilində satış məbləğinin müəyyən faizi kimi hesablanan vaxtaşırı edilən ödəmədir. Digər halda, bu, təbii sərvətlərin istismarı və hasilatı hüququna görə ödənilmələrdir.

    Lisenziyalaşdırmanın köməkliyi ilə firma ən aşağı risklə xarici bazara çıxış əldə edir.

    Lisenziat kompaniyanın isə öz növbəsində qabaqcıl ideya, yeni texnologi­ya, mütərəqqi istehsal təcrübəsi, ticarət markası əldə etməsi ilə əlaqədar olaraq əmtəə istehsalı üçün üstünlük qazanır və sıfırdan başlamağa məcbur olmur.

    Məsələn, «Qerber» firması lisenziya əməliyyatlarının köməkliyi ilə özünün uşaq qidası üçün olan məhsullarını Yaponiyanın bazarına çıxarmışdır. «Coca-Cola» kompaniyası beynəlxalq marketinq üzrə öz fəaliyyətini dünyanın ayrı-ayrı ölkələrində müxtəlif müəssisələrə lisenziya verməklə həyata keçirir. Bu halda alıcı lisenziyalaşdırmanın bir forması olan françayzinq vasitəsilə firmanın ticarət markası və tam qaydaya salınmış doldurma texnologiyasından istifadə edir. İçkinin istehsalı üçün lazım olan konsentrantı inqridiyenti «Coca-Cola» özü göndərir, istehsal heyətini hazırlayır, məhsulun bölgüsü və satışını həyata keçirir. San-Dieqodan olan proqram təminatı istehsalçısı Asisobol kompaniyası beynəlxalq fəaliyyətə, mənfəətin 20 faizinə sahib olmaq müqabilində alman sahibkarına öz adından istifadə etməyə lisenziya verməklə başlamışdır. O, analoji müqaviləni italyan, ingilis və skandinaviya ölkələrinin firmaları ilə də bağlamışdır.

    Bununla yanaşı, lisenziya satışının köməkliyi ilə xarici bazara çıxmağın bir sıra problemləri də mövcuddur.

    1) lisenziar firmanın lisenziatın fəaliyyətinə tam və ciddi nəzarət edə bilməməsi;

    2) lisenziatın böyük müvəffəqiyyət qazandığı təqdirdə lisenziya müqaviləsi bitdikdən sonra firmanın «öz əli ilə» həmin bazarda özünə güclü rəqib yaratması ehtimalı;

    3) lisenziatın müvəffəqiyyət əldə etdiyi halda həmin bazarda mənfəətin lisenziara deyil, ona çatması;

    4) lisenziya müqaviləsinin uzunmüddətli olduğu təqdirdə lisenziarın gəlirinin azalması.

    Bu problemin həll edilməsinin bir sıra istiqamətləri də mövcuddur. Firma-lisenziar lisenziya müqaviləsinə xüsusi maddə daxil edə bilər ki, lisenziya ilə buraxılacaq məhsulun istehsalı üçün hər hansı patentləşdirilmiş komponenti və ya maddələr qarışığını firma göndərməlidir və onlar istehsalda mütləq istifadə olunmalıdırlar. «Coca-Cola» firmasının xarici bazara çıxdıqda etdiyi kimi. İkincisi firma-lisenziar innovasiya sahəsində liderliyi öz əlində saxlamalıdır. Bu lisenziatın məhsul istehsalında azad hərəkət etməsini məhdudlaşdırır və o bu və ya digər mənada həmişə lisenziardan asılı vəziyyətdə olur.

    Françayzinq-müasir dövrdə lisenziyalaşdırmanın ən inkişaf etmiş və geniş yayılmış formasıdır.

    Bu halda lisenziya satıcısı-françiz (franchisee) alıcıya müqavilədə razılaş-dırılmış pul məbləği müqabilində ticarət markasını, istehsal və ya marketinq tədqiqatları texnologiyasını verir.

    Françayzinqin xüsusiyyəti ondan ibarətdir ki, françizin hər bir alıcısı məhsulun istehsalı və satışı, eləcə də istehlakçılara köməkçi xidmətlər göstərilməsi barədə satıcının (françayzerin-franchiser) tələblərini yerinə yetirməyi öhdəsinə götürür.

    Beləliklə, dünya bazarında iri beynəlxalq korporasiyanın rəhbərliyi altında vahid bir sistemdə birləşdirilmiş müəssisələr qrupu yaradılır. Beynəlxalq françayzinqin praktikada müvəffəqiyyətlə istifadə olunmasına Mc.Donalds, KFS və digər kompaniyaların təcrübəsini göstərmək olar.

    Müqavilə üzrə françayzer öz tərəf müqabillərinə müəssisənin yerləşdirilməsi barədə təkliflər verir, zəruri avadanlıqları seçir, işçi heyətinin öyrənilməsinə köməklik göstərir, idarəetmə məsələləri üzrə məsləhətlər verir və zəruri hallarda maliyyə yardımı da göstərir.

    Bir qayda olaraq bütün bu xidmətlərə görə hər bir alıcı daxilolma haqqı ödəyir, özünün dövriyyəsindən françayzerin hesabına müəyyən faiz (3 faizdən 12 faizədək) keçirir və zəruri avadanlıq, xammal, yaxud əmtəələri françayzerdən alacağı barədə öhdəlik götürür.

    Satıcı üçün lisenziyalaşdırmanın bu formasının üstünlüyü ondadır ki, o satıcının ticarət markasının müxtəlif ölkə bazarlarında tanınmasını təmin edir, satıcı yerli firmadan və onun ehtiyatlarından istifadə edir. Bunlar isə ona əlavə gəlir gətirir və satış həcminin əsaslı şəkildə artırılmasına imkan verir. Françizi alanın qazancı isə ondan ibarət olur ki, o, öz ölkəsinin bazarına tanınmış ticarət markası altında keyfiyyətli əmtəələr və xidmətlərlə çıxır. Məşhur iri kompaniyanın himayədarlığı altında olur, onun yoxlanılmış texnologiyasından istifadə edir, həmçinin zəruri hallarda öz himayəçisindən maliyyə yardımı alır.

    Lisenzialaşdırmanın digər bir forması da müqavilə üzrə idarəetmədir. Bu, kompaniyanın xarici ölkədə yerləşən firmaya öz əmtəələrini istehsal etməyi tapşırmasıdır.

    Müqavilə üzrə idarəetmə-kompaniyanın xariçi ölkədə olan öz tərəf müqabilinə idarəetmə sahəsində “nou-hau” verməsi, onun isə bu məqsəd üçün zəruri olan kapitalı təmin etməsidir.

    Bunun aşağıdakı mühüm üstünlükləri mövcuddur:



    1. firma tez bir zamanda öz məhsulları ilə xarici bazara çıxmaq imkanı əldə edir;

    2. risk çox aşağı səviyyədə olur;

    3. sonradan müştərək müəssisə və yaxud özünə məxsus müəssisə yaratmaq imkanı əldə edir.

    Müqavilə üzrə məhsul istehsal etməyin birbaşa potensial qüsurları da mövcuddur:

    1. istehsal prosesi üzərində lisenziar tərəfindən daimi nəzarətin həyata keçirilə bilməməsi;

    2. istehsal olunan məhsula tələbatın dəyişməsi barədə operativ marketinq məlumatlarının alınmasının çətinliyi;

    3. xarici bazarda satış konyukturası və s.

    Xarici bazara çıxmağın mümkün variantlarından biri də podrat istehsalıdır. Podrat istehsalı-xarici kompaniyanın məhsul istehsal etmək üçün yerli istehsal-çılarla müqavilə baglamasıdır. Transmilli korporasiyalara bərabərləşdirilən ABŞ-ın «Sirs» univermaqlar şəbəkəsi Meksika və İspaniyada öz univermaqlarını açarkən bu metoddan istifadə etmiş, həmin ölkələrdə satdığı malları hazırlaya biləcək yuksək ixtisaslı yerli istehsalçıları axtarıb tapmışdır.

    Bu üsulla xarici bazara çıxmağın mənfi çəhəti ondan ibarətdir ki, kompaniya xariçi firmanın istehsal prosesinə nəzarəti lazımi səviyyədə həyata keçirə bilmir və bu istehsal prosesi ilə əlaqədar əldə edilən mənfəət xarici firmaya çatdığından o, bu mənfəəti itirir. Müsbət cəhəti ondan ibarətdir ki, o imkan verir ki, kompaniya az risklə, tezliklə xarici bazara çıxa bilsin. Bundan əlavə, kompaniya gələcəkdə firmanı bütövlükdə və ya onun bəzi müəssisələrini satın almaq hesabına öz istehsalını genişləndirmək imkanı əldə edir.





    Download 244 Kb.
    1   ...   10   11   12   13   14   15   16   17   18




    Download 244 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Sxem 3. Beynəlmilləşmə prosesinin əsas strategiyaları

    Download 244 Kb.