Xarici bazarlara çıxış metodları İxrac və ixrac sövdələşmələrinin hazırlanması qaydaları. Müştərək sahibkarlıq fəaliyyəti




Download 244 Kb.
bet17/18
Sana04.04.2017
Hajmi244 Kb.
#2910
TuriQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   18
Portfel investisiyaları - kapitalın ixrac edilərək xarici müəssisələrin qiymətli kağızlarına qoyulmasıdır. Portfel inves­tisiyaları kapital sahibinə qiymətli kağız-larını əldə etdiyi müəssisələr üzərində bilavasitə nəzarət etməyə imkan vermir.

Əgər birbaşa kapital qoyuluşunun məqsədi xarici firma üzərində nəzarəti ələ almaqdırsa, portfel investisiyalarının məqsədi yüksək mənfəət əldə etməkdir.

Birbaşa kapital qoyuluşları zamanı investor öz məqsədinə xarici firmaya tam sahib olmaq və ya firmanın səhmlərinin nəzarət paketini almaq yolu ilə nail olur. İkinci halda o, Beynəlxalq Valyuta Fondunun nizamnaməsinə uyğun olaraq firmanın səhmdar kapitalının ən azı 25 %-nə sahib olmalıdır.

Portfel investisiyaları şəraitində isə investor öz məqsədinə nail olması üçün xarici firmanın səhmdar kapitalının 25 %-dən az olan hissəsinə sahib olmalıdır. Məsələn, ABŞ, Yaponiya və Almaniya Federativ Respublikasının qanunlarına görə bu 10 % olmalıdır.

Birbaşa kapital qoyuluşunu həyata keçirdikdə firmanın gə­liri sahibkarlıq mənfəəti və dividendlər şəklində, portfel in-ves­­tisiyasında isə dividendlər və faizlər şəklində əldə edir.

Qeyd etmək lazımdır ki, investor firmaların hər hansı xarici bazarda fəal iştirakı və hər hansı bir ölkəyə kapital ixracı həmin ölkədəki investisiya mühitindən asılıdır.





Download 244 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   18




Download 244 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Xarici bazarlara çıxış metodları İxrac və ixrac sövdələşmələrinin hazırlanması qaydaları. Müştərək sahibkarlıq fəaliyyəti

Download 244 Kb.