• Qarışıq firmalar
  • Xarici bazarlara çıxış metodları İxrac və ixrac sövdələşmələrinin hazırlanması qaydaları. Müştərək sahibkarlıq fəaliyyəti




    Download 244 Kb.
    bet14/18
    Sana04.04.2017
    Hajmi244 Kb.
    #2910
    TuriQaydalar
    1   ...   10   11   12   13   14   15   16   17   18
    Müştərək mülkiyyətdə olan müəssisələr-belə müəssisələr adətən kompaniya­nın xarici bazara çıxmaq üçün öz xarici tərəfmüqabili ilə istehsal və ya kommersiya güclərini birləşdirməsi nətiçəsində yaradılır.

    Müştərək müəssisə - xarici və yerli sərmayəçilərin birgə mülkiyyətində olan, fəaliyyətinə nəzarət və idarə edilməsi birgə həyata keçirilən müəssisələridir. Belə müəssisələrdə hər bir sərmayəçinin birgə mülkiyyətdə olan pay hüququ bölünmüş olur.

    Müştərək (birgə) müəssisələr yaradılarkən xarici sərmayə­çi yerli müəssisədə, yerli müəssisə isə xarici sərmayəçinin müəssisəsində pay ala bilər və yaxud da hər ikisinin gücü ilə tamamilə yeni müəssisə yaradıla bilər.

    Belə firmalar kapitalın məxsuslugundan asılı olaraq qarışıq firmalar da adlanırlar. Qarışıq firmalar-kapitalı iki və daha çox ölkənin sahibkarına məxsus olan firmalardır.

    Müştərək (birgə) müəssisələr onun təsisçilərinin birinin ölkəsinin qanunlarına müvafiq olaraq yaradılır və qərargahı da həmin ölkədə yerləşir. Belə firmalar beynəlxalq kapitalın birləşməsinin bir formasıdır.

    Birgə müəssisələr müxtəlif məqsədlər üçün yaradılırlar. Elə nəhəng beynəlxalq proqramlar mövcuddur ki, -məsələn, neft, neft-kimya, aliminium sənayesində, atom energetikası, aerokosmik tədqiqatlar və s.-onların yerinə yetirilməsi bir kompaniyanın imkanları dairəsində deyil və kapitalın təmərküz-ləşməsi və istehsalın daha da dərindən ixtisaslaşmasını tələb edir ki, bu məqsədlə də belə müəssisələr yaradılır.

    Digər halda iri kompaniyalar yaratdıqları birgə müəssisələr vasitəsilə hansı bir ölkəninsə bazarını zəbt etmək və ya ucuz xammal ehtiyatları və işçi qüvvəsini ələ keçirmək məqsədi güdürlər.

    Dünya praktikasında yeni bazarları ələ keçirmək və rəqabət üstünlüyü əldə etmək üçün məşhur firma və korporasiyaların birləşməsi həyata keçirilmişdir. Məsələn, Avropa elektronika bazarına girmək üçün Amerikanın məişət texnikası istehsal edən «Whirlpool» firması Hollandiyanın «Philips» konserninin aksiya-larının 53 faizini satın almışdır. «Procter­& Gamble» özünün rəqibi olan İtaliyanın «Fater» kompaniyası ilə uşaq pampersləri istehsalı üçün birgə müəssisə yarat-mışdır. Həmin əmtəənin payı Böyük Britaniya bazarında 60 faiz, İtaliya bazarında isə 90 faiz təşkil edir.

    Bir qayda olaraq birgə müəssisələr iki formada yaradılır: birgə mülkiyyətdə olan müəssisələr (joint venture) və səhmdar birgə müəssisələr (joint Equitu Venture).

    Aşagıdakı səbəblərə görə xarici bazara çıxmaq üçün birgə müəssisələr yaradılması daha üstün ola bilər:

    1) firmanın müstəqil şəkildə xarici bazarı mənimsəməsi üçün maliyyə, texnoloji, idarəetmə və digər ehtiyatları kifayət etmədikdə;

    2) ölkə hökumətinin siyasi və iqtisadi motivlərə görə xarici firmaları və yaxud onların filiallarını yerli firmaların iştirakı olmadan öz bazarlarına buraxmadıqda;

    3) firma xaricdə olan ucuz işçi qüvvəsi, xammal və s. hesabına özünə yüksək mənfəət təmin edəcəyi qənaətinə gəldikdə.

    Bunlara baxmayaraq xarici bazara çıxmaq və orada möhkəmlənmək üçün birgə müəssisələrdən istifadə etməyin bir sıra problemləri də mövcuddur:

    1) birgə müəssisənin tərəf müqabilləri arasında kapital qoyuluşu, əldə edilmiş mənfəətin istifadə olunması, müəssisənin idarə edilməsi metodları, marketinq fəaliyyətinin hansı qaydada həyata keçirilməsi və digər məsələlər barəsində fikir ayrılığı ola bilər;

    2) birgə müəssisələrin yaradılması və maliyyələşdirilməsi zamanı, sıx əməkdaşlığın zəruriliyi transmilli korporasiyaların bütün ölkələr üçün xüsusi, universal istehsal və marketinq siyasətini həyata keçirilməsini çətinləşdirə bilər.



    Download 244 Kb.
    1   ...   10   11   12   13   14   15   16   17   18




    Download 244 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Xarici bazarlara çıxış metodları İxrac və ixrac sövdələşmələrinin hazırlanması qaydaları. Müştərək sahibkarlıq fəaliyyəti

    Download 244 Kb.