Xarici bazarlara çıxış metodları İxrac və ixrac sövdələşmələrinin hazırlanması qaydaları. Müştərək sahibkarlıq fəaliyyəti




Download 244 Kb.
bet10/18
Sana04.04.2017
Hajmi244 Kb.
#2910
TuriQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
Sərbəst (azad) oferta (free offer)-eyni vaxtda, eyni əmtəə partiyasının satılması üçün bir neçə mümkün alıcıya göndərilən təkliflir. Belə ofertaya cavab verilməsi üçün vaxt müəyyənləşdirilmir. Əgər alıcı bu ofertadakı şərtlərlə razıdırsa, onda o satıcıya qəti əksoferta göndərir. Həmin əksoferta satıcı tərəfindən təsdiqlənərsə və bu barədə alıcıya cavab göndərilərsə sövdələşmə baş tutmuş hesab olunur. Bir qayda olaraq satıcı o alıcının əks ofertasını təsdiq edir ki, ya onu birinci almış olsun, ya da hər hansı bir səbəbdən alıcıya üstünlük vermiş olsun. Təbii məsələdir ki, belə olan halda əksoferta göndərmiş alıcılardan satıcının saziş bağlamadıqları da olacaq. Belə alıcıların satıcıya qarşı heç bir iddia irəli sürmək hüququ yoxdur.

Sərbəst (azad) oferta ilə əmtəə partiyasına saziş bağlamaq alıcı üçün o qədərdə ümidverici deyil. Ona görə də, alıcıların əksəriyyəti belə ofertanı özləri üçün çox vaxt əlverişli hesab etmirlər. Belə ki, alıcının satıcıya əksoferta göndər-məsi hələ onun əmtəəyə mülkiyyət hüququ qazana biləcəyinə təminat vermir. Həm də, satıcı ilə yazışma müddətində, bu oferta üzrə saziş bağlayacağına ümid bəsləyən alıcı, həmin əmtəəni başqa satıcıdan əldə etmək üçün mövcud olan digər imkanları əldən buraxa bilər. Müasir dövrdə sərbəst (azad) oferta çox nadir hallarda tətbiq olunur. Çünki istehsalçılar öz istehsal təsərrüfat fəaliyyətlərini sərbəst bazara deyil, konkret bazarın və ya onun məqsədli seqmentinin tələbat-larına yönəldirlər.

Bəzən inhisarçı birliklər arasında bazarların gizli şəkildə bölüşdürüldüyü hallarda alıcılara göndərilən oferta əmtəənin satılması məqsədini güdmür. Beynəlxalq ticarətdə belə oferta müdafiə ofertası adlanır. Belə ofertanın məğzi ondan ibarətdir ki, inhisarçı birliyin üzvü, alıcı tərəfindən onun əmtəəsinə oferta göndərilməsi barədə təklif alırsa və həmin alıcı kartelin digər bir üzvünün öz satış fəaliyyətini həyata keçirdiyi ərazidə yerləşirsə, onda o, həmin alıcıya onun üçün sərfəli olmayan təklif göndərir. Belə ki, təklifdə şişirdilmiş qiymətlər, göndərmənin vaxtının uzunluğu və s. kimi alıcını təmin etməyən şərtlər göstərilir ki, o da alıcını istər-istəməz kartelin həmin əraziyə xidmət edən üzvünə müraciət etmək məcburiy-yəti qarşısında qoyur.

Beynəlxalq marketinqlə məşğul olarkən ixrac sövdələşmələrinin hazırlan-masında geniş istifadə olunan üsullardan biri də istehlakçıdan alınan sifarişin öyrənilməsi, yaxud onun təsdiq edilərək yerinə yetirilməyə qəbul edilməsi, yaxud da rədd edilməsidir.

Əgər oferta göndərilməsi barədə təklif satıcıya alıcı tərəfindən edilirsə, onda bu alıcının tələbatı adlanır. Bunun məqsədi ondan ibarətdir ki, rəqib ixracatçı firmadan təklif alınsın və bu təklif artıq alıcıda olan təkliflə müqayisə edilib əlverişli seçilsin. Ona görə də, alıcı tərəfindən tələbat müxtəlif ölkələrin öz aralarında rəqabət aparan ixracatçı firmalarına göndərilir.

İxrac sövdələşmələrinin hazırlanması üzrə olan əsas sənədlər aşağıdakılardır:





Download 244 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Download 244 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Xarici bazarlara çıxış metodları İxrac və ixrac sövdələşmələrinin hazırlanması qaydaları. Müştərək sahibkarlıq fəaliyyəti

Download 244 Kb.