Xarici bazarlara çıxış metodları İxrac və ixrac sövdələşmələrinin hazırlanması qaydaları. Müştərək sahibkarlıq fəaliyyəti




Download 244 Kb.
bet7/18
Sana04.04.2017
Hajmi244 Kb.
#2910
TuriQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   18
Birbaşa ixrac (direet exportinq)- firmanın ixrac əməliyyatlarını müstəqil şəkildə yerinə yetirməsidir. Bu halda firma heç kəsin xidmətindən istifadə etmədən ixrac əməliyyatları ilə özü məşğul olur və əldə edilə biləcək bütün potensial mənfəət ixracçı firmanın özünə qalır. Lakin bu risklə də bağlıdır. Belə ki, əgər firmanın xarici bazarda iş təcrübəsi yoxdursa, o öz böl­gü kanalları və əlaqələr şəbəkəsini səmərəli qura bilməzsə müvəffəqiyyətsizliyə uğraya bilər.

Müəssisə xarici bazara çıxmağın bu üsulundan istifadə etməyə başlayır ki, rəhbərlik müstəqil şəkildə konkret xarici bazara çıxmaq barədə qərar qəbul etmiş olsun. Lakin nəzərdə tutulmalıdır ki, xarici bazarda fəaliyyət əsaslı məsrəflər və yüksək risklə bağlıdır. Buna baxmayaraq firma öz xərclərini vasitəçilərin xidmətlərinin ödənilməsinə verdiyi vəsaitlər hesabına bağlaya bilər.

Birbaşa ixracın həyata keçirilməsinin bir sıra üsulları mövcuddur:

1) firmanın tərkibində ayrıca ixrac şöbəsi və ya bölməsinin yaradılması. Bu şöbənin başlıca funksiyası xaricdə satışın həyata keçirilməsi və bazar haqqında zəruri məlumatların toplanmasıdır.

2) xaricdə satış şöbəsi və yaxud qız kompaniyasının yaradılması. Bilavasitə konkret xarici bazarda yerləşdiyinə görə belə şöbə kommersiya fəaliyyətinin yüksək səmərəliliyini təmin etməli və müvafiq marketinq tədbirlərini həyata keçirməlidir. Firmanın xaricdəki şöbəsi və ya qız kompaniyası əmtəə ehtiyatlarının saxlanılması, onların bölüşdürülməsi və həmin bazarda satılması funksiyasını yerinə yetirir, əmtəənin həmin bazara uyğunlaşdırılması üçün marketinq tədbirlərinin keçirilməsini planlaşdırır. Bunlardan əlavə, onlar sərgi və yarmar-kalarda firmanın yeni əmtəələrinin nümayişini, əmtəənin irəlilədilməsi və istehlak-çılara servis xidmətlərinin göstərilməsini və s. təşkil edir.

3) xarici müştərilərin tapılması və əmtəənin yayılması üçün firmanın ticarət nümayəndəlikləri şəbəkəsinin yaradılması;

4) xarici distribyutor və agentlərin cəlb edilməsi.



Download 244 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Download 244 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Xarici bazarlara çıxış metodları İxrac və ixrac sövdələşmələrinin hazırlanması qaydaları. Müştərək sahibkarlıq fəaliyyəti

Download 244 Kb.