Qlobal qara metallurgiya sənayesinin əsas inkişaf meyilləri




Download 0.53 Mb.
bet4/13
Sana25.03.2017
Hajmi0.53 Mb.
#2252
TuriXülasə
1   2   3   4   5   6   7   8   9   ...   13
3.Qlobal qara metallurgiya sənayesinin əsas inkişaf meyilləri

Dünyada əksər sənaye sahələrinin mövcud olmasında qara metallurgiya məmulatları böyük əhəmiyyətə malikdir. Müasir dövrdə maşınqayırma (nəqliyyat maşınqayırmsı və dəzgahqayırma), gəmiqayırma, energetika, hərbi sənaye, tikinti sektoru kimi böyük əhəmiyyət kəsb edən sənaye sahələrinin qara metal məmulatları olmadan mövcudluğu mümkün deyil. Dünya iqtisadiyyatının indiki inkişaf mərhələsində qara metal məmulatları dünya üzrə geniş tələbata malik olan məhsuldur. Son statistikaya görə 2011-ci ildə dünya üzrə 1,49 milyard ton polad istehsal olunmuşdur. Makroregional bölgündə 954,1 milyon ton Asiyanın, 215,0 milyon ton Avropanın, 118,9 milyon ton Şimali Amerikanın, 112,4 milyon ton MDB- 48,4 milyon ton Cənubi Amerikanın, 20,3 milyon ton Yaxın Şərqin, 14 milyon ton Afrikanın və 7,2 milyon tona kimi Avstraliya və Okeaniyanın payına düşür. Hazırda dünyada böyük həcmli polad məhsulları istehsal edən Arcelor Mittal (Lüksemburq-Hindistan), Hebei Iron & Steel (Çin Xalq Respublikası), Nippon Steel (Yaponiya), POSCO (Cənubi Koreya) və s. kimi transmilli şirkətlər mövcuddur [23].



Müasir dövrdə ümumdünya qara metallurgiya sənayesində istehsalın effektivliyin artırılması məqsədi ilə bir sra meyllər formalaşmağa başlamışdır ki, bunlar da aşağıdakı kimi təsnifatlandırlır [12, 23]:

  • İstehsalın dəniz sahilinə yaxın ərazilərə köçürülməsi. Belə köçürülmə əsasən iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin mərkəzləşmiş köhnə qara metallurgiya rayonlarının (komplekslərinin) yenidən qurulması zamanı həyata keçirilir. Burada əsas məqsəd həm böyük həcmli xammalın, həm də istehsal olunan məhsulların ucuz dəniz nəqliyyatı ilə daşınmasından ibarətdir. Digər tərəfdən bu sənaye komplekslərinin sahil ərazilərində yerləşdirilməsi istehsalat zamanı tələb olunan ucuz su mənbəyinin olması və tullantı sularının içməli su mənbələrinə axıdılmaması faktoruna görə də cəlbedicidir.

  • Polad istehsalının inkişaf etməkdə olan ölkələrə köçürülməsi. Baxmayaraq ki, hələ də qara metallurgiya üzrə əsas məhsul istehsalı iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə cəmləşib, eyni zamanda bu sahə üzrə istehsalatların inkişaf etməkdə olan ölkələrə köçürülməsi tendensiyası genişlənməkdədir. Burada istehsalın birbaşa keyfiyyətli filiz hasil olunan ərazilərin yaxınlığında qurulması, nisbətən ucuz işçi qüvvəsi, inkişaf etməkdə olan ölkələrdə polad məmulatlarına yüksək tələbatın olması, bu kimi ölkələrdə ekoloji normaların çox da sərt olmaması kimi faktorlar böyük rol oynayır. Belə ölkələrdə yaxın illərdə qara metallurgiya məmulatları istehsalı üzrə yüksək artım templəri proqnozlaşdırılır.

  • Polad istehsalında yeni üsulların tətbiqi. XX əsrin ikinci yarısından sonra elektrometallurgiya və poladın filizdən birbaşa alınması (bərpası) üsulu geniş yayılmağa başlamışdır. Qeyd olunan üsulların ekoloji cəhətdən xeyli üstünlükləri mövcuddur. Lakin belə poladəritmə sahələri yüksək enerji tutumuna görə fərqlənir və istifadə olunan xammala yüksək keyfiyyət tələb edir. Məhz bu səbəbdən belə qara metallurgiya müəssisələri böyük enerji resurslarına və keyfiyyətli dəmir filiz mədənlərinə malik ölkələrdə daha iqtisadi səmərəli olur.

  • İstehsal həcmi nisbətən kiçik olan (illik istehsal gücü 0,3-1,0 milyon ton) poladəritmə müəssisələrinin yaradılması. Son illər dünyanın bir çox ölkələrində ixtisaslaşmış böyük istehsal gücünə malik metallurgiya mərkəzləri ilə yanaşı, kiçikhəcmli qara metallurgiya müəssisələrinin yaradılması da geniş vüsət almışdır. Əsasən təkrar qara metal qırıntısından xammal kimi istifadə edən, konkret ərazidə tələb olunan qara metal məmulatlarının istehsalı üzrə ixtisaslaşan belə müəssisələr iqtisadi səmərə əldə edir.

  • Qara metallurgiya müəssisələrinin qara metal məmulatlarına tələbatın yüksək olduğu sənaye mərkəzlərinə köçürülməsi. Bu adətən, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə maşınqayırma müəssisələrinin cəmləşdiyi iqtisadi rayonlarda müşahidə olunur. Belə qara metallurgiya müəssisələrində xammal kimi adətən qara metal qırıntısından geniş istifadə edilir.

  • Xüsusi markalı polad məmulatlarına tələbatın artması. Elmi-Texniki Tərəqqi və onun nailiyyətlərinin sənayedə tətbiqi xüsusi markalı polad məmulatlarına tələbatın artması ilə nəticələnir. Bu müəssisələr əsasən belə məmulatlara yüksək tələbatın olduğu inkişaf etmiş ölkələrdə fəaliyyət göstərir. Xüsusi markalı polad məmulatları istehsal edilən müəssisələr mürəkkəb texnoloji avadanlıqlar və yüksəkixtisaslı mütəxəssislər tələb edir.

  • Qara metal məmulatları istehsalı müəssisələri ilə onların alıcıları arasında sıx əlaqələrin qurulması. Qara metallurgiya müəssisələri ilə onların alıcıları arasında daha sıx istehsal-təşkilati əlaqələrin qurulması, kütləvi yarımfabrikat məmulatların istehsalı ilə yanaşı, fərdi sifarışlərin yerinə yetirilməsi də müasir dövrün tələbidir.

  • Qloballaşmanın təsiri və böyük təsərrüfatların transmilliləşməsi. Belə ki, artıq bir sıra qara metal məmulatlar istehsalı üzrə fəaliyyət göstərən transmilli şirkətlərin istehsal həcmləri vaxtilə bu sahədə böyük istehsal güclərinə malik Avropa ölkələrinin ayrılıqda sahə istehsal həcmlərini üstələyir.

  • İnteqrasiya proseslərinin təsiri. Avropa İttifaqının genişlənməsi, eyni zamanda dünyanın müxtəlif regionlarında iqtisadi ittifaqların yaradılması sahə üzrə müəssisələrin yerləşdirilməsinin optimallaşdırılmasına təsirini göstərir. Burada sahə üzrə şirkətlər mövcud bazarın tələbatını və strukturunu öyrənmək imkanı əldə edirlər. Burada məhsul ixracı zamanı dəniz limanları yaxınlığındakı müəssisələrin fəaliyyəti daha cəlbedicidir, əksinə istehsal daxili bazar üçün nəzərdə tutulursa, maşınqayırma və metal emalı müəssisələri yaxınlığındakı müəssisələrin fəaliyyəti əlverişli hesab olunur.

Bütün bunlar onu göstərir ki, qlobal metallurgiya sənayesi öz inkişafında yeni təkmil innovativ fazaya daxil olur. Burada isə qloballaşma meyllərindən irəli gələrək, aparıcı funksionalıq ayrı-ayrı istehsalçı ölklərlə yanaşı əsasən trasmilli şirkətlərin üzərinə düşür.


Download 0.53 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13




Download 0.53 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Qlobal qara metallurgiya sənayesinin əsas inkişaf meyilləri

Download 0.53 Mb.