• İSBN 978-9952-440-39-7 © Ə.A.Həsənov, M.Ş.Atayev, 2016 MÜNDƏRİCAT
  • I. Fənnin məqsədi, vəzifələri. Texnoloji proseslərin təsnifatı
  • Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1537 saylı




    Download 2.02 Mb.
    bet1/25
    Sana28.04.2022
    Hajmi2.02 Mb.
    #20390
    TuriDərs
      1   2   3   4   5   6   7   8   9   ...   25
    Bog'liq
    C fakepathk.s -1 K TAB (2)




    AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ


    Ə. A. Həsənov, M. Ş. Atayev


    KİMYA SƏNAYESİNİN PROSESLƏRİ VƏ APARATLARI-1

    (Dərs vəsaiti)


    Azərbaycan Respublikası


    Təhsil Nazirliyinin 1537
    saylı 02.10.2012-ci il tarixli
    əmri ilə təsdiq edilmişdir.
    BAKI - 2016
    Müəlliflər Ələkbər Ağasəf oğlu Həsənov
    Mətləb Şıxbaba oğlu Atayev
    Elmi redaktor АMEA-nın müxbir üzvi,
    профessor İ.Y.Rüstəmov

    Rəyçilər AMEA-nın «Kimya problemləri»


    İnstitutunun laboratoriya müdiri,
    professor E.M.Məmmədov

    ADNA-nın «Neftin, qazın kimyası və


    emalın texnologiyası» кафедрасынын
    müdiri, professor S.Ə.Mustafayev
    İSBN 978-9952-440-39-7
    © Ə.A.Həsənov, M.Ş.Atayev, 2016


    MÜNDƏRİCAT



    I.

    Fənnin məqsədi, vəzifələri. Texnoloji proseslərin təsnifatı………………………………………….….

    5


    1.1.

    Proseslərin statikası və kinetikası. Maddi və istilik balansları ……………………………

    7


    1.2.

    Hidrostatikanın əsas tənliyi ……………….............

    11

    1.3.

    Paskal qanunu

    12

    II.

    Hidrodinamika. ……......

    13

    2.1.

    Axının hərəkətini xarakterizə edən əsas kəmiyyətlər

    13

    2.2.

    Axının hərəkət rejimləri

    14

    2.3.

    Navye-Stoks və Bernulli tənlikləri. Boru kəmərində basqı itkisi ....................................

    16

    2.4.

    İdeal və real axınlar üçün Bernulli tənliyi ………

    20

    III.

    Mayelərin nəql olunması ………………………

    24

    3.1.

    Nasosun və şəbəkənin xarakteristikası. İşçi nöqtə

    29

    IV.

    Qazların nəql edilməsi ……………………….......

    32

    4.1.

    Qazların sıxılması üçün tətbiq olunan maşınların təsnifatı ………….....................................................

    32

    4.2.

    Qazın sıxılmasına sərf olunan enerji …………

    33

    4.3.

    Kompressorun valına düşən güc …………………..

    34

    4.4.

    Kompressorun tam basqısı ………………………

    36

    V.

    Bərk maddələrin üyüdülməsi, çeşidlərə ayrılması və nəqli ……….............................................

    37

    VI.

    Bircins olmayan sistemlərin ayrılma üsulları.……

    39

    6.1.

    Ağırlıq qüvvəsinin təsiri altında çökmə

    40

    6.2.

    Flotasiya prosesi ……………………………...........

    41

    6.3.

    Qaynar lay və pnevmonəqiliyyat şəraiti ……..........

    42

    VII.

    Maye mühitdə qarışdırma …………………………

    43

    VIII.

    Filtrləmə prosesi ……………………………….......

    45

    IX.

    Mərkəzdənqaçma qüvvəsi sahəsində ayrılma, sentrifuqlama ………...............................................

    47

    9.1.

    Tsiklon aparatları ……………………...............

    48

    X.

    İstilik mübadiləsi prosesləri. İstilikkeçirmə, istilikvermə, istiliyin şüalanması............................

    49


    10.1.

    İstilikvermə (konveksiya) tənliyi……..…

    53

    10.2.

    Şualanma vasitəsilə istilikvermə

    56

    10.3.

    İstilik mübadiləsi aparatları....................................

    58

    10.3.1

    İstilik mübadiləsi aparatlarının istilik balansı ……

    61

    XI.

    Sobalar, onların quruluşu …………..

    70

    11.1.

    Borulu sobanın hesabı ………………………….....

    72

    11.2.

    Radiant bölməsinin hesabı ……..

    73

    11.3.

    Konveksiya bölməsinin hesabı …………..

    74




    Ədəbiyyat........................................................

    76



    I. Fənnin məqsədi, vəzifələri. Texnoloji proseslərin təsnifatı

    Neft-kimya və neft emalı sənayelərində müxtəlif xammallardan çoxlu sayda məhsullar alınır ki, bu da çoxlu sayda proseslərin aparılmasını tələb edir. Belə proseslərə misal olaraq hidromexaniki, kütlə və istilik mübadiləsi proseslərini göstərmək olar.


    Məlumdur ki, Azərbaycan Respublikası neft ölkəsi kimi tanınmış və onun iqtisadiyyatının əsas hissəsini neft hasilatı və emalı təşkil etmişdir. Müstəqil Azərbaycan Respublikasının hazırki inkişaf mərhələsi neft emalından alınan məhsulların çeşidlərinin və keyfiyyətinin yüksəldilməsi ilə xarakterizə olunur. Bu məqsədə çatmaq üçün yeni emal qurğularının layihələndirilməsi, köhnə qurğuları təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması, yüksək məhsuldarlığa malik olan qurğularının yaradılması, yeni katalizatorların sintezi və s. problemlərin həll edilməsi tələb olunur. Qeyd olunanları həyata keçirmək üçün «Kimya sənayesinin proses və aparatları» kursunun öyrənilməsi xüsusi əhəmiyyət kəbs edir.
    Kursun məzmunu və məqsədi süni və təbii xammallardan məqsədli məhsul istehsal etmək üçün tətbiq olunan ümumiləşdirilmiş oxşar proseslərin ümumi qanunauyğun-luqlarının və bu proseslərdə istifadə olunan avadanlıq və aparatların quruluşlarının hesablanma üsullarının öyrənilməsin-dən ibarətdir. Onun əsas vəzifələri isə aşağıdakılardan ibarətdir[1,2]:
    a) kimya sənayesində olan neft emalı və neft kimya sənayelərində ümumiləşdirilmiş oxşar proseslərin nəzəri əsaslarının müəyyən edilməsi;
    b) bu prosesləri həyata keçirmək üçün lazım olan aparat və avadanlıqların quruluşlarının öyrənilməsi;
    c)kimya sənayesinin neft emalı və neft kimya sənaye-lərindəki proseslərin və aparatların birlikdə hesablanma üsullarının mənimsənilməsi.
    Texnoloji proseslər eyni oxşar cəhətə malik olmaq prinsipinə əsasən təsnif olunur. Bu təsnifat zamanı müxtəlif amilləri nəzərə almaqla eyni xarakterli proseslər qrup halında öyrənilir. Texnoloji proseslər, əsasən, onların getməsinə (həyata keçirilməsinə) imkan verən hərəkətverici qüvvənin xarakterinə əsasən təsnif olunur. Bu baxımdan texnoloji proseslər 5 əsas qrupa bölünür [3].
    1.Hidrodinamiki və ya hidromexaniki proseslər. Hərəkətverici qüvvəsi təzyiqlər və ya hündürlüklər, yaxud da sıxlıqlar fərqi (qradiyenti) olub, heterogen (2 və daha çox fazadan ibarət) sistemlərin ayrılmasında, mayelərin qarışdırılmasında, qazların, mayelərin və bərk maddələrin nəql edilməsində istifadə olunur. Belə proseslərə ağırlıq qüvvəsinin təsiri altında, elektrik qüvvəsi sahəsində, mərkəzdənqaçma qüvvəsi sahəsində, tsiklon aparatların köməyilə, filtrləmə vasitəsilə ayrılma (təmizlənmə) və s. aiddir.
    2.Kütlə mübadiləsi və ya diffuziya prosesləri. Hərəkətverici qüvvəsi paylanan maddənin (diffuziya edən) fazalar arasındakı konsentrasiyalar fərqi olub maddələrin bir fazadan digərinə keçməsi ilə məhlulları tərkib hissələrinə ayrılmasında istifadə olunur. Distillə, rektifikasiya, absorbsiya, adsorbsiya, desorbsiya, ekstraksiya, kristallaşma, qurutma kimi proseslər kütlə mübadiləsi proseslərinə aiddir.
    3.İstilik mübadiləsi prosesləri. Hərəkətverici qüvvəsi temperaturlar fərqi olan bu proseslərə istilikkeçirmə, istilikvermə, istilikötürmə, şüalanma vasitəsilə istilikvermə aiddir.
    4.Mexaniki proseslər. Hərəkətverici qüvvəsi mexaniki qüvvə olan bu proseslərə bərk maddələrin xırdalanması, üyüdülməsi, fraksiyalara ayrılması, nəql olunması və s. aiddir.
    5. Kimyəvi proseslər. Qeyd etdiyimiz proseslərdən fərqli olaraq kimyəvi proseslər nəticəsində yeni maddə alınır. Hərəkətverici qüvvəsi reaksiyaya girən maddələrin konsentrasiyaları fərqi olan bu proses bütün kimyəvi prosesləri əhatə edir. Katalitik krekinq, katalitik reforminq, kokslaşma və s. bu proseslərə aiddir.
    Bütün proseslər dövrü və fasiləsiz proseslər olmaqla 2 yerə ayrılırlar.
    Dövrü proseslər rejimin zamana görə dəyişilməsi ilə xarakterizə olunur. Prosesin müxtəlif mərhələləri ardıcıl olaraq eyni bir aparatda həyata keçirilir. Dövrün sonunda isə aparat boşaldılır və yeni dövr təkrar olunur.
    Fasiləsiz prosesdə isə rejim zamandan asılı olmur. Burda xammalın prosesə daxil edilməsi, məhsulun prosesdən çıxarılması fasiləsiz aparılır. Fasiləsiz proseslərdə yüksək məhsuldarlıq əldə olunur. Belə proseslərdə əməliyyatlar müxtəlif aparatlarda eyni vaxtda həyata keçirilir [4].



    Download 2.02 Mb.
      1   2   3   4   5   6   7   8   9   ...   25




    Download 2.02 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1537 saylı

    Download 2.02 Mb.