• Qeyri-nəqliyyat sektorunda yük daşınması
  • Dəmir yolu nəqliyyatı ilə yük daşınması
  • Dəniz nəqliyyatında yük daşınması
  • Metodoloji İzahat nəqliyyat sektorunda yük daşınması




    Download 61 Kb.
    bet1/7
    Sana10.05.2022
    Hajmi61 Kb.
    #20605
      1   2   3   4   5   6   7
    Bog'liq
    methodology az


    METODOLOJİ İZAHAT
    Nəqliyyat sektorunda yük daşınması - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq əsas fəaliyyəti nəqliyyat işi olan hüquqi şəxslər-müəssisələr və hüquqi şəxs yaratmadan avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən kommersiya məqsədilə daşınmış yüklərin həcmidir.


    Qeyri-nəqliyyat sektorunda yük daşınması - nəqliyyat sektoru istisna olmaqla iqtisadiyyatın digər sahələrində (sənaye, kənd təsərrüfatı və s.) fəaliyyət göstərən müəssisələrin nəqliyyat vasitələri ilə qazanc əldə etmədən öz daxili ehtiyacları üçün daşıdıqları yüklərin həcmidir. Kənd təsərrüfatında, ev təsərrüfatlarının avtomobil nəqliyyatı vasitələri ilə daşınmaları barədə məlumatlar qeyri-nəqliyyat sektoru
    üzrə məlumatlara daxil olunmamışdır. Növbəti illərdə bu sahədə tədqiqat aparılmaqla əldə olunmuş məlumatlar məcmuədə əksini tapacaq və eyni zamanda əvvəlki illərin məlumatları da təshih olunacaqdır.


    Dəmir yolu nəqliyyatı ilə yük daşınması - təsərrüfat daşımaları da daxil edilməklə dəmir yolu vasitəsilə istiqamətindən asılı olmayaraq işçi parkının bütün növlərindən olan vaqonlarla yola salınmış, gətirilmiş və ölkə ərazisindən ötürülmüş tranzit yüklərin həcmidir. Nəqliyyat sektorunda dəmir yolu ilə yük daşınması əsas fəaliyyəti dəmir yolu ilə yük daşınması olan müəssisələrin fəaliyyətini göstərir. Qeyri-nəqliyyat sektorunda yük daşınması isə iqtisadiyyatın digər sahələrinin (sənaye, tikinti və s.) müəssisələri tərəfindən
    müəssisənin balansında olan və ya ümumi istifadədə olmayan dəmir yolları vasitəsilə öz daxili ehtiyaclarını ödəmək üçün daşıdığı yüklərin həcmini göstərir.


    Dəniz nəqliyyatında yük daşınması - dəniz gəmiçiliyi müəssisələrinin özünə məxsus,
    mülkiyyətindən asılı olmayaraq digər gəmiçilikdən və ya hər hansı müəssisədən icarəyə götürülmüş gəmilərlə, bütün növlərdən olan üzgü vasitələri ilə yola salınmış və gətirilmiş yüklərin miqdarı ilə ölçülür (qiymətləndirilir) və bütün reyslər üzrə göndərilmiş və gətirilmiş yüklərin cəmi hesab olunur. Daşınmış yüklərin həcmi yükdaşıma sənədlərinə müvafiq müəyyənləşdirilir. Göndərilən yüklərin həcmi yüklərin yüklənmə anından asılı
    olmayaraq gəminin limandan reysə çıxdığı ana, gətirilən yükün həcmi isə limana daxil olmuş və təhvil verilmiş yükün faktiki miqdarına görə müəyyənləşdirilir. Yük sənədlərində çəkisi göstərilməyən, ədədlə və s. göstərilən yüklər gəmiçiliyin müvafiq preyskurantları əsasında, müvafiq əmsallarla hesablanır. Yük daşınması üçün quraşdırılmış və daşıma sənədlərində əks olunmuş avadanlıqların çəkisi daşınmış yüklərin ümumi həcminə daxildir. Daşınmış yüklərin həcminə bir liman daxilində hərəkət etməklə, yükdaşıma sənədlərində göstərilməyən, əsas fəaliyyətə kömək, əlavə və ya xidmət-yardımçı məqsədlə həyata keçirilən daşımalar; limanlarda yükləmə-boşaltma işləri həyata keçirilərkən, gəmidən sahilə və ya əksinə sahildən gəmiyə daşımalar daxil edilmir.



    Download 61 Kb.
      1   2   3   4   5   6   7




    Download 61 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Metodoloji İzahat nəqliyyat sektorunda yük daşınması

    Download 61 Kb.