vahid nəqliyyat sistemi və onun ölkənin inkişafındakı rolu




Download 1 Mb.
bet2/77
Sana04.04.2021
Hajmi1 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   77
vahid nəqliyyat sistemi və onun ölkənin inkişafındakı rolu

keyfiyyətli Nəqliyyat xidməti

inkişafın ümumi şərtidir
son zamanlara qədər əksər nəqliyyat müəssisələri yalnız daşıma xidməti yerinə yetirir, digər xidmət növləri barəsində fikirləşmirdilər. Bu, nəqliyyat sahəsində bazar münasibətlərinin və konkurensiyanın olmadığı şərait üçün təbii hal hesab olunurdu. Yeni iqtisadi şərait, nəqliyyat xidmətləri bazarının formalaşması, nə qliyyat müəssisələri arasında konkurensiyanın yaranması və güclənməsi inkişaf etmiş iqtisadiyyata malik ölkələrin nəqliyyat sisteminin fəaliyyətinin öyrənilməsini tələb edir. Nəqliyyatın işinin təşkili və planlaşdırılması praktikasında «nəqliyyat xidməti» anlayışı geniş istifadə olunmağa başlayır.

Məlumdur ki, ictimai təsərrüfatın müxtəlif sahələrində materiyanın və təbiət hadisələrinin formasının dəyişdirilməsi və çevrilməsi ilə bağlı olmayan və ictimai faydalı əmək fəaliyyəti ilə əks olunaraq xüsusi istehlak dəyəri yaradan iş növləri xidmətlərə aid edilir. Bilavasitə maddi məhsul istehsal etməyən iş növləri də (məsələn nəqliyyat, rabitə və s.) xidmətlərdir.

Xidmət təklif edən fəaliyyətin xüsusiyyətləri aşağıdakılardır:


  • Xidmətlər onların təklif olunma prosesindən kənar mövcud ola bilməzlər (yəni onlar toplana bilməzlər);

  • Xidmətlərin satışı faktiki olaraq iş prosesinin özünün satışı deməkdir, buna görə də xidmətlərin keyfiyyəti iş prosesinin özünün keyfiyyəti ilə müəyyən olunur;

  • Xidmətlər yalnız müəyyən vaxt və konkret yer və ya istiqamətdə konkret istehlak dəyərinə malik olurlar ki, bu onların xidmətlər bazarında dəyişdirilmə imkanını məhdudlaşdırır;

  • Nəqliyyat xidmətləri maddi istehsal prosesinin əvvəlinə və ya sonuna aid olur.

Nəqliyyat xidməti dedikdə, təkcə yük və sərnişinlərin yerdəyişməsi yox, həmçinin nəqliyyat prosesinin tərkib hissələrinə aid olmayıb, onun hazırlanması və yerinə yetirilməsi ilə bağlı olan əməliyyatlar da daşa düşülür.

Ümumiyyətlə, nəqliyyat xidmətinə aşağıdakıları aid etmək olar:



  • Yük və sərnişinlərin daşınması;

Yükləmə - boşaltma işləri (yükləmə, boşaltma, boşaldıb - yükləməə görə (özündə bu və ya digər şəkildə daşıma ele­­menti əks etdirən) daşıma və qeyri daşıma kimi iki yerə bölünür.

Xidmət olunan istehlakçının növünə görə xidmətlər – (qeyri nəqliyyat müəssisə və təşkilatlarına göstərilən) kənar və daxili (digər nəqliyyat müəssisə və təşkilatlarına göstərilən) olurlar.

Təklif olunan xidmətlə bağlı fəaliyyət xarakterinə görə xidmətlər – texnoloji, kommersiya, informasiya və s. növlərə bölünürlər.

Təchizat kanallarının xammal, yarımfabrikatla təmin olunması və hazır məhsulun paylanması kompleks nəqliyyat problemlərinin həllini tələb edir. Hazır məhsulların paylanmasında müəssisə, firma, konsernlər məhsulun çatdırılması ilə bağlı məsələləri, yəni nəqliyyat növünün, daşıma metodlarının, nəqliyyat vasitəsinin seçilməsi və s. - başqa sözlə nəqliyyat xidməti göstərilməsi məsələlərini həll edirlər.

Nəqliyyat xidməti yük və sərnişinlərin vaxta və fəzaya görə yerdəyişməsi prosesi və bu fəaliyyətlə əlaqədar olan yanaşı işlərin görülməsidir.

Yük daşımaları zamanı müştərilərə göstərilən nəqliyyat xidməti özündə aşağıdakıları birləşdirir:



  • Yükün (malın) fiziki xassələrinə uyğun qablaşdırma vasitəsinin seçilməsi;

  • Qabın üzərində markalanma, ştrix - kod və xüsusi qeydlərin aparılması;

  • Unifikasiya edilmiş nəqliyyat tarasının istifadə edilməsi, yük vahidlərinin yaradılması, paketləşdirmə və konteynerləş­dirmə;

  • Daşımanın və nəqliyyat vasitələrinin optimal (səmərəli, sərfəli) növünün seçilməsi;

  • Düzgün yüklənmə vasitəsilə nəqliyyat vasitələrinin yük götürmə qabiliyyətindən daha tam istifadə edilməsi;

  • Yükləmə - boşaltma işlərinin görülməsi zamanı texnologiyaya riayət edilməsi;

  • Yüklərin yerləşdirilməsi, anbarlarda və terminallarda malların və ehtiyatların uçotunun təşkili zamanı müasir texnologiyaların istifadə edilməsi;

  • Müasir informasiya texnologiyalarının və kompüterlərin tətbiqi.

Bəzi mənbələrə görə məhsulun istehsalı və realizə olunması prosesində nəqliyyat xərclərinin dəyəri məhsulun son qiymətinin üçdə birini təşkil edir. Elə buna görə də nəqliyyat, yükləmə – bo­şaltma, tara - qablaşdırma, ekspedisiya və anbar əməliyyat­ları­nın optimallaşdırılması mühüm qənaət rezervi kimi qəbul oluna bilər.

Nəqliyyat xidmətinə olan tələbin öyrənilməsi göstərir ki, müştərilərin nəqliyyatın işinə qoyduqları əsas tələb yüklərin vaxtlı - vaxtında göndərilməsi və çatdırılmasıdır. Bu, əksər yük sahiblərinin həm istehsal, həm də mübadilə sahəsində ehtiyatla­rın azaldılmasına can atmalarıdır. Bir sıra sahələrdə ehtiyatların saxlanmasına çəkilən xərclər buraxılan məhsulun dəyərinin 20 % - ni və daha çox təşkil edir.

Bütünlüklə, məhsulun çatdırılması çox vaxt bir - biri ilə bağlı olmayan və müxtəlif işgörənlər tərəfindən yerinə yetirilən bir sıra ardıcıl münfərid mərhələlərə bölünür. Ona görə də belə fəza - vaxt sisteminin optimallaşdırılması kifayət qədər mürəkkəb məsələdir.

Nəqliyyat xidməti və onun xarakteri daşımalara olan tələbi müəyyən edir. Tələbi səciyyələndirən parametrlərə yükün (gedişin) növünü və daşıma həcmini, xidmət ərazisinin ölçülərini, yük (sərnişin) axınının müntəzəmliyini, çatdırmanın təcililiyi və vaxtını, tariflərin səviyyəsini, çatdırma tsiklində malların saxlanılması gərəkliyini (sərnişinlərin düşürülüb - mindirilməsini), yük göndərənin və ya alanın hüquqi vəziyyətini aid etmək olar.

İnkişaf etmiş bazar iqtisadiyyatına malik ölkələrdə nəqliyyat xidməti problemlərinin inkişafında aşağıdakı ənənələr müşahidə olunur:

Qiymətli yüklərin daşıma həcmlərinin artması və az qiymətli yüklərin daşınmasının (və ya sərnişinlərin təcili olmayan yerdəyişmələrinin) azalması;

Orta çatdırma məsafəsinin və beynəlxalq daşımaların payının artması;

Bütün nəqliyyat zənciri üzrə daşımanın keyfiyyəti və müddəti üçün məsuliyyətin artması;

Kütləvi qalaq yüklərin daşıma həcminin azalması və konteynerlər və paketlərdə daşınan ədədi yüklərin həcminin artması;

Hərəkət tərkibinin yük götürmə qabiliyyətindən istifadənin artması;

Xüsusiləşdirilmiş hərəkət tərkibi ilə yük (sərnişin) daşımalarının həcminin artması;

Daşımaların təşkilinə və nəqliyyat prosesinin idarə olunmasına loqistik yanaşmanın üstünlük təşkil etməsi.

Hal - hazırda müştərilərə nəqliyyat xidməti keyfiyyətinin artı­rıl­ması məsələləri böyük əhəmiyyət kəsb edir. Keyfiyyət dedikdə məhsulun (xidmətin) öz təyinatına uyğun hər hansı tələbatın ödənilməsinə yararlılığını müəyyən edən xassələrinin mücmusu başa düşülür. Əgər nəqliyyat kompaniyası yükü təyinatına müvafiq və kontraktda razılaşdırılmış müddətdə itkisiz olaraq daşımağı öhdəsinə götürürsə, onda müştəri bu daşımaçıdan gələcəkdə boş dayanmanın azaldılmasını, saxlanma xərclərinin ixtisarını, çatdırma şəbəkəsinin genişləndirilməsini və s., başqa sözlə təklif olunan xidmətlərin keyfiyyətinin artırılma­sını gözləyir.

Keyfiyyətli xidmətin çox baha şey olduğu mülahizəsi səhvdir. Əksinə, qəbul olunmuş razılaşma şərtlərinin yerinə yetirilməməsi buraxılmış səhvlərin düzəldilməsi üçün əlavə material və əmək sərfinə yol açır. Daşıma qrafikinin sistematik pozulması sonda müştərinin, nəqliyyat xidmətləri bazarında hörmət və yerin itirilməsinə gətirib çıxarır.

İstehlakçılara nəqliyyat xidmətinin keyfiyyətinin əsas parametrlərinə aşağıdakılar aiddir:


  • Daşımaya sifariş alındığı andan çatdırma yerinə yetirilənədək olan vaxt;

  • Etibarlılıq və tələbata görə çatdırma imkanı;

  • Ehtiyatların olması və təchizatın sabitliyi;

  • Sifarişin yerinə yetirilməsinin tamlığı və əlçatan olması;

  • Sifariş verilməsinin rahatlığı;

  • Tariflərin obyektivliyi və xidmətə sərf olunan xərclər haqqında informasiyanın müntəzəmliyi;

  • Kredit verilməsinin mümkünlüyü;

  • Anbarlarda yükün işlənilməsinin səmərəliliyi;

  • Qablaşdırmanın keyfiyyəti, həmçinin konteyner və paket daşımalarının yerinə yetirilməsinin mümkünlüyü.

Sistem yanaşma nöqteyi nəzərindən nəqliyyat - vahid loqistik xidmət prosesində qarşılıqlı təsirdə olan reqional maddi və insan axınlarının mürəkkəb adaptiv iqtisadi sistemidir. 1970 -ci illərdən başlayaraq yük nəqliyyatının istehsal və paylanma prosesi ilə orqanik birləşməsi və onun vahid «istehsal – nəqliyyat - paylanma – xırıd» sisteminin bir bəndinə çevrilməsi prosesi baş verir. Nəqliyyat və istehsalatın təsərrüfat fəaliyyətində sinxron işinin təmin edilməsi üçün firma və kompaniyalar çox zaman «dəqiq vaxtında» loqistik sistemindən istifadə edirlər.

Yüklərin dəqiq vaxtında və az məsrəflərlə çatdırılması üçün istehsal, nəqliyyat və istehlakın inteqrasiyası əsasında vahid texnoloji proses işlənilməli və həyata keçirilməlidir.

Nəqliyyata daha iri sistemin bir hissəsi kimi baxan yeni yanaşma daşıma prosesinə yük alandan yük göndərənə qədər bütöv şəkildə baxmağın məqsədəuyğun olduğunu qəbul etdi. Çatdırma prosesi yük emalı, qablaşdırılma, saxlanılma prosesləri və informasiya axınlarını nəzərə almalıdır. Bu, xüsusi loqistik mərkəzlərin yaradılmasına ehtiyac olduğunu göstərdi.



Download 1 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   77




Download 1 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



vahid nəqliyyat sistemi və onun ölkənin inkişafındakı rolu

Download 1 Mb.