• 5. Kənd təsərrüfatinda əmək mühafizə üzrə işlərin təşkili.
  • Baş zootexnikin vəzifələri.
  • Baş aqronomun əmək mühafizəsi üzrə vəzifələri.
  • Müdiriyyətin vəzifələri.
  • 6. Kənd təsərrüfatı müəssisələrində Əmək mühafizəsi üzrə planlaşdırma və maliyyələşdirmə tədbirləri.
  • AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ İNFORMASİYA TEXNOLOGİYALARI, AQRAR MÜHƏNDİSLİK VƏ ENERGETİKA FAKÜLTƏSİ
  • 1. Əmək mühafizəsi sahəsində qanunvericilik qanunvericilik akti.
  • 2. Azərbaycan Respublikasının Konstitusiyası və əmək qanunçuluğuna görə vətəndaşların hüquqları.
  • 3. Həmkarlar təşkilatlarının nəzarəti (konfendrasiyası).
  • 4. Texniki müfəttişin vəzifələri.
  • 5. İctimai müfəttişin vəzifələri..
  • Travma haqqında kənd təsərrüfatı müəssisələrinin hesabatı




    Download 1,16 Mb.
    bet3/114
    Sana25.03.2019
    Hajmi1,16 Mb.
    #4477
    1   2   3   4   5   6   7   8   9   ...   114

    Travma haqqında kənd təsərrüfatı müəssisələrinin hesabatı. İstehsalatla əla-qədar bədbəxt hadisə zamanı zərər dəyən haqqında 7tb (9T) for-malı hesabat tərtib edilir.

    Forma 7 tb-ə 4 sətr daxil edilir. 1-ci sətrdə təsərrüfatda işləyənlərin orta siyahı sayı, 2-ci sətrdə ölümlə nəticələnənlərin sayı, 3-cü sətrdə 1 gündən az olmayaraq iş günləri itirilmiş bədbəxt hadisələrin sayı, 4-cü sətrdə isə travma nəticəsində itirilmiş işə yararlı olmayan iş günlərinin sayı göstərilir.

    Hesabatı təsərrüfatın rəhbəri, həmkarlar itifaqı komitəsi və baş mühasib imzala-yır.

    Hesabat mərkəzi statistika idarəsinə və nazirliyə yaxud baş idarəyə göndərilir.


    5. Kənd təsərrüfatinda əmək mühafizə üzrə işlərin təşkili.

    Kənd təsərrüfatında əmək mühafizəsi üzrə işlərin təşkili kənd təsərrüfatı nazirliyi tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun aparılır.

    Bu əsasnaməyə uyğun olaraq kənd təsərrüfatı müəssisələrinin hər bir istehsalat bölməsində əmək mühafizəsi və yanğına qarşı təhlükəsizliyə cavabdeh şəxs təyin et-mək üçün xüsusi əmr vardır. Onlar kənd təsərrüfatı mütəxəssisi olmaqla maşın və av-adanlıqların təhlükəsizliyinə məsuliyyət daşıyırlar. Bundan başqa heyvandarlıqda isti-fadə edilən hər bir maşın və aqreqat qabaqcadan təyin edilmiş mexanikə təhkim edilir və əmrlə rəsmləşdirilir.

    Kənd təsərrüfatında fəhlə və qulluqçuların sayı 50 nəfərdən artıq olduqda orada təhlükəsizlik texnikası üzrə mühəndisin olması (həmkarlar itifaqı tərəfindən) məslə-hət görülmüşdür. Fəhlə və qulluqçuların sayı 500 nəfərdən artıq olan təsərrüfatlarda əmək mühafizəsi üzrə (baş mühəndisin olması məsləhət görülmüşdür.) müavin vəzi-fəsi tətbiq edilir.

    1000 nəfərdən artıq olduqda isə əmək gigiyenası üzrə həkim tətbiq edilir.

    Mühəndis vəzifəsi, hökümətin və həmkarlar təşkilatının təhlükəsizlik texnikası üzrə sərən-cam və qərarlarının yerinə yetirilməsinə nəzarət etmək;

    Kollektiv müqavilələrdə təhlükəsizlik texnikası və əmək mühafizəsi üzrə nəzər-də tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarət etmək; işçilərə təhlükəsizlik tex-nikası üzrə təlimat verilməsini təşkil etmək, iş yerlərində tətbiq edilən hasarların və qoruyucu vasitələrin saz olmasına nəzarət etməkdir. Bundan başqa ayrı-ayrı sahələrdə çalışan mühəndis, texnik, briqadir və fəhlələrə təhlükəsizlik texnikasına aid dərs ke-çirilməsini təşkil etmək; fəhlələrin və mütəxəssislərin təhlükəsizlik texnikası üzrə bi-liklərini yoxlayan komissiyalarda iştirak etmək: təhlükəsizlik texnikası üzrə kabinə, guşə, sərgi təşkil etmək, iş yerlərini təhlükəsizlik texnikası qaydalarına həsr edilmiş palkat və şüarlarla təmin etmək.

    - istehsalatda baş vermiş bədbəxt hadisələrin və qəzaların səbəblərini öyrənəmək və bu hadisələrin bir daha təkrar edilməməsi üçün tədbirlər hazırlanmasında iştirak etmək;

    İstehsalatla əlaqədar olan qəza və bədbəxt hadisələri vaxtı-vaxtında hesaba al-maq.

    - əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə tədbirlər və tələblərin ödənil-məsi üçün buraxılan vəsaitin düzgün və vaxtı-vaxtında xərclənməsinə nəzarət etmək;

    İş yerlərində əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə tədbir və tələblərin vəziyyətini istədiyi vaxtlarda yoxlamaq;

    İş yerlərini yoxlayarkən müşahidə olunan nöqsanların ləğv edilməsi üçün özün-dən vəzifəcə aşağı olanistehsalat rəhbərlərinə şifahi və yaxud yazılı surətdə tapşırıqlar vermək (bu tapşırıqları müdir və baş mühəndis dəyişə bilər);

    - iş yerlərində fəhlələrin həyatı üçün təhlükəli vəziyyət olarsa, işin davam etdiril-məsini qadağan etmək, bu haqda dərhal idarə rəhbərinə məlumat vermək;

    - təhlükəsizlik texnikası qaydalarına uyğun olmayan və təhlükə törədə bilən alə-tin, dəzgahın, avadanlığın və s. təcili sürətdə iş yerindən götürülməsi haqda tədbir görmək;

    - istehsalatla əlaqədar olan bədbəxt hadisələrin vaxtı-vaxtında tədqiq edilməsi və iş yerlərinin təhlükəsizlik texnikasına aid plakatlarla təchiz edilməsini, idarə və ya idarə heyəti qarşısında qoymaq və s.

    Briqadirin vəzifələri- hər bir iş yerində təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət etmək;

    - briqada üzvləri arasında nizam-intizam yaratmaq;

    - iş aparılan yerlərin müntəzəm sürətdə təmizliyini təmin etmək;

    - briqadada görülən işlərin təhlükəsiz üsullarla aparılmasına nəzarət etmək;

    - iş yerlərində təhlükəsizlik texnikası üzrə tədbirlərin vaxtı-vaxtında yerinə yeti-rilməsini təmin etməkdir.



    Baş zootexnikin vəzifələri. Yeni işə qəbul olunan işçilərə əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimat aparmaq;

    - nasaz maşın və mexanizmləri istismara buraxmaq;

    - işçilərin sağlamlığına mənfi təsir göstərən işləri istehsalatda qadağan etmək;

    - rəhbərlik etdiyi sahələrə əmək mühafizəsi üzrə tədbirlər planını işləyib hazırla-maq;

    - heyvanlara qulluq etdikdə və maşın mexanizmlərdən istifadə etdikdə təhlükə-sizlik texnikası və istehsalat sanitariyası məsələləri üzrə direktiv, əsasnamə, təlimat və qanunçuluğun yerinə yetirilməsinə ciddi riayət alunmasını təmin etmək;

    - istehsalatla əlaqədar olan bədbəxt hadisələrin səbəblərini tədqiq etmək;

    Heyvandarlıqda işçilərin sağlamlığını mühafizə və əmək şəraitinin təhlükəsizli-yini təmin edən tədbirləri həyata keçirməkdən ibarətdir.

    Baş aqronomun əmək mühafizəsi üzrə vəzifələri. Kənd təsərrüfatında tərə-vəzin, meyvə ağaclarının, pambığın, taxılın və b. bitkilərin əkilməsinə, səpilmə-sinə, becərilməsinə, dərmanlanmasına, yığılmasına baş aqro-nom rəhbərlik edir.

    Baş aqronom görüləcək işin texnologiyasına tələb olunan əmək mühafizəsi sahə-sindəki işlərə məsuliyyət daşıyır. Onun əmək mühəfizəsi üzrə vəzifələri aşağıdakılar-dır:

    - kimyəvi maddələr və kübrələrlə işləyərkən təhlükəsizlik qaydalarının öyrədil-məsini təmin etmək;

    - işə başlamazdan qabaq işçilərin fərdi mühafizə vasitələri və qoruyucu vasitələr-lə təmin olunmasını yoxlamaq;

    - iş yerinin düzgün seçilməsinə, fərdi mühafizə vasitələrinin və xüsusi geyimlə-rin tələbata uyğun saxlanılmasına nəzarət etmək;

    - təsərrüfat rəhbəri tərəfindən təyin olunmuş komissiyanın tərkibində olmaqla, kənd təsərrüfatı maşınlarının, traktorların və s. maşınların təhlükəsizlik texnikası tələ-batına uyğun olmasının yoxlanmasında iştirak etmək;

    - səpin işlərində tələb olunan təhlükəsizlik texnikası qaydalarına əməl etməkdən ötrü işçilərdən bir nəfərini yazılı sürətdə başçı təyin etmək.

    - səpin və şitil basdıran aqreqatlarla işləyən işçilərin təhlükəsizlik texnikası qay-dalarına əməl etmələrinə və bu qaydaları pozan şəxslərə qarşı tədbirlərin görülməsinə nəzarət etmək;

    - bitkilərin xəstəliklərinin aradan qaldırılması və ziyanvericilərin məhv edilməsi üçün lazım olan zəhərli kimyəvi maddələrdən düzgün istifadə edilməsini təmin et-mək;

    - işçilərin həyatını təhlükə qarşısında qoyan istehsalat işlərini dayandırıb təcili tədbir görmək;

    - öz sahəsinə uyğun olaraq işçilərə təkrar və növbədən kənar təlimat verilməsini təşkil etmək və s. ibarətdir.

    Baş baytar həkimin vəzifələri.

    Heyvandarlıq kompleksində, fermalarda, heyvan kəsmə sexində və süd məntəqə-lərində habelə bunlara müvafiq sahələrdə baytar-sanitar işlərinə nəzarət etmək;


    • heyvandarlıq işçilərinin, baytar mütəxəssislərin təhlükəsizlik texnikası və is-tehsalat sanitariyası üzrə vaxtaşırı təlimat aparılmasına və biliyinin yoxlanılmasına nəzarət etmək;

    • yoluxucu xəstəliklərə tutulmuş heyvanlara qulluq işlərində təhlükəsizlik qayda-larına riayət olunmasına nəzarət etmək və s. ibarətdir.

    Müdiriyyətin vəzifələri. Müdiriyyət müəssisədə, idarədə, təşkilatda fəhlə və qulluqçuların əmək və isteh-alat intizamını təmin etməyə, əmək qanunvericiliyini, əmək mühafizəsi qaydalarını, istehsalat sanitariyası normalarını yerinə yetirməyə, işçilərə qayğı ilə yanaşmağa, on-ların əmək və məişət şəraitini yaxşılaşdırmağa borcludur.

    Müdriyyət müasir təhlükəsizlik texnikası vasitələrinin geniş tətbiq edilməsinə çalışmalı, zədələnmə və peşə xəstəlikləri ilə fəal mübarizə aparmalıdır.

    Əmək mühafizəsinə ümumi rəhbərlik və onun üçün məsuliyyət idarə müdirinin və baş mühəndisin üzərinə düşür.

    Sənaye və kənd təsərrüfatında təhlükəsizlik texnikasının tələb və tədbirlərini düzgün və vaxtı-vaxtında icra edilməsini yoxlamaq üçün əmək qanunlarının müvafiq maddələrinə əsasən bir sıra nəzarətçi müfəttişliklər təşkil edilmişdir; bu müfəttişliklər aşağıdakılardır:

    1. Həmkarlar təşkilatının texniki müfəttişliyi;

    2. Əmək müfəttişliyi;

    3. Dövlət daxili texniki nəzarət müfəttişliyi.
    6. Kənd təsərrüfatı müəssisələrində Əmək mühafizəsi üzrə planlaşdırma

    və maliyyələşdirmə tədbirləri.

    Müəssisələrdə əmək mühafizəsi üzrə illik tədbirlər planını müəssisənin həmkar-lar təşkilatı ilə müdiriyyət birlikdə tərtib edir.

    İllik istehsalat maliyyə planında bu məqsədlər üçün ayırmalar nəzərdə tutulur.

    İstehsalat idmanları üzrə istehsalat sanitariyasının və təhlükəsizlik texnikasının tətbiqi sahələrindəki təbliğat tədbirləri ayrıca nəzarə alınmalıdır. Əmək şəraitini yax-şılaşdırmaq məqsədilə istehsalatda bədbəxt hadisələrin xəbərdar edilməsi və işçilərin sanitar-məişət şəraitinin təmin olunması planlı sürətdə həyata keçirilir.

    Fəhlələrin, qulluqçuların xüsusi paltar, xüsusi ayaqqabı və başqa fərdi mühafizə vasitələri ilə habelə zərərli əmək şəraitində müalicə-profilaktiki qida və süd, fəhlə-lərə əmək mühafizəsi məsələlərinin öyrədilməsi və s. ilə əlaqədar tədbirlərin maliyyə-ləşdirilməsi müvafiq qanuna uyğun sürətdə Nazirliklər, idarələr və HİŞ-ın razı-lığı ilə həyata keçirilir.

    Əmək mühafizəsi tədbirlərinin aparılmasının maliyyələşdirilməsi, müəssisədə ümumi illik əmək haqqının 2%-dən az olmamalıdır (amortizasiya ayırmaları hesabına aparılır). Buraya elmi-tədqiqat və layihə-konstruksiya işləri, təlimatın işlənməsinə, sahə standartının, əmək mühafizəsi üzrə diafilm, kinofilmin təşkil edilməsi və b. Əmək mühafizəsi üzrə işlərin aparılması.

    Əmək mühafizəsi üçün ayrılmış pul vəsaitlərinin və material ehtiyatlarının başqa məqsədlər üçün istifadə edilməsi qadağandır.

    Pul vəsaiti və material ehtiyatlarından qənaət edilmiş hissəsi həmkarlar təşki-latının razılığı ilə müəssisə, təşkilatlarda əlavə əmək mühafizəsi tədbirlərinin yerinə yetirilməsinə sərf edilə bilər. Əmək mühafizəsi üzrə aşağıdakı planlar tərtib edilir:

    1. Kompleks (perspektiv) plan (5 il müddətinə).

    2. Cari plan (1 il müddətinə).

    3. Operativ plan

    Perspektiv planla sanitar-sağlamlaşdırıcı tədbirlərin yerinə yetirilməsi ilə əmək şəraiti yaxşılaşdırılır. Cari planla əmək mühafizəsi üzrə nomenklatura tədbirləri həyata keçirilir.

    Operativ planla əmək mühafizəsi tədbirlərinin yaxşılaşdırılması həyata keçirilir.

    Tədbirlər planına aşağıdakı tədbirlər qruppu daxil edilir.

    1. Bədbəxt hadisələrin qarşısının alınması (nəqletdiricilərin, qayış, zəngir, dişli və kardan ötürücülərin hasarlanması, qaldırıcı mexanizmlərdə avtomatik açarların tətbiq edilməsi, siqnallaşdırmadan istifadə edilməsi, işarə yazılar, plakatlar, ildırım-dan mühafizə qurğuları, adamların təhlükəsiz daşınması üçün avadanlıqlaşdırılmış nəqliyyatla təchiz edilməsi və b).

    2. Peşə xəstəliyinin qarşısının alınması (əlavə ventilyasiya qurğuları, süni işıq-lanmanın gücləndirilməsi, zərərli ayırmaların təcrid edilməsi, əlavə qızdırıcı qur-ğuların quraşdırılması, binanın şüşələndirmə sahəsinin artırılması və s).

    3. Əmək şəraitinin ümumi yaxşılaşdırılması (əmək mühafizəsi üzrə kabinə və güşələrin avadanlıqlaşdırılması, təhlükəsizlik texnikası üzrə təlimat yaddaş və vərə-qələrin nəşr etdirilməsi, əmək mühafizəsi üzrə kursların təşkil edilməsi və s).

    Əmək mühafizəsi üzrə nomenklatura tədbirlər planı müəssisənin rəhbəri tərəfin-dən istehsalatda xəstələnmə və bədbəxt hadisələrin səbəblərinin, həmçinin əmək şəraitinin ümumi vəziyyətinin analizi əsasında həmkarlar ittifaqı təşkilatının razılığı ilə tərtib edilir və həmkarlar ittifaqı təşkilatının razılığı ilə rəsmləşdirilir və kollektiv müqaviləyə əlavə edilir.

    Kollektiv müqavilə bağlanılmayan təşkilatlarda tədbirlər planı əmək mühafizəsi ilə razılıqda daxil edilir.

    İldə iki dəfə əmək mühafizəsi üzrə mühəndis, mühasibat göstəriciləri əsasında əmək mühafizəsinin yaxşılaşdırmaq haqqında hesabat tərtib edir.

    Hesabat müəssisənin rəhbəri və müəssisənin həmkarlar ittifaqı təşkilatının sədri imzalayır.

    Hesabat statistika idarəsinə, nazirliyə və həmkarlar ittifaqı təşkilatına göndərilir.

    Bu hesabata xüsusi paltara, ayaqqabıya fərdi müdafiyə vasitələrinə, südə və qazlı su hazırlamağa sərf edilən xərclər daxil edilmir. Əmək mühafizəsi üzrə nomenklatura tədbirlər planına yalnız əmək şəraitini yaxşılaşdırmaq tədbirləri daxil edilir.

    Əmək mühafizəsi və təhlükəsizlik texnikasına buraxılmış vəsait tam istifadə edilmədikdə bu müəssisə üçün nöqsan hesab edilir. Planın siyahısına aşağıdakılar da-xil edilmir: bədii konstruksiyalar, tavanın, divarların rənglənməsi, müəssisənin ərazi-sinin abadlaşdırılması, ərazinin yaxşıllaşdırılması və s. Maliyyə planı təsdiq edildik-dən sonra yuxarı təşkilatların müəyyən etdiyi müddətlərdə aylar üzrə tədbirlər yerinə yetirilir.

    Bunlarla yanaşı olaraq kapital qoyuluşu hesabına yanğın əleyhinə tədbirlər planı tərtib edilir.

    Buraya su hovuzunun, su kəmərinin, yanğın deposunun, yanğına qarşı divarların tikilməsi, binanın yanan konstruksiyasının yanmayan konstruksiya ilə əvəz edilməsi, yanğına qarşı inventar və texnikanın dəyişdirilməsi (mühərrikli su nasosu, yanğın söndürən avtomobil və s) daxil edilir.

    Əmək mühafizəsi üzrə işlər nazirlikdə yaxud baş idarələrdə planlaşdırılır.

    Müəssisə və idarələrin əmək mühafizəsi sahəsindəki fəaliyyətinin əmək mühafi-zəsi və istehsalat sanitariyası sahəsindəki yeniliklərinin, həmçinin işçilərə təhlükəsiz iş metodlarının öyrədilməsi üçün yaddaş və proqram əsasında təlimatlandırılmasının yoxlanılması pıanlaşdırılır.



    AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
    İNFORMASİYA TEXNOLOGİYALARI, AQRAR MÜHƏNDİSLİK VƏ ENERGETİKA FAKÜLTƏSİ
    HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ VƏ BƏDƏN TƏRBİYƏSİ
    kafedrası

    ƏMƏK MÜHAFİZƏSİ

    MÖVZU 3: ƏMƏK MÜHAFIZƏSININ HÜQUQI VƏ TƏŞKILATI

    ƏSASLARI
    MÖVZUNUN PLANI
    1. Əmək mühafizəsi sahəsində qanunvericilik aktı.

    2. Azərbaycan Respublikasının Konstitusiyası və əmək qanunçuluğuna görə və-

    təndaşların hüquqları.

    3. Həmkarlar təşkilatlarının nəzarəti.

    4. Texniki müfəttişin vəzifələri.

    5. İctimai müfəttişin vəzifələri.

    6. Əmək intizamı.

    7. İş və istirahət vaxtı.

    8. Yeniyetmələrin yük aparma normaları.

    9. Əmək mühafizəsi qaydalarını pozanların məsuliyyəti.


    Ə D Ə B İ Y Y A T

    1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı – 2002.

    2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Bakı “Hüquq ədəbiyyat” 2008.

    3. İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və yçota alınması. “Bakı, hü-

    quq ədəbiyyatı” 1998.

    4. Həsənov B.A. Əmək mühafizəsi. Bakı, Maarif, 1986.

    5. Tağızadə T.H. Meliorasiya t/tında əmək mühafizəsi. Bakı. “Maarif” 1990.

    6. Əfəndiyev R.İ. Heyvandarlıqda təhlükəsizlik texnikası. Bakı. Azərnəşr 1987.

    7. Канашев Ф.М и др. Охрана труда. М.; 1988.

    8. Луковников А.В. Охрана труда. М.; «Колос»1989.

    9. Денисенко Г.Ф. Охрана труда. М.; «Высшая школа» 1989.

    10. Шурин Е.Т. Пожарная безопасности на животноводческих фермах. М.;

    1984.

    1. Əmək mühafizəsi sahəsində qanunvericilik qanunvericilik akti.

    Qanunvericilik aktı respublikanın ali dövlət hakimiyyəti orqanının normativ aktı-dır. (konstit-a, referendumla qəbul edilən aktlar qanunlar, fərmanlar, nazirlər kabineti qərarları, mərkəzi icra hakimiyyəti orqan normativ aktları və s).

    Qanunlar aktı anlayışına nəinki, Milli Məclisin qanunları və digər normativ qə-rarları, həmdə Milli Məclisin normativ aktları daxil edilir. Bu aktların əsasında və ic-rasında hökümət qərarları və sərəncamları verilir.

    Qanunlar aktı dövlətin hüquqi aktlar sistemində başlıca yer tutur.

    Onların əsasında onlara müvafiq olaraq və tələblərinin icrasına görə digər qanun-vericiliklər, həmçinin nazirliklərin, baş idarələrin, yerli təşkilatların və onların icra-edici və sərəncamverici orqanlarının normativ aktları yaradılır.

    Əməyin mühafizəsi müvafiq qanunvericilik aktları və digər normativ aktlar əsa-sında fəaliyyət göstərən sosial-iqtisadi, təşkilati, texniki, sanitariya-gigiyena və mü-alicə profilaktik tədbirləri və vasitələrin elə bir sistemidirki, əmək fəaliyyəti prosesin-də heyvandarların təhlükəsizliyini, sağlamlığını və iş qabiliyyətinin qorunmasını tə-min edir.

    Əməyin mühafizəsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Kons-titusiyasından, Naxçıvan Muxtar Respublikasının Konstitusiyadan, Azərbaycan Res-publikasının və Naxçıvan Muxtar Respublikasının digər qanunvericilik aktlarından və bunlara müvafiq sürətdə qəbul edilən normativ aktlardan, Azərbaycan Respublika-sının təsdiqlədiyi beynəlxalq normativ hüquq aktlarından və dövtlətlərarası müqavilə-lərdən ibarətdir.

    İşçilərin əməyinin mühafizəsi hüququ üçün başqa qanunvericilik aktlarında müəyyən edilmiş təlimatlar bu qanunda nəzərdə tutulmuş müvafiq təlimatlardan aşağı olmamalıdır. Bu qanuna zidd olan aktlar etibarsız sayılır.

    Əməyin mühafizəsi üzrə qanunlar, standartlar, normalar, qaydalar, məlimatlar bütün müəssisələrin və təşkilatların, onların vəzifəli şəxsləri və işçiləri üçün məcburi-dir.

    Əməyin mühafizəsi haqqında qanunvericiliyin qüvvəsi müxtəlif mülkiyyət və təsərrüfatçılıq formalarına məxsus müəssisələr, idarələr və təşkilatlar ilə o, cümlədən ayrı-ayrı əmək münasibətlərində olan bütün işçilərə, koperativlərin üzvülərinə, istehsalat təcrübəsi keçən ali, orta ixtisas, texniki peşə və ümumtəhsil məktəblərinin tələbə və şagirdlərinə, müəssisələrdə işə qəbul edilən hərbi qulluqçulara, məhkəmənin hökmü ilə cəzaçəkən şəxslərə onların işlədiyi müəssisələrdə, (işlədiyi dövrdə) həmçinin cəmiyyətin və dövlətin mənafeyi naminə təşkil olunan əmək fəaliyyətinin digər növlərinin iştirakçılarına aid edilir.


    2. Azərbaycan Respublikasının Konstitusiyası və əmək qanunçuluğuna görə vətəndaşların hüquqları.

    Əmək mühafizəsi qanunçuluğuna (5-ci maddəsinə görə) əsasən təhlükə ilə əlaqə-dar işlərdə, çirkli və anormal temperatur şəraitində işləyənlərə xüsusi iş paltarları, ayaqqabı və qoruyucu ləvazimatlar verilməlidir.

    Azərbaycan Respublikasının hökuməti: Əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin etmək sahəsində nazirliklərin, baş idarələrin, konsernilərin, assosiasiyaların, birliklərin, (müəssisələrin), təşkilatların, kooperativlərin, yerli özünüidarə orqanları-nın və digər orqanların vəzifələrini müəyyənləşdirir. Bu qanun işləyənlərin əməyinin mühafizəsi hüququnun həyata keçirilməsini təmin etməyə yönəldilmişdir, Respub-likada əməyin mühafizəsi işin təşkilinin vahid qaydasını müəyyən edir və tabeliyin-dən, mülkiyyət formasından və təsərrüffat fəaliyyətindən asılı olmayaraq bütün nazirliklərə, baş idarələrə, təşkilatlara, kooperativlərə, (kolxozlara) fermer təsərüfat-larına, idarəetmə orqanlarına şamil edilir. (ayrı-ayrı təşkilatlara birlikdə nəzarət edir-lər.)

    Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə görə bütün vətən-daşlar Əmək hüququna malikdir. 37-ci maddəsinə görə bütün vətəndaşlar vaxtı-vax-tında istirahət etmək hüququna malikdir. 38-ci maddəsinə görə insanlar qocalıq və əmək şikəstliyi ilə əlaqədar sosial təminat almaq hüququna malikdir.

    Əmək Məcəlləsinin 249-cu maddəsi yaşı 15-dən aşağı olan yeni-yetmələrin (15 yaşlı) işə götürülməsinə icazə vermir. Əmək Məcəlləsinin 207-ci maddəsinə görə iş yerlərində işçilərin sağlam və təhlükəsiz əmək şəraiti təmin edilməlidir.

    3. Həmkarlar təşkilatlarının nəzarəti (konfendrasiyası).

    Əmək mühafizəsinə dövlət nəzarəti, ictimai təşkilatlarını iştirakı (və nəzarəti) ilə həyata keçirilir.

    Əmək qanunvericiliyi və Əmək mühafizəsi qaydalarının düzgün həyata keçiril-məsinə ictimai nəzarət və rəhbərlik həmkarlar ittifaqı vasitəsilə həyata keçirilir.

    Əmək mühafizəsinə nəzarəti müvafiq istehsalat sahələrinin həmkarlar komitə-sinin nəzdində olan uyğun şöbələr yerinə yetirir.

    Əmək mühafizəsinə nəzarət və rəhbərlik işində həmkarlar ittifaqı texniki mü-fəttişliklərinin böyük hüquqları vardır. Əməyin təhlükəsizliyi, istehsalat sanitariyası-nın vəziyyəti və Əmək mühafizəsi qanunvericiliyinin qorunmasına dövlət nəzarəti hə-min müfəttişliyə həvalə olunmuşdur.
    4. Texniki müfəttişin vəzifələri.

    Texniki müfəttiş müəyyən bir istehsalat sahəsinə təhkum olunur və sağlam əmək şəraiti, təhlükəsizlik texnikası və istehsalat sanitariyası normalarına əməl olunmasına rəhbərlik edir. Bir çox hallarda bu işdə ictimai əsaslar üzrə ştatdan kənar həmkarlar ittifaqı komitəsinin texniki müfəttişi də iştirak edir. Əmək mühafizəsi üzrə təşkilatı, texniki və sanitariya-gigiyena tədbirlərinin həyata keçirilməsinə geniş ictimaiyyətin cəlb olunması üçün həmkarlar ittifaqı üzvlərindən ibarət əmək mühafizəsi ko-missiyaları yaradılır. Əmək mühafizəsi komissiyası idarə müdiriyyəti tərəfindən Əmək mühafizəsi qanunvericiliyini düzgün həyata keçirilməsinə nəzarət edir, təhlü-kəsiz əmək şəraiti, yaradılmasını, baş vermiş zədələnmələrin səbəblərinin araşdırıl-masını, aradan qaldırılmasını və s. idarə rəhbərliyindən tələb edir.

    Əmək qanunvericiliyinin pozulmasında məsul olan vəzifəli şəxslər dövlət qarşı-sında məsuliyyət daşıyırlar. Qanunun pozulmasına görə onlar müxtəlif dərəcəli inzi-bati cəzadan məhkəmə məsuliyyətinə qədər cəzalandırıla bilərlər.

    Hər bir vətəndaşın əmək hüququ xalq təsərrüfatının düzgün təşkili, cəmiyyətinin məhsuldar qüvvələrinin durmadan yüksəldilməsi, təsərrüfat böhranlarının və işsizli-yin aradan qaldırılması şəraitində təmin edilir.


    5. İctimai müfəttişin vəzifələri..

    Hər bir vətəndaşın vəzifəsi əməyə düzgün münasibət bəsləməkdən, dövlətin həmkarlar ittifaqları ilə birlikdə müəyyən etdiyi əmək normalarına, əmək intizamına düzgün riayət etməkdən və xalq əmlakını qorumaqdan ibarətdir.

    Fəhlə və quluqçular namus və vicdanla işləməyə, əmək intizamına riayət etməyə, müdriyyətin sərəncamlarını vaxtında və dəqiq yerinə yetirməyə, əmək məhsuldarlı-ğını yüksəltməyə, məhsulun keyfiyyətini yaxşılaşdırmağa, əmək mühafizəsi, təhlükə-sizlik texnikası və istehsalat sanitariyası tələblərinə əməl etməyə borcludurlar.
    6. Əmək intizamı.

    Əmək mühafizəsi təlimatı, müəssisələrdə müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birlikdə işləyib hazırladıqları iş qaydalarına düzgün əməl etmək məq-sədilə aparılır. Burada müxtəlif əməliyyatların görülməsində, qəza hallarında təhlü-kədən qorunma tədbirləri, iş yerinin səliqəli saxlanılması, qoruyucu və mühafizə vasi-tələrinin düzgün tətbiqi və s. nəzərdə tutulur. Çətin və ağır işlərdə çalışan fəhlə və qulluqçular, eləcədə bəzi başqa kateqoriyadan olan işçilər işə daxil olanda və işlədiyi müddətdə məcburi olaraq müəyyən edilmiş qrafik üzrə vaxtaşırı həkim müayinə-sindən keçməlidirlər. İşçiləri həkim müayinəsindən keçməli olan istehsalat sahələ-rinin müayinədən keçmə müddəti Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir.

    Qadınların və yeniyetmələrin istehsalatda sağlamlığı qayğısına qalmaq üçün xüsusi iş şəraiti yaradılır.

    Qadınlardan və yeniyetmələrdən ağır, zərərli, yeraltı işlərdə istifadə edilməsi qa-dağandır. Onlara müstəsna hallarda gecə növbəsində işləməyə icazə verilir.

    Təşkilat daxilində həkim-tibb məntəqəsi yaradılır ki, bu da fəhlə və qulluqçu-ların sağlamlığı keşiyində durur.

    Həkim-tibb məntəqəsi müntəzam olaraq fəhlə və qulluqçuların iş şəraiti ilə tanış olur, əməyin gigiyena şəraitini öyrənir və əməyin sağlamlaşdırılmasında fəal iştirak edir.

    Təşkilatın tibb işçiləri zədələnmə və bədbəxt hadisələri təhlil edir və onların qarşısını almaq üçün öz təkliflərini müəssisə rəhbərlərinə çatdırır.

    İstehsalatda vaxtaşırı həyata keçirilən təhlükəsizlik tədbirləri ilə yanaşı, zərərli əmək şəraitinin neytrallaşdırılması və kompensasiyası ilə əlqədar tələblər də mövcud-dur.

    Neytrallaşdırma zərərli işlərdə, həmçinin xüsusi temperatur, təzyiq, nəmlik və s. şəraitdə fəhlə və qulluqçulara pulsuz olaraq xüsusi geyim və başqa mühafizə vasitə-ləri verilməsi ilə yaradılır. Məsələn zərərli iş şəraitində pulsuz süd və başqa yeyinti məhsullarının verilməsi və s. neytrallaşmaya aiddir.

    Kompensasiya isə xüsusi zərərli iş şəraitində fəhlə və qulluqçulara əlavə məzu-niyyət və yaxud qısaldılmış iş günü verilməklə həyata keçirilir.


    Download 1,16 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   114




    Download 1,16 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Travma haqqında kənd təsərrüfatı müəssisələrinin hesabatı

    Download 1,16 Mb.