Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci




Download 1.07 Mb.
Pdf ko'rish
bet10/18
Sana30.05.2022
Hajmi1.07 Mb.
#22310
TuriMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
Bog'liq
elektrik-təc.-əsasları-tam

Cərəyan ölçü transformatorları 
 
Cərəyan ölçü transformatorları cərəyanın ölçülməyə uyğun qiymətlərə qədər azaldılması və 
bu zaman kifayət qədər dəqiqliklə Knom dəfə azaldılmış ikinci tərəf cərəyanının qiymət və fazaca 
birinci tərəf cərəyanının nisbətini verən qurğudur. Belə ki, ikinci tərəf cərəyanım Knom dəfə 
artırsaq birinci tərəf cərəyanı alımr-Knom mütənasiblik əmsalı nominal transformasiya əmsalı 
adlanır. 
Konstruksiyalarına görə cərəyan ölçü transformatorları üç növə bölünür: 
1) çubuqşəkilli cərəyan transformatorları, 2) şin tip cərəyanölçü transformatorları, 3) daxilə 
quraşdırılmış cərəyan ölçü transformatorları. 
Cərəyan transformatorunun birinci tərəf dolağı cərəyanı ölçülən dövrəyə ardıcıl qoşulur. O 
çox az sayda dolaq sarğılarına (hətta bir ədəd sarğı ola bilər) və daha böyük en kəsiyinə malik 
olurlar. Bütün başqa transformatorlarda olduğu kimi cərəyan ölçü transformatorlarının birinci tərəf 
cərəyanı: İ,=İ
2n

0
ifadəsi ilə təyin edilir. Bu ifadəyə görə cərəyan transformatorlarının xətası da, 
maqnitlənmə cərəyanından asılıdır. Bu isə öz növbəsində transformatorun konstruksiyası, maqnit 
keçirici poladın xassəsindən asılı olur. Transformatorun verilmiş konstruksiyası ilə, onun qiymət 
xətası birinci tərəf cərəyanı və yükdən asılı olur. Cərəyan transformatorunun xətasının 
hesabalanması üçün Knom, n, ikinci tərəf X2, R2, xarici dövrənin X və R müavimətləri, poladın 
maqnitlənmə xarakteristikaları məlum olmalıdır. İkinci tərəfin İ2 cərəyanı, U2 gərginliyi və 
müqavimətləri ikinci tərəf dolaq sarğı saylarma gətirilsə, aşağıdakıları yazmaq olar: X
2
'=X
2
/n
2

R'
2
=R
2
/n
2
; X'=X/n
2
; R'=R/n
2
; İ
2
 = İ
2
/n
2
; U
2
=U
2
/n, n=w
2
/w
1
. 
Tək sarğılı dolaqların hazırlanması daha asan başa gəlir. Lakin, birinci tərəf sarğısı tək 
dolaqlı və maqnit hərəkət qüvvəsi (MHQ) yaradan içlik orta keyfiyyətli olduqda, 0.5 dəqiqlik 
sinifli cərəyan ölçü transformatorunun xəta riski artır. Əgər birinci tərəf cərəyanı 400 A-dən kiçik 
olarsa, xəta daha da böyük olur. Şin tip cərəyan ölçü transformatorları 20 kV gərginliyə və 24 kA 
cərəyana qədər hazırlanır. Şin paketi istifadə etməklə, belə böyük cərəyanlı transformatorun birinci 
tərəf dolağını sadələşdirmək olar. İsinməni azaltmaq üçün, şin tip CT-ın metal gövələri və 
armaturları qeyri maqnit materialdan hazırlanır. 
İkinci tərəf dolaqları isə, birinciyə nisbətən çox az cərəyana (1, 2.5 və ya 5A) malik 
olduğundan kiçik en kəsiyi və çoxlu sarğılar sayma malik olurlar. Ölçü cihazları və releləri 
cərəyan transformatorlarının dolaqlarına ardıcıl qoşulur. Sarğaclar və cərəyan ölçü 
transformatorlarının dolaq müqavimətləri kiçik olduğundan onlarm xətaları az olur. Bu halda 
birinci tərəfin cərəyanının dəqiq ölçülməsi təmin edilir. Cərəyan xətasının mütləq qiyməti 
aşağıdakı kimi hesablanır: - 
İ=k
nom
 
I
2

1
Nominal transformasiya əmsalının ikinci tərəf cərəyanına hasili və bu yolla hesablanmış 
birinci tərəf cərəyanlarının qiymətlər fərqinin, birinci tərəf cərəyanına olan nisbəti cərəyan 
transformatorunun qiymət xətası adlanır: 
𝑓
1
=
𝐾
𝑛𝑜𝑚
∙ 𝐼
2
∙ 𝐼
1
𝐼
1
100% 
K
nom
İ birinci tərəf cərəyanından böyük olarsa, xəta müsbət, əks halda isə mənfi olar. 
Birinci və ikinci tərəf cərəyanları arasında olan bucaqlar fərqinə bucaq xətası deyilir. 
Əgər ikinci tərəf cərəyanı fazaca birinci tərəf cərəyanından irəlidə xəta müsbət olur. Bucaq 


xətaları radian və ya dəqiqələrlə ifadə edilir. 
0,2 sinifli cərəyan transformatorları dəqiq ölçmələrdə istifadə edilir. Onlar elektrik 
stansiaylann elektrotexniki laboratoriyalarında tətbiq edilirlər. 0,5 və 1-ci sinif cərəyan 
transformatorları paylayıcı quruluşlarda, 3 vəlO-cu sinif cərəyan transformatorları rele mühafizəsi 
və avtomatika qurğularında istifadə edilirlər. Onlarda ölçü xətası 3%-ə qədər ola bilər. 

Download 1.07 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Download 1.07 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci

Download 1.07 Mb.
Pdf ko'rish