• Qısa qapayıcılar və aralayıcılar
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci




    Download 1.07 Mb.
    Pdf ko'rish
    bet13/18
    Sana30.05.2022
    Hajmi1.07 Mb.
    #22310
    TuriMühazirə
    1   ...   10   11   12   13   14   15   16   17   18
    Bog'liq
    elektrik-təc.-əsasları-tam

    Yük açarları 
     
    Yük açarı 1 kV-dan yuxarı nominal işçi cərəyanlarının açılması üçün istifadə edilən 
    kommutasiya aparatıdır. Yük açarları avtomatik və ya mexaniki intiqal mexanizminə malikdirlər. 
    Yük açarları qq cərəyanlarının açılmasını yerinə yetirmir. Lakin onların qoşma qabiliyyəti bu 
    cərəyanların elektrodinamiki qüvvələrinə davam gətirir. Yük ayırıcıları, elektrik qurğusunun iş 
    şəraiti imkan verdikdə, transformatorların yüksək gərginlik tərəfdən açılıb- qoşulmasını təmin edir. 
    Onlar qq cərəyanlarını açmadığından, transformatorlar zədələndiyi zaman əriyən telli 
    qoruyucularla və ya sxemin əvvəlki qovşağında olan avtomatik açarla açılır. Yük açarlarının 
    təkmilləşdirilməsi ilə onların tətbiq sahələri də artır. 
    Qaz generasiya təsirli qövssöndürücü yük açarları. Bu tip açarlar nominal gərginliyi 6-10 kV 
    olan qurğular üçün buraxılır şək.6.4. 
    Şəkildən göründüyü kimi, burada daxili tip, üç qütblü ayırıcılarm elementləri istifadə 
    edilmişdir. Ayırıcımn dayaq, izolyatorlarında qövssöndürücü kamera-5 bağlanmışdır. Ayırıcımn 
    bıçaqlarına - 1, əlavə - 4 bıçaqları bərkidilmişdir. Açılma və qoşulma zamanı bıçaqların hərəkət 
    sürətinin əməliyyatçıdan asılı olmayan bir mexanizmə dəyişdirilmişdir. Bunun üçün yay-6 
    qoyulmuşdur. 
    Ayırcmm valının dönməsi zamanı yay gərilir, sərbəst qaldıqda isə öz enerjisini hərəkətli 
    bıçaqlara verir. 
    «Qoşulu» vəziyyətdə köməkçi bıçaqlar söndürcü kameralara daxil olurlar. Ayırcının - 2 
    kontaktı və qövssöndürücü kamernm - 7 sürüşən kontaktları qapanır. Cərəyanın böyük hissəsi 
    ayırıcımn kontaktından keçir. 
    Şəkil 6.4 Avtoqazh yük ayırıcısımn ümumi görünüşü və ölçüləri 


    Qısa qapayıcılar və aralayıcılar 
     
    Qısa qapaycılar şəbəkənin işçi torpaqlanma qaydasından asılı olaraq bir qütblü və ya iki 
    qütblü ayırıalar kimi hazırlanır. Onalr başında tərpənməz kontaktı və intiqalla əlaqə üçün sıxacı 
    olan bir dayaq izolyatoru üzərində qurulmuşdur. Mexanizm, yaylı intiqal vasitəsi ilə, əl və ya 
    avtomatik komanda ilə üçfazlı sistemin məftillərini yerlə birləşdirir. Bu zaman torpaqlanma bıçağı, 
    val ətrafında fırlanaraq 60 
    0
    dönür. 
    Aralayıcılar avtomatik idarə olunan və avtomatika qurğusunun komandasına uyğun olaraq 
    dövrənin əvvəlcədən açarla açılmış bir hissəsində açma əməliyyatı aparan adi üçfazlı ayırıcılardır. 
    Məsələn, iki sütunlu dayaq izolyatoru üzərində olan OD tipli aralayıcmm RND ayırıcısmdan fərqi 
    yalnız intiqal mexanizmindədir. Onlar açma komandası ilə hərəkət edən, yaylı intiqalla təchiz 
    edilmişdir. Açma müddəti 0.5-1 san çəkir. Onların qoşulması əl ilə aparılır. Şəkil 6.3 -üzrə 
    aralayıcı və qısa qapayıcılarm işini aydınlaşdırmaq olar. 35-220 kY - luq güc açarı olmayan tək 
    xəttdə iki ədəd alçaldıcı transformator yük ayırıcısı və ya adi qısa QS ayırıcısı ilə birləşdirilmişir. 
    Transformatorların birinin zədələndiyi halda xeyli uzaqda quraşdırılmış xətt açarı Q ilə açılma 
    olacaqdır. Transformatorda daxili zədələnmə hesabına kiçik cərəyanlar meydana çıxdıqda, xəttin 
    əvvəlnə quraşdırılmış rele mühafizəsi işləməyə bilər. Bu halda daha həssas olan olan 
    transformatorun differensial və ya qaz mühafizəsi işləyir. Bu mühafizə qısa qapayıcıya - QN-ə 
    komanda verir. Effektiv və ya bir başa torpaqlanmış neytralı sxemlərdə bir fazlı qısa qapayıcılar 
    istifadə edilir. İzolə edilmiş və kompensasiya edilmiş neytrallı şəbəkələrdə isə iki fazlı qısa 
    qapayıcılar lazımdır. Beləliklə hər iki halda QN qısa qapayıcısı işlədikdə cərəyan çox artır və xətt 
    mühafizəsi təsir edərək transformatorları xəttlə birlikdə açır şək. 1 . 7. 
    Xətt açıldıqdan sonra QR aralayıcısı zədəli transformatoru şəbəkədən ayırır. Xətt təkrar 
    avtomatik olaraq qoşulur və sağlam transformatordan qidalanan işlədicilər yenidən enerji alırlar. 
    Zədəli transformatorlar isə təmirə çıxarılır. 
    OD seriyalı iki kontaktlı aralayıcı adi RND ayrıcıdan yalnız intiqal qurğusu ilə fərqlənirlər. 
    Onlar uyğun komanda ilə işə düşən yaylı intiqalla təchiz edilmişdir. Açılmalar avtomatik olaraq 
    0,5-1 saniyədə baş verir. Aralayıcmm qoşulması isə əl ilə aparılır.

    Elektrik veriliş xətti 



    Download 1.07 Mb.
    1   ...   10   11   12   13   14   15   16   17   18




    Download 1.07 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci

    Download 1.07 Mb.
    Pdf ko'rish