Azimutun təyini haqqında ümumi məlumat




Download 208,88 Kb.
bet2/9
Sana17.12.2023
Hajmi208,88 Kb.
#121307
1   2   3   4   5   6   7   8   9
Bog'liq
12.Meyillilik. Xəritə üzərində işlər və maarşurutun tərtibi
10. Xəritədə reylefin təsviri . Xəritə üzərində hesablama işlərinə təsir edən amillər, 11. Müasir dövrdə Qlobal yer təyini sisteminin rolu
Azimutun təyini haqqında ümumi məlumat
Kainatda Günəş və ulduzların Yer ətrafında qanunauyğun hərəkət etmələri görünür. Bu da istinad nöqtələri şəbəkəsinin yaradılması məqsədi ilə aparılan geodeziya ölçmə işlərinin yoxlanmasına və şəbəkənin oriyentirlənməsinə imkan verir.
Birinci sinif geodeziya istinad məntəqələri şəbəkəsi uzunluğu 200 km olan manqalardan ibarətdir. Hər bir manqanı oriyentirlə- mək və üçbucaqlarda üfüqi bucaqların ölçülməsinin düzgünlüyünü yoxlamaq üçün manqaların qurtaracaqlarında astronomik müşahidələrdən tərəfin azimutu və nöqtənin coğrafi koordinatları (en və uzunluq dairələrinin qiyməti) tapılır.
Azimutu təyin etmə vasitələri – Adrianov kompası

Şəkil 1. Adrianov kompası
Adrianov kompası ilə maqnit azimutunu təyin etmək üçün üzü yerli obyektə (hədəfə) doğru dayanmaq, kompası əldə üfüqi vəziyyətdə tutmaq, əyləci buraxaraq əqrəbi sərbəst vəziyyətə gətirmək, kompası üfüqi müstəvidə döndərərək limbin sıfır bölgüsünü əqrəbin şimal ucunun qarşısına gətirmək, fırla-nan qapağı çevirərək gəz və arpacıqdan yerli ob-yekti (hədəfi) nişan almaq,
Adrianov kompası ilə maqnit azimutunun təyini arpacığın qarşısındakı hesabat göstəricisinə əsasən şkala üzərində uyğun gələn bölgünün qiymətini oxumaq lazımdır. Bölgünün qiyməti verilmiş istiqamətin maqnit azimutudur. Şəkildə tək ağaca olan istiqamətin maqnit azimutu 330°-dir.
Adrianov kompası ilə işləyərkən onu göz səviyyəsindən 10-12sm aşağıda saxlamaq lazımdır. Dəqiq nişan almaq məq-sədi ilə onu göz səviyyəsinə qaldırmaq məsləhət görülmür. Çünki bu zaman kompasın səmti pozulur (limb və əqrəb görünmür). Kompasın köməyi ilə azimut ölçmənin optimal dəqiqliyi 2-3°-dir.
Dayanma nöqtəsindən yerli obyektə olan istiqamətin azimutu düz azimut adlanır. Bəzi hallarda, məsələn, yolu geriyə qayıtmaq üçün tərs azimutu hesablamaq lazım gəlir. Düz azimut 180°-dən az olduqda tərs azimutu tapmaq üçün onun üzərinə 180° əlavə edilir, çox olduqda isə 180° çıxılır. Verilmiş şəkildə tərs azimut (tək ağacdan dayanma nöqtəsinə) gəzin qarşısındakı hesabata, yəni 150°-yə bərabərdir.


Download 208,88 Kb.
1   2   3   4   5   6   7   8   9




Download 208,88 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Azimutun təyini haqqında ümumi məlumat

Download 208,88 Kb.