|
Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİNİn akademiyasi
|
bet | 3/9 | Sana | 17.12.2023 | Hajmi | 208,88 Kb. | | #121307 |
Bog'liq 12.Meyillilik. Xəritə üzərində işlər və maarşurutun tərtibiAzimut üzrə hərəkətetmə qaydası
Azimutla hərəkət üçün lazım olan məlumatlar (marşrutun dönmə nöqtələri arasındakı istiqamətlərin maqnit azimutları və məsafələr) böyükmiqyaslı xəritədən əldə edilir.
Marşrutun forması ərazinin xarakterindən, oriyentirlərin sayından və qarşıdakı hərəkət şəraitindən asılıdır. Əsas məsələ tez bir zamanda təyin olmuş rayona (obyektə) gətirib çıxara bilən marşrutun seçilməsidir. Еyni zamanda çalışmaq lazımdır ki, marşrutda döngələrin sayı az olsun. Marşrutun döngə nöqtələri ərazidə asanlıqla seçilən və yaddaqalan oriyentirlərin yanında nəzərdə tutulmalıdır (qülləvari tikililər, yol ayrıcları, körpülər, geodeziya məntəqələri və s.).
Oriyentirlər arasındakı məsafələr gündüz vaxtı piyada hərəkət üçün 1-2 km-dən artıq olmamalıdır. Gecə vaxtı hərəkət üçün məsafələr daha qısa, oriyentirlərin sayı daha çox olmalıdır. Seçilmiş oriyentirlər dairə içinə alınır və düz xətlərlə birləşdirilir.
Şəkil 2. Azimutla hərəkət üçün marşrutun seçilməsi
Marşrutun başlanğıc nöqtəsi, döngə oriyentirləri və son nöqtəsi xəritədən təmiz kağız vərəqinə köçürülür. Oriyentirlərin sxemdəki qarşılıqlı yerləşməsi və şərti işarələri xəritədəki kimi olmalıdır.
Şəkil 3. Azimutla hərəkət sxemi
Oriyentirləri nömrələdikdən sonra onlar düz xətlərlə birləşdirilir. Hər xəttin qarşısında hərəkət üçün ilkin məlumatlar kəsr şəklində yazılır: surətdə – maqnit azimutu, məxrəcdə – məsafə (metrlə) və hərəkət müddəti (dəqiqə ilə). Əgər azimutla hərəkət piyada yerinə yetiriləcəksə, onda metrlər cüt addım sayına çevrilərək mötərizədə yazılır. Bundan sonra, sxemdə şimal-cənub oxu və hərəkət zamanı istifadə oluna biləcək marşrut boyu və marşrutdan kənar əlavə və köməkçi oriyentirlər göstərilir.
Hərəkətin dəqiqliyinə təsir göstərən amillər haqqında
Azimutla hərəkət zamanı marşrutun dönmə nöqtələrinə çıxma dəqiqliyi ərazinin xarakterindən, görmə şəraitindən, istiqamət və məsafələrin ölçülmə dəqiqliyindən asılıdır. İstiqamətlər kompasla bir bölgü, yəni 3° dəqiqliklə ölçülür, Xəta nəticəsində dönmə nöqtəsinin sağma və ya soluna çıxılması ehtimalı eynidir. Buradan sapma bucağını 6° qəbul etsək, 1 km məsafədə sapma məsafəsi 6x17x1=102 metrə bərabərdir, yəni keçilmiş hər kilometr yol üçün sapma məsafəsi orta hesabla 100 m olacaqdır. Ona görə də əgər lazımi məsafə keçilmişsə, dönmə nöqtəsi (hədəf) isə görünmürsə, onu əvvəlki nöqtədən keçilmiş məsafənin 1/10-nə bərabər radiusu olan çevrə daxilində axtarmaq lazımdır.
|
| |