Azimutun Krasovski üsulu ilə təyin edilməsi




Download 208,88 Kb.
bet6/9
Sana17.12.2023
Hajmi208,88 Kb.
#121307
1   2   3   4   5   6   7   8   9
Bog'liq
12.Meyillilik. Xəritə üzərində işlər və maarşurutun tərtibi
10. Xəritədə reylefin təsviri . Xəritə üzərində hesablama işlərinə təsir edən amillər, 11. Müasir dövrdə Qlobal yer təyini sisteminin rolu
Azimutun Krasovski üsulu ilə təyin edilməsi

Şəkil 4. Misar və qütb ulduzu

Azimut qütb və köməkçi ulduzların müşahidəsi üzrə təyin olunur. İlin əvvəlindən avqust ayına kimi ö Kassiopeya ulduzu, iyuldan ilin axıranadək Böyük ayı bürcünün ɛ, Misar ulduzu müşahidə üçün köməkçi ulduz götürülür (şəkil 4).
Müşahidədən qabaq alət yoxlanmalı, kollimasiya səhvi minimuma: durbinin fırlanma oxu alətin dövran oxuna perpendikulyar vəziyyətə gətirilir; durbin sonsuzluğuna fokuslandırılır; alət müşahidə nöqtəsində mərkəzləşdirilir və nivelirlənir.
Müşahidə komplekti - işıq dəsti ilə təchiz olunmuş teodolit və saatdan ibarətdir.
Müşahidələr şəbəkə mərkəzinin yerli cismə və ulduzlara tuşlamaqdan, üfüqi dairə üzrə hesabat almaqdan ibarətdir. Dairənin hər bir vəziyyətində, qütb ulduzunun birinci və ikinci müşahidəsinə nisbətən, köməkçi ulduzu vaxt üzrə simmetrik müşahidə etmək lazımdır. Bunun üçün qol və ya cib saatından istifadə olunur.
Müşahidə qaydası I yarımtərzdə (R və ya L):

  1. Yerli cismə tuşlayaraq üfüqi dairədən hesabat alınır;

  2. Qütb ulduzuna tuşlayaraq saat üzrə müşahidə anı, limb üzrə hesabat götürülür;

  3. Köməkçi ulduza tuşlanır, saat üzrə müşahidə anı və limb üzrə hesabat götürülür;

  4. Təkrarən qütb ulduzuna tuşlayaraq yoxlama üçün üfüqi dairədən hesabat götürülür.

II yarımtərzdə (L və ya R);

  1. Qütb ulduzuna müşahidə;

  2. Köməkçi ulduza müşahidə;

  3. Qütb ulduzuna müşahidə;

  4. Yerli cismə müşahidə aparılır.

Belə müşahidələr tam tərzdə olacaqdır. İkinci yarımtərzdə müşahidələrdən alınan hesabatlar birincidəki tərkibdə olmalıdır.


Qütb ulduzunu müşahidədən sonra yazı jurnalına hər yarım- tərzdə üfüqi dairə hesabatlarından orta qiymətlər alınır; Q bucağı - köməkçi və qütb ulduzuna istiqamətlərin fərqindən, Q, - bucağı - yerli cismə və Qütb ulduzuna istiqamətlərin fərqindən alınır.
Azimut yaxınlaşma üsulu ilə hesablanır. Birinci yaxınlaşma üçün yay müşahidələrində Qütb ulduzu üçün AN,O = 1, qış üçün AN,0 = 0° qəbul edilməlidir. İkinci yaxınlaşma cənub və orta en dairəli (cp = 60° -yədək) ərazilər üçün Qütb ulduzunun azimutunu Q/,2 səhvlə verir. En dairəsi 60° -dən artıq olan ərazidə hesablama üç yaxınlaşma ilə aparılır.

Alətin R, L vəziyyətində alınan iki azimutdan orta qiymət götürülür, və yfl bucaqları (yuxarıda verilən düsturlar ilə hesablandıqda) birinci rüb həddində öz işarələri ilə götürülür. Qütb ulduzunun AN birinci və ya dördüncü rübdə yerləşə bilər, bu isə tg AN işarəsi ilə aydınlaşır.



Astronomiya salnaməsi varsa, I yaxınlaşma üçün Qütb ulduzunun azimutu (yerli ulduz vaxtı) S arqumentinə görə Qütb ulduzunun yüksəklik və azimutları cədvəlindən seçilir. Əgər S - 10m-ədək səhvlə məlumdursa, son azimut birinci yaxınlaşmadan istənilən ərazidə və ilin hər bir vaxtında alınar.
Saatın verdiyi qurşaq n üçün dekret vaxtına görə yerli ulduz vaxtını
S = + λ + + (n+1)
təxmini düsturla hesablamaq mümkündür.

Download 208,88 Kb.
1   2   3   4   5   6   7   8   9




Download 208,88 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Azimutun Krasovski üsulu ilə təyin edilməsi

Download 208,88 Kb.