• Nöqtənin nömrəsi Maqnit azimutu Məsafə, m Məsafə, addım
  • Azimutla hərəkətetmə qaydası nədən ibarətdir
  • Azimutun hərəkət marşrutunun tərtib edilməsi




    Download 208,88 Kb.
    bet7/9
    Sana17.12.2023
    Hajmi208,88 Kb.
    #121307
    1   2   3   4   5   6   7   8   9
    Bog'liq
    12.Meyillilik. Xəritə üzərində işlər və maarşurutun tərtibi
    10. Xəritədə reylefin təsviri . Xəritə üzərində hesablama işlərinə təsir edən amillər, 11. Müasir dövrdə Qlobal yer təyini sisteminin rolu
    Azimutun hərəkət marşrutunun tərtib edilməsi
    Hərəkət marşrutu aşağıdakı ardıcıllıqla tərtib edilir:

    • başlanğıc və son nöqtələr xəritə üzərində qeyd edilir;

    • dönmə nöqtələri qeyd edilir;

    • seçilmiş nöqtələr başlanğıc və son nöqtələr də daxil olmaqla dairə içinə almır və düz xətlə birləşdirilir. Direksion bucaqların rahat ölçülməsi üçün koordinat şəbəkəsinin şaquli xəttini kəsməyən marşrut xətlərini yaxındakı koordinat xəttinədək uzadaraq kəsişdirmək məsləhət görülür;

    • transportir vasitəsilə nöqtələrdən birindən digərinə olan direksion bucaqlar ölçülür (1°- 2° dəqiqliklə);

    • dönmə nöqtələri arasındakı məsafələr ölçülür;

    • direksion bucaqlar maqnit azimutlanna çevrilir;

    • ölçülmüş məsafələr addım sayına çevrilir (bir addımın uzunluğu 75 sm olmaqla);

    • alınmış nəticələr hərəkət cədvəlində yazılır.

    Hərəkət xəritəsiz yerinə yetiriləcəksə, marşrutun sxemi tərtib olu-nur, yaxud aşağıdakı cədvəldən istifadə olunur.

    Nöqtənin nömrəsi

    Maqnit azimutu

    Məsafə, m

    Məsafə, addım

    1.

    78º

    1450

    1930

    2.

    87º

    1300

    1730

    3.

    124º

    1250

    1670

    4.

    77º

    1500

    2000

    5.

    24º

    1050

    1400


    Azimutla hərəkətetmə qaydası nədən ibarətdir
    Ərazidə, xüsusilə qapalı sahələrdə düzxətli hərəkət etmək bacarığı böyük əhəmiyyət kəsb edir. Açıq və yarıqapalı ərazilərdə bu məqsədlə uzaqdan yaxşı görünən nöqtə oriyentirlərdən (qülləvari və tək tikililər, relyef formaları və s.) istifadə olunur. Yarıqapalı ərazidə oriyentirlərin gözdənitmə ehtimalını nəzərə alaraq, göstərilmiş, yaxud seçilmiş oriyentirin (yerli obyektin) yanına dəqiq gəlib çatmaq üçün onunla başlanğıc nöqtə arasında yol boyu görünən oriyentir təyin edilir. Ona çatdıqdan sonra gedilən istiqamətdə yeni oriyentir seçilir. Belə oriyentirlərə aralıq oriyentirlər deyilir. Hərəkət istiqamətini, həmçinin köməkçi oriyentirlər sayılan səma cisimlərinə görə – gündüzlər Günəşə, gecələr Aya və parlaq ulduzlara görə saxlamaq olar. Qapalı ərazidə uzunmüddətli hərəkət zamanı Günəşin və Ayın səmada saatda 15° yerlərini dəyişmələrini nəzərə almaq lazımdır. Hərəkət zamanı yaxşı seçilən yüksək dağ zirvələri də köməkçi oriyentir kimi istifadə oluna bilər.
    Başlanğıc nöqtədə kompasla tələb olunan hərəkət istiqamətini müəyyən edilir, sonra bu istiqamətdə yеrləşən aralıq oriyentiri seçilir və kompasın əqrəbini əyləcə qoyaraq mümkün qədər düz xətt üzrə hərəkətə başlanılır. Aralıq oriyentirə çatdıqda yеnidən kompasla hərəkət istiqaməti təyin edilir, növbəti aralıq oriyentiri seçilir və ona doğru hərəkət davam еtdirilir. Beləliklə, marşrutun birinci döngə nöqtəsinə qədər məsafə bu ardıcıllıqla qət edilir. Bu qayda ilə bütün aralıqlarda hərəkətlər təkrarlanır. Aralıq oriyentirlər görünmədikdə, hərəkət istiqaməti kompasla saxlanılır. Hərəkət istiqa-mətini saxlamaq üçün, həmçinin xətti oriyentirlərdən və izlərdən istifadə edilir.
    Açıq ərazidə hərəkət istiqamətini düz saxlamaq üçün özündən arxada müəyyən intervallarla payalar basdıraraq qapayıcı xətt üsulundan istifadə etmək olar. Geridə buraxılmış nişanlara hərdənbir baxaraq hərəkət istiqamətini onlara görə tənzimləyirlər. Əgər həmin marşrutla geriyə qayıtmaq zəruriyyəti yaranarsa, onda bütün sahələr üzrə hərəkət istiqamətinin azimutunu tərs azimutlara çevirmək lazımdır. Geriyə yolu asan tapmaq üçün tək və daha çox diqqəti cəlb edən yerli obyektləri yadda saxlamaq, yaxud yol ayrıclarında, meşə mərzlərinin kəsişmələrində, kolluqlarda işarələr qoymaq lazımdır.


    Download 208,88 Kb.
    1   2   3   4   5   6   7   8   9




    Download 208,88 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azimutun hərəkət marşrutunun tərtib edilməsi

    Download 208,88 Kb.