Əsas hissə: Topoqrafiya elminin mahiyyəti




Download 208,88 Kb.
bet4/9
Sana17.12.2023
Hajmi208,88 Kb.
#121307
1   2   3   4   5   6   7   8   9
Bog'liq
12.Meyillilik. Xəritə üzərində işlər və maarşurutun tərtibi
10. Xəritədə reylefin təsviri . Xəritə üzərində hesablama işlərinə təsir edən amillər, 11. Müasir dövrdə Qlobal yer təyini sisteminin rolu
Əsas hissə:

Topoqrafiya elminin mahiyyəti
Hərbi topoqrafiyanın əsas vəzifəsi döyüşün aparılması, qoşunların idarə edilməsi, silah və texnikadan səmərəli istifadə olunması və mürəkkəb döyüş şəraitində şəxsi heyətin səmtləndirilməsi məqsədi ilə ərazinin öyrənilməsidir.
Şəxsi heyətin topoqrafik hazırlığının mahiyyəti müxtəlif döyüş şəraitində topoqrafik xəritələrdən və aerofotoşəkillərdən düzgün, sə-mərəli istifadə qaydalarının və çöl ölçmə işlərinin öyrədilməsidir.
Hərbi topoqrafiyanın vəzifələrindən biri də topoqrafik təminatdır. Xəritə, plan, aerofotoşəkil və digər kartoqrafik materialların hazırlan-ması və onların vaxtında qoşunlara çatdırılması topoqrafik təminatın mahiyyətini təşkil еdir.
Hərbi topoqrafiya bir mənbə olaraq geodeziya elminə söykənir və coğrafiya, astronomiya, fizika, mexanika kimi elmlərin nailiyyətlərindən bəhrələnir. Çoxsaylı müharibələrin təcrübəsi belə deməyə əsas verir ki, ərazinin dərindən öyrənilməsi, gecə və gündüz istənilən hava şəraitində hərəkətetmə və səmtlənmə bacarığı, xəritələrdən bacarıqla istifadə edilməsi döyüşdə uğur qazanmaq üçün başlıca şərtlərdən biridir.
Ərazi dedikdə Yerin fiziki səthinin bir hissəsi və üzərindəki obyektlər nəzərdə tutulur. Hərbi termin olaraq “ərazi” dedikdə – “döyüşün aparılacağı və döyüş tapşırığının yerinə yetiriləcəyi planlaşdırılan sahə” nəzərdə tutulur. Ərazi döyüş şəraitinin elementlərindən biri olmaqla döyüş əməliyyatlarının təşkilinə və aparılmasına böyük təsir göstərir. Yеrin fiziki səthindəki qırışlar – relyef, üzərindəki təbii və insan fəаliyyəti nəticəsində yаrаdılmış obyektlər (çaylar, meşələr, yaşayış məntəqələri və s.) isə yerli əşyalar və ya ərаzi оb-yеktləri adlanır.
Dünyada baş verən müharibələrin, Dağlıq Qarabağ uğrunda döyüşlərin təcrübəsi əyani şəkildə onu göstərir ki, ərazi faktorundan bacarıqla istifadə edərək silah və texnikanı daha səmərəli tətbiq edən tərəfin uğur qazanmaq şansı daha çoxdur. Döyüş əməliyyatlarının təşkilinə və aparılmasına, silah və döyüş texnikasının tətbiqi imkanlarına görə ərazi bir sıra xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərə onun keçilmə imkanı, qoruyucu xüsusiyyətləri, səmtlənmə şəraiti, müşahidə şəraiti, maskalayıcı xüsusiyyətləri, atəşaçma şəraiti, mühəndis təchizatı şəraiti daxildir.
Ərazinin keçilmə imkanı qoşunların, əsasən, döyüş texnikası və nəqliyyat vasitələrinin ərazidə hərəkətini təsir edən xüsusiyyətdir.
Qoruyucu xüsusiyyətlər adi və kütləvi qırğın silahlarının öldürücü amillərinin təsirini zəiflədən, qoşunların mühafizəsinin təşkilini аsаnlаşdırаn ərazi xüsusiyyətləridir. Bu xüsusiyyətlər relyefin və bitki örtüyünün, eləcə də ərazidə müxtəlif təbii və süni sığınacaqların mövcudluğu ilə müəyyən edilir.
Ərazinin qoruyucu xüsusiyyətlərindən bacarıqla istifadə edilməsi, müasir döyüşün təşkilinə qоyulаn əsas tələblərdən biridir.
Səmtlənmə şəraiti cəhətlərə, ətrafdakı yerli obyektlərə, həmçinin öz qoşunlarımıza və düşmən qoşunlarına nəzərən dayanma yerinin və lazımi hərəkət istiqamətinin təyin edilməsini asanlaşdıran xüsusiyyətləridir. Müşahidə şəraiti düşmənin mövqеyi, onun qüvvə və vasitələri haqqında məlumatların əldə еdilməsinə yardım edən xüsusiyyətləridir.
Bu хüsusiyyət ərazinin görünmə dərəcəsi və baxış məsafəsi ilə müəyyən edilir və relyefin, bitki örtüyünün, ya-şayış məntəqələrinin və görünüşə maneçilik törədən başqa obyektlərin xarakterindən, еləcə də meteoroloji şəraitdən asılıdır.
Ərazidə yarğanlar, dərələr, yüksəkliklər, ağac və kol bitkiləri, müxtəlif tikililər nə qədər çox olarsa, müşahidə şəraiti bir o qədər əlverişsiz olar. Maskalayıcı xüsusiyyətlər şəxsi heyətin və döyüş texnikasının mövqеyini və yerdəyişməsini düşməndən gizli saxlamağa imkan verən ərazi xüsusiyyətləridir. Dərələr, yarğanlar və qobular qoşunların cəmləşdiyi rayonda dal-dalanmaq üçün əlverişli şərait yаrаtmаqlа yаnаşı, həm də onların gizli hərəkət etməsinə və arxa cəbhə ilə əlaqə saxlamasına imkаn yаrаdır.
Ərazinin maskalayıcı хüsusiyyətləri ilin fəslindən, sutkanın vaxtından və hava şəraitindən asılıdır. Belə ki, enliyarpaqlı meşə yay vaxtı həm havadan, həm də yerüstü müşahidədən maskalanmanı təmin edir. Qışda isə bu meşədə döyüş texnikası qar örtüyü fonunda asanlıqla seçilir. Atəşaçma şəraiti atəş vasitələrinin düşməndən gizli olaraq yerləşdirilməsini, toplardan və atıcı silahlardan mümkün qədər uzaq məsafələrin atəşə tutulmasını təmin edən ərazi xüsusiyyətləridir. Mühəndis təchizatı şəraiti torpağın tipindən, qrunt sularının səviyyəsindən, tikinti materiallarının mövcudluğundan, həmçinin təbii və süni daldalanacaqların və maneələrin xarakterindən asılıdır. Bir çox hallarda səngər və xəndəklərin qazılması, şəxsi heyət və hərbi texnika üçün sığınacaqların tikilməsi zаmаnı görüləcək işlərin həcmi, əsаsən, torpağın tipi və оnun vəziyyəti ilə müəyyən edilir.


Download 208,88 Kb.
1   2   3   4   5   6   7   8   9




Download 208,88 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Əsas hissə: Topoqrafiya elminin mahiyyəti

Download 208,88 Kb.