|
Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİNİn akademiyasi
|
bet | 1/9 | Sana | 17.12.2023 | Hajmi | 208,88 Kb. | | #121307 |
Bog'liq 12.Meyillilik. Xəritə üzərində işlər və maarşurutun tərtibi
AZƏRBAYCAN RESPUBLİKASI
FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN
AKADEMİYASI
____________________ fakültəsi
Hərbi kafedra
Topografiya-3 fənnindən
KURS İŞİ
I semestr
Taqım
KURSANT:
MÜƏLLİM:_________________________________
KAFEDRA RƏİSİ: Polkovnik, Hüseynqulu Həsənov
Meyillilik. Xəritə üzərində işlər və maarşurutun tərtibi
Plan:
Giriş hissə
Topoqrafiya elmi haqqında qısa məlumat
Azimut haqqında ümumi məlumat
Azimutun təyini haqqında ümumi məlumat
Azimut üzrə hərəkətetmə qaydası haqqında ümumi məlumat
Hərəkətin dəqiqliyinə təsir göstərən amillər haqqında
Əsas hissə
Topoqrafiya elminin mahiyyəti
Azimutun təyin olunması nədən ibarətdir
Günəşin zenit məsafəsini ölçməklə azimutun təyin edilməsi
Azimutun Krasovski üsulu ilə təyin edilməsi
Azimutun hərəkət marşrutunun tərtib edilməsi
Azimutla hərəkətetmə qaydası nədən ibarətdir
Azimutla hərəkətdə diqqəti cəlb edən bəzi xüsusiyyətlər
Nəticə
Azimutla hərəkət haqqında nəticə
Azimut üzrə hərəkətin dəqiqliyi haqqında nəticə
Ədəbiyyat
Giriş:
Topoqrafiya elmi haqqında qısa məlumat
Topoqrafiya bir elmdir ki, əməli riyaziyyatı ölçüm texniklər və rəssamlıq hünəri ilə birləşdirir və yer sahəsinin bir qismini cizgi şəkilində səhifə üzərində çəkir. eləcə demək olar ki xəritə bir səhifənin üzərində yerin bir sahəsinin üfüqi və kiçilmiş şəkilidir.
Topoqrafik biliklər orduda şəxsi heyətin döyüş hazırlığında mühüm rol oynayır. Məlumdur ki, ərazi döyüş şəraitinin əsas və ayrılmaz amillərindən biri olmaqla qoşunların döyüş fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Ərazi döyüş tapşırığının uğurla yerinə yetirilməsinə yalnız o halda müsbət təsir edə bilər ki, ərazi düzgün qiymətləndirilsin və konkret döyüş şəraitində ondan bacarıqla istifadə edilsin.
Ərazinin relyefi və coğrafi obyektlər haqqında məlumatların əsas mənbəyi topoqrafik xəritələr və aerofotoşəkillərdir.
Azimut haqqında ümumi məlumat
Tanış olmayan ərazidə yollardan kənarda, meşədə, gecə vaxtı dumanda və digər çətin şəraitdə, həmçinin xəritə olmadıqda hərəkət istiqaməti kompasın köməyilə düzgün saxlanılır. Bunun üçün əvvəlcədən hərəkət marşrutu seçilərək yolun hər bir hissəsinin ayrı-ayrılıqda uzunluğu və maqnit azimutu teyin edilir. Beləliklə azimutla hərəkət (travers) yerinə yetirilir.
Azimutla hərəkət (travers) dedikdə məlum istiqamət və məsafələrə görə ərazidə qabaqcadan nəzərdə tutulmuş marşrut üzrə hərəkət başa düşülür.
|
| |