Book · May 017 citation reads 4,014 authors




Download 8.24 Mb.
Pdf ko'rish
bet3/175
Sana30.01.2023
Hajmi8.24 Mb.
#40160
1   2   3   4   5   6   7   8   9   ...   175
Bog'liq
Aviasiyacihazlari

I FƏSİL 
 
AVİASİYA CİHAZLARI VƏ İNFORMASİYA- 
ÖLÇMƏ SİSTEMLƏRİNİN QURULMA PRİNSİPLƏRİ 
 
1.1. Aviasiya cihazlarının təyinatı və təsnifatı 
 
Aviasiya cihazqayırmasının inkişafı nəticəsində yeni tip 
uçuş aparatlarının yaradılması yüksək sürət və uçuşun kifayət 
qədər böyük məsafədə yerinə yetirilməsindən yaranan ehtiyacla 
bağlıdır. Bu uçuşların idarəetmə proseslərinin avtomatlaşdırma 
səviyyəsinin daha yüksək olmasını tələb edir. 
XX əsrin əvvəllərində ilk uçuş aparatının yaradılması 
zamanı uçub qalxma məsələsi həll edilirdi. Bu zaman uçuş 
parametrləri cihazlar vasitəsilə təyin edilmirdi, yalnız güc 
qurğularının (məs: mühərrikin) müəyyən bir parametrlərinə 
(dövrlər sayı, yağın temperaturu, təzyiqi) nəzarət edilirdi. Uçuş 
aparatının hündürlüyü, sürəti və koordinatlarına nəzarət 
bilavasitə pilot tərəfindən müşahidə yolu ilə (vizual) aparılırdı. 
Xüsusilə birinci dünya müharibəsində uçuşların mürəkkəb 
metereoloji şəraitdə keçməsi cihaz avadanlıqlarının inkişafına 
təkan verdi.
Aviasiyanın inkişafı uçuşların təhlükəsizliyinin və mün-
təzəmliyinin artırılması ilə xarakterizə edilir. Uçuşların 
təhlükəsizliyinin təmin edilməsində aviasiya cihazlarının və 
avtomatik sistemlərin rolu hər zaman artır. Hava nəqliyyatının 
mükəmməlləşdirilməsi təyyarələrdə və helikopterlərdə mürək-
kəb cihaz avadanlıqlarının tətbiqi ilə müşaiət olunur. Uçuş 
aparatı mürəkkəb qurğu olaraq planerdən, mühərrik təsisindən 
və cihaz avadanlığından ibarətdir. Müasir təyyarələrin bütün 
bort avadanlığının üç qrupa bölünməsi qəbul edilmişdir: elektriki, 
radiotexniki və cihaz. Öz növbəsində cihaz avadanlığı duyğac-
lardan və göstəricidən ibarətdir. Bəzən ölçü çeviricilərini duy-
ğac adlandırırlar. Lakin çevirici duyğac deyil, o, çeviricilərin 
məcmusudur. Duyğac dedikdə təyin olunmuş fiziki kəmiyyəti 



ölçən və onu sonradan istifadə ediləcək ümumi ölçü və ya 
avtomatik sistemlərə münasib şəkildə çevirən qurğu başa 
düşülür.
Aviasiya cihazlarının istismarına xüsusi tələblər qoyulur: 
geniş diapazonda vibrasiyaya davamlılıq, yüksək temperatur 
düşgülərində etibarlı iş, işıqlanmanın müxtəlif şəraitində 
ölçmənin oxuna bilməsinin sadəliyi və etibarlılığı, cihaz 
avadanlıqlarının korroziyaya davamlılığı və s. 
İnformasiyanın emal efektivliyi hesablama qurğularının 
nüfuzu hesabına kifayət qədər artır. Cihaz duyğacları aşağıdakı 
əlamətlərə görə təsnifatlandırılır: 
-Təyinatına görə; 
-Çıxış siqnalına görə; 
-İnformasiyanın təqdim olunma üsuluna görə;
-Təsirin məsafəliliyinə görə. 
Uçuş aparatlarının təyinatına görə cihaz və duyğaclar 4 
əsas qrupa bölünür: 
1. Pilotaj-naviqasiya cihaz və duyğacları; 
2.Güc qurğularının (bort aparatlarının) iş rejimlərinə 
nəzarət edən cihaz və avadanlıqlar; 
3. Köməkçi cihazlar
4. Tibbi –bioloji cihaz və duyğaclar. 
Pilotaj-naviqasiya cihaz və duyğacları – uçuş aparatının 
fəzada xətti və bucaq vəziyyətini (pilotaj-naviqasiya parametr-
ləri) və koordinatlarını təyin edir. Pilotaj parametrləri təyyarə-
nin fəzada təhlükəsiz uçuşunu təmin edən zəruri parametrlərdir 
(indikator sürəti, uçuş hündürlüyü, kren, tanqaj və s.). 
Naviqasiya parametrləri dedikdə - uçuş aparatlarının 
koordinatları, yol sürəti və s. parametrlərini özündə əks etdirir.
Pilotaj-naviqasiya qurğuları ilə bərabər uçuş aparatların-
da pilotaj-naviqasiya sistemləri də mövcuddur. Belə sistemlərə 
hərəkət istiqamətini, yəni təyyarənin kursunu, onun hündür-
lüyünü təyin edən və saxlayan sistemi (şaquli istiqaməti 
müəyyən edən) aid etmək olar. 



2-ci qrupa aid olan cihaz və duyğaclar güc qurğularının iş 
rejimini səciyyələndirən parametrləri təyin edən cihazlar, 
köməkçi bort aqreqatları (əyləc sistemi), şassi sistemi, hermetik 
kabinanın hava ilə doldurulması sistemi işini xarakterizə edən 
parametrləri təyin edən cihaz və duyğaclar aiddir. Belə tip 
parametrlərə təzyiqi, temperaturu, mayelərin və qazların 
sərfini, mayelərin səviyyəsini, mühərriklərin valının fırlanma-
sının bucaq sürətlərini təyin edən parametrləro aid etmək olar. 
3-cü qrupa aid olan cihaz və duyğaclar tibb sahəsində 
tətbiq olunduğundan hazırkı kitabın materiallarına daxil edi-
lməmişdir. 
4-cü qrupa aid olan cihaz və duyğaclar meteoroloji 
parametrləri təyin edən qurğulara aiddirlər və uyğun fəsillərdə 
lazımi məlumatlar veriləcəkdir. 
Çıxış siqnalına görə cihaz və avadanlıqlar güc 
qurğularının və bort aqreqatlarının (əyləc sistemi, şassi və 
qanad arxasının buraxılması və s.) işini xarakterizə edən fiziki 
parametrləri təyin edir. Bu qrup cihaz və avadanlıqların təyin 
etdiyi fiziki parametrlər aşağıdakılardır: 
Təzyiq, mühərikin dövrlər sayı, maye və qazların 
temperaturu və sərfi, mayenin miqdarı (səviyyəsi), çıxan 
qazların temperaturu və s. 
Çıxış siqnalına görə duyğaclar aşağıdakı kimi 
təsnifatlanırlar: 
a) elektrik çıxış siqnalı olan duyğaclar. Belə siqnal kimi 
duyğacın elektrik müqaviməti, induktivliyi, tutumu, gərginliyi, 
cərəyan şiddəti, tezliyi və s. ola bilər;
b) hidravlik və pnevmatik çıxış siqnalı olan duyğaclar 
(təzyiq, maye və ya qaz sərfi və s.); 
c) mexaniki çıxış siqnalı olan duyğaclar (qüvvə, qüvvə 
momenti, yerdəyişmə, sürət və s); 
d) optik çıxış siqnalı olan duyğaclar (işığın parlaqlığı, 
sayrışmanın tezliyi və s.); 



e) akustik çıxış siqnalı olan duyğaclar (səsin gücü, səs 
dalğalarının tezliyi və s.). 
Uçuş aparatlarında daha çox tətbiq olunan duyğaclar 
elektrik çıxış siqnalı olan duyğaclardır. 
İnformasiyanın təqdim olunma üsuluna görə vizual 
cihazların aşağıdakı növləri mövcuddur: 
a) əqrəb indikasiyalı qurğular. Bu qurğular tərpənməz 
şkalaya və fırlanma, yaxud irəliləmə hərəkətini yerinə yetirən 
göstərici əqrəbə malikdir. Bəzi cihazlarda əqrəb tərpənməz 
olub, şkala hərəkət edən olur. Bu halda şkala fırlanan disk, 
sarınmış lent və ya silindr şəklində olur.
b) şərti təsvir indikasiyalı qurğular. Bu qurğular həndəsi 
formasını dəyişən şərti təsvirlər vasitəsilə idarə olunan fiziki 
proses haqqında yüksək keyfiyyətə malik informasiya verir. 
Məsələn, təyyarənin hərəkət edən təsviri vasitəsilə uçan 
təyyarənin üfüqi müstəviyə nəzərən vəziyyəti haqqında 
informasiya vermək olur. Şərti təsvir indikasiyalı qurğuların 
xüsusi halı siqnalizatorlardır. Onlar hər hansı hadisənin varlığı 
və ya yoxluğu haqqında informasiya vermək üçündür. 
Məsələn, 
obyektin 
fiksə 
olunmuş 
X
0
səviyyəsinin 
koordinatlarından birinin normadan kənara çıxdığı barədə olan 
məlumat. Adətən siqnalizator iki işçi hala malik olur. Birincisi
X(t) X
0
, ikincisi isə X(t)X

şərtlərinə cavab verir;
c) rəqəm indikasiyalı cihazlar. Bu cihazlarda
informasiyanın təsviri sayğaclar vasitəsilə yerinə yetirilir.
Duyğaclar informasiyanın təqdim olunma üsuluna görə 
iki əsas növə bölünürlər: 
a) kəsilməz siqnallı duyğaclar (hansılardakı çıxış siqnalı 
elektrik gərginliyi, cərəyan şiddəti, tezlik, faza suruşməsi və s.) 
giriş kəmiyyətləri ilə kəsilməz funksional asılılığa malikdir;
b) diskret siqnallı duyğaclar, hansılardakı giriş siqnalının 
səlis dəyişməsi zamanı çıxış siqnalı sıçrayışla dəyişir. Belə ki, 
çıxış siqnalının səviyyəsi məhdud sayda qiymət ala bilər.



Məsafədən idarə olunmasına görə cihazlar iki növə 
bölünürlər: 
a) qeyri-distansion cihazlar
b) distansion cihazlar. 
Hesablama aləti olub-olmamasından asılı olmayaraq 
göstərici cihazın əsas hissəsidir.
Qeyri-distansion cihazlar yalnız göstəricidən, distansion 
cihazlar isə ümumi halda duyğac, gücləndirici-çevirici, 
ötürücü, qəbuledici və göstəricidən ibarətdir. Bu elementlər 
arasında qarşılıqlı təsir rabitə xətləri vasitəsilə yerinə yetirilir. 
Rabitə xətləri mexaniki, hidravlik, pnevmatik, elektrik və ya 
radioelektrik üsullarla qurula bilər. 

Download 8.24 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   175




Download 8.24 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Book · May 017 citation reads 4,014 authors

Download 8.24 Mb.
Pdf ko'rish