Uçuş aparatlarının informasiya-ölçmə sistemləri




Download 8.24 Mb.
Pdf ko'rish
bet4/175
Sana30.01.2023
Hajmi8.24 Mb.
#40160
1   2   3   4   5   6   7   8   9   ...   175
Bog'liq
Aviasiyacihazlari

1.2. Uçuş aparatlarının informasiya-ölçmə sistemləri 
 
Uçuş aparatlarının informasiya-ölçmə sistemlərinin 
təsnifatı, sistemin təyinatı və iş prinsipi, siqnalların verilmə 
xarakteri və ölçmə informasiyasının ötürülmə üsulu,
informasiya-ölçmə kompleksində istifadə olunan riyazi 
modelin növü və ölçülən informasiyasının indikasiya üsulu 
üzrə həyata keçirilir.
1. Təyinatına görə informasiya-ölçmə sistemlərini 
aşağıdakı siniflərə ayırmaq olar: 
– pilotaj sistemləri; 
– naviqasiya sistemləri; 
– pilotaj-naviqasiya sistemləri; 
–güc qurğularının vəziyyətinin parametrlərini ölçmə 
sistemləri; 
– yanacaq ehtiyatını ölçmə və uçuş aparatının kütlə 
mərkəzinin vəziyyətini idarəetmə sistemləri; 
– ekipaj və sərnişinlərin həyat və fəaliyyətinin təminatı 
sistemləri; 
pilotaj-naviqasiya 
parametrlərinin 
kritik 
(qəza) 
qiymətlərinə nəzarət sistemləri; 


10 
– uçuş prosesinin parametrlərini ölçmə və qeydə alma 
(saxlama) sistemləri; 
– uçuş aparatın bort avadanlığının parametrlərini ölçmə 
və nəzarət sistemləri. 
2. Ölçülən fiziki proseslərin çıxış məlumatına çevrilməsi 
prosesində istifadə olunan fiziki kəmiyyətlərin iş prinsipinə 
görə (və ya növünə görə) fərqləndirilir: 
– mexaniki sistemlər; 
– elektromexaniki sistemlər; 
– optik sistemlər; 
– radiotexniki sistemlər; 
– elektron sistemlər; 
– istilik sistemləri. 
3. Çıxış ölçmə informasiyasının hazırlanması prosesində 
siqnalların verilmə xarakterinə görə aşağıdakı sistemlər ayrılır:
– analoq sistemləri; 
– impuls sistemləri; 
– rəqəmli sistemlər; 
Həmçinin aşağıdakı qarışıq sistemlərdən də istifadə 
olunur: 
– analoq-impuls; 
– analoq-rəqəm; 
– impuls-rəqəm. 
Analoq informasiya-ölçmə sistemlərində siqnallar ölçü-
lən fiziki proseslərin çıxış siqnalına çevrilməsinin bütün 
mərhələlərində fasiləsiz zaman funksiyalarıdır.
İmpuls informasiya-ölçmə sistemlərində ölçmə informa-
siyasının çıxış siqnalına çevrilməsinin əsas mərhələləri zamana 
uyğun olaraq diskretləşdirilmiş siqnalların müəyyən zaman 
ərzində yaranan impulsların köməyi ilə həyata keçirilir. Bu 
impulslarda ölçülən fiziki proses haqqında məlumat bir və ya
bir neçə parametrdə - impulsun amplitudası, uzunluğu və ya 
yaranma tezliyində öz əksini tapır.


11 
Rəqəmli informasiya-ölçmə sistemlərində siqnalların 
zamana görə diskretləşdirilməsi ilə yanaşı, səviyyəyə görə də 
diskretləşdirilməsi həyata keçirilir.
4. Ölçmə informasiyasının ötürülmə xarakterinə görə 
informasiya-ölçmə sistemlərini ölçülən fiziki prosesi bilavasitə 
qəbul edən ölçü çeviricisindən informasiya-ölçmə sistemlərinin 
siqnal verilməsini və ya indikatorun göstəricilərinin hesablan-
masını təmin edən çeviriciyə məsafədən ötürülməsinin mövcud 
olması və ya olmamasından asılı olaraq təsnif etmək olar. Qeyd 
olunan əlamətə görə informasiya-ölçmə sistemləri məsafədən 
və məsafəsiz məlumat ölçmə sistemlərinə ayrılır.
5. İndikasiya üsuluna görə uçuş aparatlarının məlumat 
ölçmə sistemləri məlumatın operatora bilavasitə ötürülməsi ilə 
səciyyələnən məlumat ölçmə sistemlərinə və məlumatı qeydə 
almaq üçün hər hansı maddi daşıyıcıya (kağız lent, maqnit lent, 
elektron məlumat daşıyıcısı və s.) ötürən qeydiyyat infor-
masiya-ölçmə sistemlərinə ayrılır.
İndikasiya kanalının operator tərəfindən istifadə olunan 
növünə görə məlumatın operatora bilavasitə ötürülməsi ilə 
səciyyələnən informasiya-ölçmə sistemləri aşağıdakı sistemlərə 
ayrılır: 
– müşahidə indikasiyalı məlumat ölçmə sistemləri; 
– səs indikasiyalı məlumat ölçmə sistemləri; 
– təmas indikasiyalı (dərinin qıcıqlandırıcılara – təzyiqə, 
temperatura və s. qarşı həssaslığı) informasiya ölçmə 
sistemləri. 
Operatorun müşahidə kanalının indikatorları məlumatın 
verilmə üsuluna görə bu və ya digər hesablama qurğularından 
(şkala və əqrəblər, işıq dirəyi və şkala, rəqəmli qeyd etmə, 
diskret siqnallardan işıq siqnalizasiyası və s.) istifadə edən 
indikasiya və təsviri (yerin xəritəsi, siqnalların məkan təsvirləri 
kimi əks olunması və s.) indikatorlara ayrılır. 

Download 8.24 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   175




Download 8.24 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Uçuş aparatlarının informasiya-ölçmə sistemləri

Download 8.24 Mb.
Pdf ko'rish