• A.Z. Bədəlov, R.N. Nəbiyev, A.Z. Məmmədov.
  • R.M.,  AMAE  Radiasiya  Problemləri İnstitutunun laboratoriya rəhbəri,  f.-r.e.d., professor.  4.Əhmədov




    Download 8.24 Mb.
    Pdf ko'rish
    bet2/175
    Sana30.01.2023
    Hajmi8.24 Mb.
    #40160
    1   2   3   4   5   6   7   8   9   ...   175
    Bog'liq
    Aviasiyacihazlari

    R.M., 
    AMAE 
    Radiasiya 
    Problemləri İnstitutunun laboratoriya rəhbəri, 
    f.-r.e.d., professor. 
    4.Əhmədov 
    R.M., Azərbaycan Texniki 
    Univresitetinin “Avtomatika və idarəetmə”
    kafedrasının dosenti, t.e.n. 
    A.Z. Bədəlov, R.N. Nəbiyev, A.Z. Məmmədov. Aviasiya
    cihazları və informasiya-ölçmə sistemləri. Dərslik. Bakı, MAA, 2017, 
    382 səh.
    Dərslik 050624 - Cihazqayırma mühəndisliyi, 050616 – Uçuş 
    mühəndisliyi və 051614 – Aviasiya texnikası avadanlıqlarının 
    istismarı mühəndisliyi ixtisasları üzrə bakalavr pilləsində təhsil alan 
    tələbələr üçün nəzərdə tutulmuşdur. Ondan həmçinin magistrantlar
    doktorantlar, müəllimlər və mühəndis-texniki işçilər də istifadə edə 
    bilərlər.
     
     



    GİRİŞ 
     
    Uçuşların təhlükəsizlik tələblərinə uyğun olaraq hava 
    gəmisinin avadanlıqlarının fasiləsiz olaraq təkmilləşdirilməsi 
    aviasiya cihazlarının da müasir tələblər əsasında yenidən işlən-
    məsini şərtləndirir. Cihaz avadanlıqları hava gəmilərinin (HG) 
    bort aviasiya avadanlıqlarının mühüm tərkib hissəsidir. Belə ki, 
    cihaz avadanlıqları uçuşda HG-nin hərəkətini və fəzada 
    vəziyyətini, aviasiya mühərriklərinin işini, həyat təminatı 
    sistemlərinin, təhlükəli uçuş rejimləri haqqında xəbərdarlıq, 
    imtina haqqında siqnalizasiya və digər sistemlərin işini 
    xarakterizə edən parametrlər haqqında informasiyanın alın-
    masını yerinə yetirir. Bu məlumatlar uçuş tapşırığının 
    təhlükəsiz yerinə yetirilməsi və onun təmini üçün güc 
    qurğularının (GQ) iş rejimlərinə nəzərat və uçuşun əl ilə və ya 
    avtomatik idarə edilməsi üçün istifadə olunur. 
    Müasir aviasiya cihazlarında bütün informasiyalar kom-
    binə edilmiş indikatorlara çıxarılır. Bu indikatorlar pilota bütün 
    məlumatlara bir displeydə baxmağa imkan verir. Uçuşun 
    rəqəmli idarəetmə sistemləri və çoxfunksiyalı indikatorlar 
    pilota təyyarənin məkanda vəziyyəti və yeri haqqında ən 
    düzgün məlumatı verir. Kombinə edilmiş indikatorun yeni tipi 
    olan proyeksiya edilmiş displey təyyarənin ön şüşəsində 
    cihazın göstərişini əks etdirməyə imkan verir. Belə indikasiya 
    sistemi yalnız hərbi təyyarələrdə deyil, həmçinin son dövrlərdə 
    istehsal olunan mülki təyyarələrdə də tətbiq edilir. 
    Aviasiya cihazları müxtəlif cihaz qruplarını özündə 
    birləşdirir. Bunlara pilotaj-naviqasiya cihazları, güc qurğu-
    sunun işinə nəzarət cihazları və başqa cihazlar aiddir. Pilotaj-
    naviqasiya cihazları öz növbəsində aerometrik cihazları, giro-
    skopik cihazları, naviqasiya qurğuları və sistemlərini özündə 
    birləşdirir. Naviqasiya və kurs sistemləri ayrıca olaraq aviasiya 
    cihazları və ölçmə sistemlərinə daxildir. Aerometrik və 
    giroskopik cihazlarının, güc qurğularının işinə nəzarət cihaz-



    larının göstəriciləri birbaşa uçuşların təhlükəsizliyinə təsir edir. 
    Qəza şəraitində informasiyanin etibarlı verilməsini təmin 
    etmək məqsədi ilə onlara xüsusi tələblər irəli sürülür. Ona görə 
    də bu qrup cihazların yaradılmasında və təkmilləşdirilməsində 
    çalışırlar ki, onlar öz avtonomluğunu saxlasınlar. 
    Aviasıyanın inkişafı ilə HG-nin idarə edilməsi üçün 
    verilən tapşırıqların mürəkkəbləşməsi və sayının artması 
    uçuşun informasiya təlabatının xeyli dərəcədə yüksəlməsinə 
    gətirib çıxarmışdır. Müasir HG-nin istismar xarakteristikaları 
    yalnız onun planerinin və mühərrikinin texniki səviyyəsi ilə 
    deyil, həm də təyyarənin bort avadanlığının və onun cihaz 
    kompleksinin mükəmməlliyi ilə məyyən edilir. Bu avadanlıqlar 
    yüksək dəqiqlikli dördölçülü naviqasiyanı, mürəkkəb meteo-
    şəraitdə HG-nin enməsini, bort qurğularının diaqnostikasını, 
    imtinasının lokallaşdırılmasını və heyətin informasiya yükünün 
    azaldılmasını təmin etməlidir. 




    Download 8.24 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   175




    Download 8.24 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    R.M.,  AMAE  Radiasiya  Problemləri İnstitutunun laboratoriya rəhbəri,  f.-r.e.d., professor.  4.Əhmədov

    Download 8.24 Mb.
    Pdf ko'rish