• Şək. 1.1. Cihazın funksional sxemi.
  •  Aviasiya cihazları və informasiya - ölçmə sistemlərinin




    Download 8.24 Mb.
    Pdf ko'rish
    bet6/175
    Sana30.01.2023
    Hajmi8.24 Mb.
    #40160
    1   2   3   4   5   6   7   8   9   ...   175
    Bog'liq
    Aviasiyacihazlari

    1.4. Aviasiya cihazları və informasiya - ölçmə sistemlərinin 
    qurulma prinsipləri və struktur xüsusiyyətləri 
     
    Aviasiya cihazları və informasiya - ölçmə sistemləri UA-
    nın bortunda yerləşir. Bu cihaz və sistemlər ölçmələrin müasir 
    vasitələrinə aiddir. Ölçü cihazı ölçülən x(t) siqnalın y(t) çıxış 
    siqnalına çevrilməsi üçündür:
    y(t)=F[x(t)] (1.1) 
    burada x(t) və y(t) vektorial kəmiyyətlərdir. F(x) lazım olan 
    çevrilmə funksiyasıdır. Qəbul edək ki, bu funksiya inteqral-
    lama və diferensiallama da daxil olmaqla bütün riyazi əmə-
    liyyatları yerinə yetirir. Real cihazlarda çevrilmə funksiyası 
    təkcə siqnaldan deyil, həm də digər faktorlardan asılı olur. 
    Bunlar aşağıdakılardır. 
    1. x(t) siqnalına təsir edən həyəcanlandırıcı təsirlər () . 
    2. Cihazın parametrlərinə təsir edən 
    (t) küyləri. 


    15 
    3.Cihazın qeyri-dəqiq hazırlanması hesabına yaranan 
    xətalar. 
    4. Cihazın özündə yaranan küylər - . 
    Bütün bunları nəzərə almaqla çevrilmə funksiyasını 
    aşağıdakı kimi yazmaq olar 
    y(t )= F [x ,
    , q() ]. (1. 2) 
    burada 
    q(),  vektorlardır. 
    Şək. 1.1-də bu asılılığı təsvir edən funksional sxem 
    verilmişdir. Duyğacların qurulması prinsipləri dedikdə elə 
    strukturlu prinsipial sxemin işlənməsi nəzərdə tutulur ki
    cihazlara qoyulan bütün tələbləri ödəmiş olsun. Belə tələblər 
    aşağıdakılardır: 
    Şək. 1.1. Cihazın funksional sxemi. 
    1. Sxem işlənərkən müasir element bazasından istifadə 
    olunmalıdır. 
    2. 
    Cihazqayırma 
    sahəsində 
    mütərəqqi 
    inkişaf 
    istiqamətləri nəzərə alınmalıdır. 
    3. Sxemin işlənməsində mümkün ola biləcək variant-
    lardan ən optimalı seçilməlidir. 
    Duyğaclara qoyulan ümumi tələblər aşağıdakılardır: 
    1. Cihazın xətaları buraxılan həddən çox olmamalıdır. Bu 
    qiymət duyğacın tətbiq sahəsindən və onun düzəldilməsinin 
    texniki imkanlarından asılıdır. 
    2. İstismar zamanı yaranan xətalar avtomatik olaraq 
    aradan qaldırılmalıdır. 


    16 
    3. Duyğacın elementləri imkan daxilində həssas olmalıdır 
    və ora daxil olan sonrakı elementlər əvvəlkindən daha çox 
    enerji tələb etməməlidir. 
    4. Duyğac kifayət qədər həssaslığa malik olmalıdır, 
    etibarlı olmalıdır, az enerji tələb etməlidir, kiçik qabarit 
    ölçülərinə və az çəkiyə malik olmalıdır. 
    Cihazı qurarkən bu prosesi aşağıdakı mərhələlərə bölmək 
    olar. 
    1. Ölçmə metodunun seçilməsi və bu metoda uyğun 
    qanunauyğunluğun düsturunun çıxarılması 
    Z=(x) 
    burada x - ölçülən kəmiyyət, - dolayı ölçülən kəmiyyətdir. 
    Misal: H - hündürlüyü barometrik üsulla ölçərkən 
    təyyarənin uçduğu hündürlüklə atmosfer təzyiqi P
    H
    aşağıdakı 
    ifadə ilə müəyyən olunur 
    1
    0
    0
    1
    R
    H
    H
    p
    p
    T




    =






    burada H=x, P
    H
    =Z.
    , P
    0
    , T
    0
    , R isə dəyişməzliyi qəbul olunan 
    kəmiyyətlərdir. 
    2. Duyğacın struktur sxeminin tərtib edilməsi. Sxem 
    özündə bloklar yığınını birləşdirir. Bloklar isə özlüyündə 
    ölçülən siqnalın elementar çevirmələrini həyata keçirir. 
    3. Blokların və ümumiyyətlə duyğacın statik və dinamik 
    xarakteristikalarının təyin edilməsi və bu xarakteristikaların 
    bizə lazım olan xarakteristika ilə müqayisəsi. 
    4. Struktur sxemin prinsipial elektrik sxemi şəklində 
    texniki reallaşdırılması. 
    Cihazın struktur sxemi bir tərəfdən informasiyanın 
    elementar çevrilmələrini həyata keçirən şəbəkələr yığınını, 
    digər tərəfdən isə statik və dinamik ötürmə xüsusiyyətlərini 
    əks etdirməlidir. 


    17 

    Download 8.24 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   175




    Download 8.24 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



     Aviasiya cihazları və informasiya - ölçmə sistemlərinin

    Download 8.24 Mb.
    Pdf ko'rish