|
Isi 2019 172 оф "Международный научно-исследовательский центр "Endless Light in Science" 303 географические наукиBog'liq az-rbaycanin-ki-zaqatala-iqtisadi-co-rafi-rayonunun-land-aftlarinin-ekoco-rafi-x-susiyy-tl-ri
Şəkil -1. Şəki rayonunun Xan yaylağı
ərazisində subalp çəmənliyi.
Dağətəyi landşaftlar parçalanmış relyefə malik olan 400-600 m hündürlükdə olan maili
yamaclarla yanaşı, dərəli-təpəli sıralar, adırlar, qobularla fərqlənir. Dağ silsilələri dik yamaclarına
nisbətən cavan və yumşaq süxurlardan təşkil olunmuşdur. Təpəliklər arasında dağ çaylarının və
müvəqqəti axınların yaratdıqları gətirmə konuslarının allüvial çöküntüləri də iştirak edir. Digər
landşaftlardan fərqli olaraq burada iqlim şəraiti və geomorfoloji amillər mühüm rol oynayır. Hər bir
morfostruktur özünəməxsus yüksəklik qurşaqları kompleksinə malik olur. Burada landşaftlar
düzənliklərdən dağlara keçidin birinci yüksəklik zolağını təşkil edir və landşaft fasiya, mərzləri və
mozaikaları ilə təmsil olunur.
Düzən meşələrinə Böyük Qafqazın cənub yamacının düzənlik və ovalıq sahələrində bitən meşə
landşaft mərzləri misal göstərilə bilər. İqlim və meşələrin bitməsi üçün münasib şəraitin, həmçinin,
meşə örtüyünün xüsusiyyətlərini nəzərə aldıqda düzən meşəlikləri əsasən iqlim qurşaqları və təbii
zonalara uyğun olaraq bölünür. Böyük Qafqazın cənub yamacının Şəki-Zaqatala bölgəsində
subtropik və mülayim iqlim qurşaqlarının enliyarpaq düzən-meşə landşaftları mövcud ola bilər.
Bəzən düzən meşələrini bir-birlərindən ağac növlərinin çoxluğuna görə də fərqləndirirlər. Şimal-qərb
regionunda düzən meşələrin-palıd, vələs, yalanqoz, qızılağac, söyüd,akasiya, qovaq və s. kimi ağac
növlərindən ibarət həm təbii, həm də antropogen tipli sahələrinə, eləcə də yarırütubətli subtropik,
|
| |