• Zaqatala dövlət təbiət qoruğu
  • Isi 2019 172 оф "Международный научно-исследовательский центр "Endless Light in Science" 303 географические науки




    Download 1,02 Mb.
    Pdf ko'rish
    bet8/11
    Sana08.02.2024
    Hajmi1,02 Mb.
    #153034
    1   2   3   4   5   6   7   8   9   10   11
    Bog'liq
    az-rbaycanin-ki-zaqatala-iqtisadi-co-rafi-rayonunun-land-aftlarinin-ekoco-rafi-x-susiyy-tl-ri

    2019 - 5.11 
    2020 - 5.497 
    ISI 2019 – 0.172
     
    ОФ
    “Международный научно-исследовательский центр “Endless Light in Science” 
    308 
    ГЕОГРАФИЧЕСКИЕ
    НАУКИ 
    meydançaları, gündəlik istirahət üçün evlər və s. yaradılması məsləhətdir. Park və qoruqlardan fərqli 
    olaraq rekreasiya meşələrində istirahət edən vətəndaşlar müxtəlif istiqamətlərdə gəzintiyə çıxmaq, 
    çiçək, göbələk, meyvə, giləmeyvə, dərman bitkisi yığmaq, balıq tutmaq imkanına malik ola bilər. 
    Ona görə də rekreasiya meşələrinə aid ərazilərdə xüsusi yollar, cığırlar şəbəkəsi də planlaşdırılaraq 
    landşaft strukturuna uyğun qurulmalıdır. 
    Meşə landşaftları öz inkişafında bioloji cəhətdən bir-biri ilə bağlı olan və bir-birinə, həmçinin, 
    xarici mühitə təsir göstərən ağac, kol, ot, digər bitkilər (mamır, şibyə), heyvanat aləmi və 
    mikroorqanizmlərin birliyi (vəhdəti) olub, biosferin mühüm tərkib hissəsi, coğrafi landşaftın elementi 
    rolunu oynayır. Meşələr fitosenoz, biogeosenoz və biogeosenozlar sistemi kimi tanınan təbiətin 
    orijinal və təkrarolunmaz hissəsidir. Onlar, öz qanunları ilə əmələ gəlir, yaşayır və inkişaf edir. Öz 
    mövcudluğu və inkişafı üçün öz-özünə əlverişli şərait yaradır, qida və su ilə öz-özünü təmin edir, 
    təzələyir, gələcək nəslinin qorunub saxlanması üçün özünə qayğı göstərir. Meşədəki ağaclar sıx 
    bitdiyindən bir-birinə böyük təsir göstərir, ona görə də orada ağaclar uca boylu, düz gövdəli, çətirləri 
    isə az inkişaf edərək ensiz və gödək olub, ağacların yuxarı hissəsində yerləşir. İlbəil arası kəsilmədən 
    ağac və kolların külli miqdarda yarpağı, xırda və iri budaqları, qabıq, çiçək və meyvələri tökülür, 
    onlara isə milyonlarla həşərat qalıqları qarışır. Torpaq səthinə düşən bu töküntülər tədricən çürüyüb 
    parçalanır və qalın üzvi kütlə (meşə döşənəyi) əmələ gətirir. Üstünlük təşkil edən ağac cinsləri 
    meşənin edifikatorları adlanır. Onlar meşənin, eyni zamanda bütün biosferin üzvi maddələrinin əsas 
    kütləsi sayılaraq, maddələrin dövranında və ətraf mühitin dəyişilməsində mühüm rol oynayır. Böyük 
    Qafqazın cənub yamacında olan meşə sahələrində ən çox palıd, vələs, fıstıq ağacları edifikator rolunu 
    oynayır (Şəkil-5). 
    Şəkil-5Şəki rayonunun Baş Şabalıd 
    biosenozunda rekreasiya meşəsi
    Böyük Qafqazın cənub yamacının 
    landşaft mərzlərindən təşkil olunan rekreasiya zonası zəngin təbii təbiət obyektlərini, şəhərətrafı 
    istirahət və ya müalicə mərkəzlərini əhatə edir. Bu ərazilər, əsasən 600-1200 m arası yüksəklikdə olan 
    dağ çayları hövzələrinin enliyarpaq meşəlik sahələrini əhatə edir. Landşaft rekreasiyası elm sahəsi 
    kimi, müasir dövrdə tətbiqi landşaftşünaslığın ən çox inkişaf etmiş sahələrindən birinə 
    çevrilməkdədir. O, zəngin təbii təbiət obyektlərinin, şəhərətrafı istirahət və ya müalicə mərkəzlərinin 
    təşkili ilə məşğul olur.
    Böyük Qafqazın cənub yamacının landşaft mərzləri içərisində qoruqlar elm və mədəniyyət 
    üçün müstəsna əhəmiyyətə malik olan və dövlət tərəfindən mühafizə edilən ərazilərdir. Təbiətin ən 
    yaxşı mühafizə formalarından biri olmaqla qoruqlarda müxtəlif təbii zonaların xarakterik 
    landşaftları, kökü kəsilməkdə olan, yaxud nadir hallarda rast gələn bitki və heyvan növləri, eləcə də 
    aradan çıxmaq təhlükəsinə məruz qalan təbii komplekslər və onların komponentləri, mağaralar, 
    şəlalələr və s. qorunur [5, s.9-18].
    Baş Qafqaz sıra dağlarının cənub yamacı Zaqatala və Balakən rayonlarının ərazisində dəniz 
    səviyyəsindən hündürlüyü 650-3646 m arasında dəyişən Zaqatala dövlət təbiət qoruğu fəaliyyət 


    Impact Factor: SJIF 

    Download 1,02 Mb.
    1   2   3   4   5   6   7   8   9   10   11




    Download 1,02 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Isi 2019 172 оф "Международный научно-исследовательский центр "Endless Light in Science" 303 географические науки

    Download 1,02 Mb.
    Pdf ko'rish