|
Key words: landscape structure, landscape types, landscape balance, modified landscapes,
landscape recreation.
GirişBog'liq az-rbaycanin-ki-zaqatala-iqtisadi-co-rafi-rayonunun-land-aftlarinin-ekoco-rafi-x-susiyy-tl-riKey words: landscape structure, landscape types, landscape balance, modified landscapes,
landscape recreation.
Giriş. Azərbaycan Respublikasının təbii şəraiti mürəkkəb olduğundan onun ərazisində inkişaf
etmiş landşaftlar da müxtəlifliyi ilə səciyyələnir. Landşaftlar dağlıq və düzənlik landşaftlarına
bölünür. Bunların daxilində isə bir sıra landşaft tiplərinə və yarımtiplərinə ayrılır [2, s.24-28.].
Şəki-Zaqatala bölgəsində rast gəlinən təbii landşaftlar insanların təsərrüfat fəaliyyəti
nəticəsində dəyişilməyə məruz qalmışdır. Onların dəyişilmə dərəcələri bizim tərəfimizdən aşağıdakı
qruplar üzrə qəbul edilir: 1) qismən dəyişilmiş-insanın təsiri ayrı-ayrı komponentlərdə müşahidə
olunur və əsas təbii əlaqə, müvazinət pozulmamış qalır; 2) pozulmuş-çox dəyişilmiş, uzunmüddətli
təsərrüfat təsirinə məruz qalmış komplekslərin strukturu pozulmuş, eroziya, deflyasiya, şorlaşma,
suyun çirklənməsi və s. proseslərin inkişaf etdiyi landşaftlar; 3) dəyişilmiş və ya xüsusi mədəni
landşaftlar-burada təbii əlaqə elmi əsaslar üzrə, cəmiyyətin xeyrinə dəyişdirilir.
Tədqiqatın metodikası. Tədqiqat işlərində A.Q. İsaçenkonun (1991) təbii landşaftların
strukturunun insanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişmə dərəcəsini nəzərə almaqla [14, s.3-11],
bütün müasir landşaftların fərqləndirilmə metodikalarından da istifadə edilmişdir [5, s.15-34, s.39-
44; 3, s.9-18].
Burada təbii komplekslərin dəyişmə dərəcəsini nəzərə alaraq [4, s.204-211], antropogen
landşaftların alt qrupu üzrə (ilkin vəziyyətini saxlayan, zəif dəyişilmiş, təbii ehtiyatlardan uzun
müddət səmərəsiz istifadə nəticəsində əmələ gələn pozulmuş, qüvvətli pozulmuş və ya antropogen
bedlend ərazilər, dəyişilmiş və ya mədəni komplekslər və təbii amillər əsasında insanlar tərəfindən
yaradılan süni obyektlər) tədqiq edilməsi həyata keçirilmiş və sonda tədqiq olunan ərazi üçün iqlim,
relyef, hidroloji şərait [5, s.49-53], torpaq örtüyü və bitki örtüyü də nəzərə alınmaqla 9 landşaft tipi
bölgüsü verilmişdir [6, s.15-34].
|
| |