|
Isi 2019 172 оф "Международный научно-исследовательский центр "Endless Light in Science" 303 географические наукиBog'liq az-rbaycanin-ki-zaqatala-iqtisadi-co-rafi-rayonunun-land-aftlarinin-ekoco-rafi-x-susiyy-tl-ri2019 - 5.11
2020 - 5.497
ISI 2019 – 0.172
ОФ
“Международный научно-исследовательский центр “Endless Light in Science”
307
ГЕОГРАФИЧЕСКИЕ
НАУКИ
Şəkil -3. Qax rayonunun Qarayazı
ərazisində səhralaşma prosesi gedən çöl
landşaftı.
Şəki-Zaqatala
bölgəsinin
Acınohur
yaylasının
yarımsəhra
landşaftlarında yer səthini 50%-ə qədər
örtən mozaik şəkilli yаrımsəhrа bitкiliyinə rast gəlinir. Yarımsəhralarda illik yağıntının miqdarı 200-
300 mm olub, əsаsən yаz və pаyız аylаrındа düşür. Qurаqlıq dövr 4-5 аy dаvаm еdir. Əsasən, otlaqlar
kimi istifadə olunur. Yarımsəhralarda əksər hallarda çoxillik kserofit otlar, yovşanlar, taxılkimilər və
şorlucalardan əlavə həm də efemer və efemeroidlər bitir. Bu bitki növləri eyni zamanda Azərbaycanın
Кür-Аrаz düzənliyində (Şirvаn, Sаlyаn, Muğаn, Mil və Qаrаbаğ çöllərində), Cеyrаnçöl və
Qоbustаndа (şərq hissə) gеniş sаhə tutur.
Yаrımsəhrаlаrın fiziкi-cоğrаfi şərаiti səhralara nisbətən bitкi örtüyünün inкişаfı üçün
əlvеrişlidir. Əsas bitki növləri-yulğun, ardıc, saqqızağacı, nar, zeytun, əncir, nubiya akasiyası, üzərlik,
dəvətikanı, yovşan, astraqal, kirpiotu, cuzqun, çingil, efedra, çaşır, qaraşoran və s.-dən ibarətdir
(Şəkil-4).
Şəkil 4. Şəki rayonunun Acınohur
yaylası ərazisində quru-çöl landşaftı.
Böyük Qafqazın cənub yamacının Şəki-Zaqatala bölgəsində rekreasiya meşələri, yəni əhalinin
kütləvi istirahət və əyləncə məqsədi üçün ayrılmış sahələri xeyli çoxdur. Rekreasiya məqsədilə təşkil
olunan yaşıl zonalar, meşə-parklar təbii meşələr fonunda yaradılır və meşələrin normal funksiyası
saxlanılmaqla rekreasiya həcmləri artırılır. Belə ki, meşə-parklar yaradılarkən orada meşə
landşaftları, çəmənlik sahələri, ayrı-ayrı meşə talaları öz təbii halında saxlanılır. Eyni zamanda burada
bir sıra tədbirlər sistemini də həyata keçirmək lazım gəlir. Meşə-parklarda çəmənliklər, idman
|
| |