• Alp çəmənliklərinə
  • Isi 2019 172 оф "Международный научно-исследовательский центр "Endless Light in Science" 303 географические науки




    Download 1,02 Mb.
    Pdf ko'rish
    bet4/11
    Sana08.02.2024
    Hajmi1,02 Mb.
    #153034
    1   2   3   4   5   6   7   8   9   10   11
    Bog'liq
    az-rbaycanin-ki-zaqatala-iqtisadi-co-rafi-rayonunun-land-aftlarinin-ekoco-rafi-x-susiyy-tl-ri

    Tədqiqatın məzmunu. Tədqiqat aparılan Böyük Qafqazın cənub yamacının Şəki-Zaqatala 
    iqtisadi coğrafi rayonundakı landşaft qurşaqları içərisində yüкsəк dаğ çəmənlərinə (subalp və alp 
    çəmənlikləri) bütün 6 rayonun yüksəkdağlıq ərazilərində (1800-2700 m-lik səviyyələrdə) rast gəlinir. 
    Onların mövcudluğu ən çox iqlim tipindən və ərazinin coğrafi enliyindən asılı olduğundan qütblərdən
    uzaqlaşdıqca bir qədər də hündürlükdə yerləşmələri ilə fərqlənir. Böyük Qafqazın cənub yamacına 
    nisbətən şimal yamacında Alp çəmənliklərinə daha yüksək (3300-3400 m) səviyyələrdə də rast 
    gəlinir. Cənub yamacda yay mövsümünün isti və quraq keçməsi ilə əlaqədar bu çəmənliklər 
    səhralaşaraq, subnival (bitki örtüyündən məhrum olmuş denudasiya qayalıqları) landşaftlar ilə əvəz 
    olunur. Qlobal istiləşmə ilə əlaqədar olaraq hazırkı alp çəmənliklərinin də sahələri tədricən 
    azalmaqdadır. Alp çəmənlikləri üçün alçaqboylu bitki örtüyü daha çox səciyyəvi olduğundan onları 
    "dağ tundraları" da adlandırırlar.


    Impact Factor: SJIF 
    2019 - 5.11 
    2020 - 5.497 
    ISI 2019 – 0.172
     
    ОФ
    “Международный научно-исследовательский центр “Endless Light in Science” 
    305 
    ГЕОГРАФИЧЕСКИЕ
    НАУКИ 
    Subаlp çəmənlikləri əsasən hündürbоylu (60-120 sm), çохilliк ot və kol bitкi növlərindən ibаrət 
    olur. Burada ot bitkiləri hündür və çох sıх оlduğu üçün bu sаhələrdən əsasən biçənəкlər кimi istifаdə 
    edilir. Alp bitкi örtüyü fоrmаsiyаlаrının müхtəlif növlərini – nəmli аlp çəmənləri, sıх çimli çəmənləri 
    və аlp хаlılаrını misal göstərmək olar. Alp bitкiləri (xalıları) çох şirəli və rəngarəng olmaqla çim 
    əmələ gətirərəк, çох хırdа və tоrpаğа yаpışmış hаldа оlur. Аlp çəmənlərinin və хаlılаrının səciyyəvi 
    bitкiləri primulа, şахdurаn, üçyаrpаq yоncа, alp yoncası, zəngçiçəyi, tоpаlоtu, kəklikotu, qırtıc və s.-
    dən ibаrətdir.
    Böyük Qafqazın cənub yamacının subalp meşələri-dağın yüksək hissələrində (dəniz səthindən 
    1800-2200 m-dən yuxarı) qısamüddətli yayı olan xüsusi iqlim şəraitində yayılır və özünəməxsus bitki 
    örtüyü yaradır. Belə iqlim şəraiti ağac bitkisi üçün az əlverişlidir. Ona görə də subalp meşələri seyrək, 
    ağacların gövdəsi çox vaxt əyri, boyları alçaq olur. Meşənin seyrək çətiri altında isə rəngarəng hündür 
    ot örtüyü inkişaf edir. Subalp meşələrinin edifikatorları əsasən fıstıq, şərq palıdı və tozağacı ağacları 
    sayılır. Onlara yüksək dağlıq ərazilər üçün səciyyəvi olan dağ ağcaqayını, ayı fındığı, quşarmudu, 
    başın ağacı, doqquzdon, rododendron və s. ağac və kollar qarışaraq landşaft talaları yaradır. Böyük 
    Qafqazın cənub yamacında subalp tipli meşələr olduqca az qalmışdır. Çox yerdə uzun müddətli 
    intensiv antropogen fəaliyyət nəticəsində (mal-qara ilə ifrat otarılma) subalp meşələri deqradasiyaya 
    uğrayaraq tikanlı kolluqlar (ardıc, itburnu, böyürtkən və s.), gəndəlaş və gicitkənli dağ çəmənliklərinə 
    və bozqırlara çevrilmişdir (Şəkil-1). 

    Download 1,02 Mb.
    1   2   3   4   5   6   7   8   9   10   11




    Download 1,02 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Isi 2019 172 оф "Международный научно-исследовательский центр "Endless Light in Science" 303 географические науки

    Download 1,02 Mb.
    Pdf ko'rish